Türkiyə tarixi faktların, o cümlədən 1915-ci il hadisələrinin saxtalaşdırılmasına yol verməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfirlərin 7-ci konfransında çıxış edərkən deyib.
R.T.Ərdoğan qeyd edib ki, dünyada bir sıra dairələr qondarma "erməni soyqırımı”nın 100 illiyini qeyd edəcəklər.