Bazar günü günü, 29 noyabr 2026
     

Beynəlxalq Agentlikdən Azərbaycan iqtisadiyyatı - neft qiymətləri kontekstində maraqlı bəyanat...

Image


Dünya bazarında neftin qiyməti kəskin şəkildə ucuzlaşmaqda davam edir. Bütün gözləntilərin əksinə olaraq, neft daha böyük sürətlə dəyər itirməkdə davam edir və belə vəziyyət hasilatçı ölkələrdə daha ciddi narahatlığa yol açır. Ekspertlər bildirir ki, bu gedişlə neft hasil edən ölkələr nəzərdə tutduqları gəlirlərin, ən yaxşı halda, yarısını əldə edə bilər. Hələlik isə 2014-cü ildə qiyməti 46 faiz nisbətində geriləyən neft yeni ildə də ucuzlaşmaqda davam edir.
Məsələ burasındadır ki, Asiya və Avropadakı emal sənayelərinin zəifləməsi neftin qiymətini aşağı çəkməkdədir. Neftin satış qiyməti son 5 ilin ən aşağı səviyyəsində icra olunur. Amerikada xam neftin barreli 51,72 dollar, "Brent" tipli xam neftin qiyməti isə 55 dollar səviyyəsinə qədər düşüb. "Layt" markalı "qara qızıl"ın bir barreli 53 dollar 20 sentə təklif edilir. Ekspertlərin proqnozuna əsasən, 2015-ci ilin ilk yarımilliyi ərzində qiymət 50 dollara kimi enəcək. Səbəb kimi Amerika Birləşmiş Ştatlarının şist qazı hasilatını artırması və enerji daşıyıcılarına olan tələbatın azalması göstərilir.
Təbii ki, neftin ucuzlaşması Azərbaycanın da bu məhsuldan əldə etdiyi vəsaitin miqdarını azaldacaq. Halbuki, son 14 ildə Azərbaycan neftdən böyük həcmdə vəsait əldə edib. Buna konkret misal olaraq qeyd edək ki, 2001-ci ildə Dövlət Neft Fondunda 270 milyon ABŞ dolları məbləğində vəsait vardısa, ötən ilin sonuna olan tarixə bu rəqəm artıq 37 milyard ABŞ dollarını keçib. Lakin indi neftin belə sürətlə dəyərdən düşməsi fonunda, eləcə də Mərkəzi Bankda artımların əvvəlki templə olması sual altına düşür. Ekspertlər isə qeyd edir ki, Rusiya - Qərb qarşıdurması səngiməyənə kimi neft dəyərdən düşməkdə davam edəcək. Məsələn, "SOCAR Türkiyə" şirkətinin direktoru və "Petkim"in İdarə heyətinin üzvü Kənan Yavuz neftin qiymətinin Rusiyanın imperial rəftarından geri addım atıb-atmamasına bağlı olduğunu bildirir: "Rusiya geri addım atarsa, neft dərhal 100 dolların üzərinə çıxar. Son dövrlər neft qiymətlərindəki enişin səbəbi, mənim fikrimcə, Rusiyaya qarşı bir blokada, siyasi embarqodur".
Bazarlarda hökm sürən vəziyyət onu göstərir ki, hazırda neftin təklifi ona olan tələbi xeyli üstələyir. Təklifin çox olmasının bir neçə səbəbi var. Səbəblərdən biri ABŞ-da qeyri-ənənəvi neft hasilatının geniş vüsət almasıdır. Söhbət ondan gedir ki, təkcə bir il ərzində ABŞ-da neft hasilatı 7,5 milyon barreldən təxminən 9 milyon barrelə kimi artıb. Bu çox böyük bir rəqəm sayılır və şübhəsiz ki, bazarlara öz təsirini göstərməkdədir. Ümumiyyətlə, danılmaz faktdır ki, son illər dünya bazarlarında neft qiymətlərinin yüksək olması şist nefti hasilatını sərfəli etmiş əsas faktordur. Bundan başqa, OPEK ölkələri tərəfindən neft hasilatının azaldılmamasına dair qəbul edilmiş qərar da neft qiymətlərinin azalmasına səbəb olub. Ekspertlərə görə, OPEK bu qərarla ABŞ-dakı hasilat xərcləri yüksək olan yeni şist nefti istehsalçılarını bazardan sıxışdırmaq məqsədi güdür. Hesab edilir ki, onlar ucuz qiymətlərə tab gətirməyərək bazardan çıxacaq. Ekspertlər bildirir ki, hazırkı vəziyyətdə ucuz neft dünya iqtisadiyyatındakı ləngimə proseslərini dayandıra bilər. Belə ki, neftin daha ucuz olması bu məhsulun əsas istehlakçılarından olan Çin, Hindistan, Türkiyə kimi ölkələrdə iqtisadi artımı sürətləndirə bilər. Bunun nəticəsində yaranacaq əlavə tələb isə neftin qiymətinin artmasına müsbət təsir göstərmək iqtidarındadır.
Hələlik isə, dövlət rəsmilərinin açıqlamalarına əsasən, dünya bazarlarında neftin qiymətinin qısa müddətdə kəskin ucuzlaşmasının Azərbaycanın 2015-cü il üzrə dövlət büdcəsinin gəlirlərinə o qədər də mənfi təsir edəcəyi gözlənilmir. Amma sözsüz ki, qısa müddət ərzində neftin qiymətinin 50 faizə yaxın enməsi və bazarlarda hökm sürən qeyri-müəyyənlik də qiymətləndirilir və araşdırılır. Buna uyğun olaraq müvafiq tədbirlərin görülməsi də gündəmdədir. İstisna deyil ki, neft belə sürətlə dəyərdən düşməkdə davam edərsə, dövlət büdcəsinin gəlirləri üçün büdcədə nəzərdə tutulmuş neftin qiymətinə yenidən baxılsın. Xatırladaq ki, cari il üçün neftin büdcə qiyməti 90 dollardan götürülüb. Lakin proseslər göstərir ki, neftin belə sürətlə ucuzlaşmasından Azərbaycan, digər ölkələr kimi, ciddi mənfi təsirlər görməyəcək. Ölkənin böyük maliyyə ehtiyatlarına malik olması bu xüsusda Azərbaycana rahat manevr etməyə imkan verir. Daha əvvəl də "Fitch Ratings" agentliyi Azərbaycan iqtisadiyyatının düşən neft qiymətləri qarşısında davam gətirə biləcəyini bildirib.
Reytinq agentliyinin bəyanatında deyilir ki, ölkənin güclü suveren balansı və Dövlət Neft Fondunun əhəmiyyətli həcmdə vəsaitləri Azərbaycanı ehtiyatla təmin edir: "Bununla yanaşı, neftin qiyməti uzun müddət aşağı səviyyədə qalsa, bu, ölkə iqtisadiyyatının əsas drayverlərindən olan qeyri-neft sektoruna və bank sektorunun kreditləşməsinə yönələn büdcə xərclərinin kəskin azalmasına səbəb olacaq". İndilikdə isə əksər neft hasilatçıları da neftin büdcə qiymətində dəyişikliklər olacağını istisna etmir. Beləliklə, hər şey qarşıdakı 3-4 ay ərzində daha dəqiq formada bəlli olacaq.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

29.11.2026 / 08:57
Netanyahu “alternativ baş nazir” olmağa da razıdır…

29.11.2026 / 08:26
Özbək hərbiyyəsi rus terminlərindən “arınır” - "Veşmeşok-yükxalta", "okop-xandaq", "furajka- börk" "ataka-hamla"… kimi yazılacaq...

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ