Cümə günü, 13 noyabr 2026
     

Erməni müxalifəti yeni dövlət çevrilişinə cəhd edir, ictimai dəstək “sıfırın altında”...

Image


Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbilə müxalif qüvvələrin etiraz aksiyası davam edir. İrəvanın müxtəlif küçələrində müxalif qüvvələr tərəfindən yürüşlər keçirilir.

Etirazçılar paytaxtda və ölkənin digər bölgələrində itaətsizlik aksiyaları keçirir, yolları bağlayıb nəqliyyatın hərəkətini iflic edirlər. Polis güc tətbiqi ilə hərəkəti bərpa edir, daha fəal etiraz iştirakçıları saxlanılıb polis bölmələrinə aparılır. Artıq xeyli sayda etirazçı saxlanılıb. Polisin məlumatına görə, onların hamısı sərbəst buraxılıb, bəzilərinə dair cərimə cəza tədbiri tətbiq edilib. “Hayastan” və “Şərəf duyuram” müxalif parlament fraksiyaları bu fonda parlamentin plenar sessiyasında iştirak etmir. Parlamentin vitse-spikeri İşxan Saqatelyan küçə və parlament etirazlarının davam edəcəyini bildirir. Saqatelyan digər erməniləri də itaətsizlik aksiyasına qoşulmağa və küçələri bağlamağa çağırır. Onu da qeyd edək ki, Ermənistanda mayın 1-də müxalifət qüvvələri dörd şəhərdən paytaxt İrəvana doğru yürüşə başlayıb. Müxalifət qüvvələrinin bu hərəkəti fonunda Ermənistan hökuməti ölkədə kütləvi iğtişaşlar təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Hazırda müxalifət Paşinyanın başçılıq etdiyi hökuməti Qarabağ məsələsində "yolverilməz güzəştlərə getməkdə" ittiham edir, onun "fərsiz siyasəti" sayəsində Ermənistanın yeni təhdidlərə düçar olduğu və hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini iddia edir. Xatırldaq ki, aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan prezidenti İlham Əliyev və Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar. Bundan sonra ölkə parlamentində çıxış edən Nikol Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət onların "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddini "aşağı salmağını" istəyib. Onun bu çıxışından sonra ölkənin bəzi müxalif qüvvələri oturaq aksiyaya çağırıblar. Müxalifət mövcud iqtidarın erməni xalqının təhlükəsizliyini təmin etməyə, ölkənin suverenliyini müdafiə etməyə qadir olmadığını bildirir. Bundan sonra başlanan etirazlarda iştirakçılar İrəvanın müxtəlif yerlərində itaətsizlik hərəkətlərinə strat veriblər. "Paşinyan - satqın", "Paşinyan Azərbaycan və Türkiyə maraqlarına xidmət edir", "Ayağa qalx, Ermənistan", "Nikol-türk" çağırışları ilə yürüşlər keçirir, şəhərin bir hissəsini o biri hissəsi ilə birləşdirən körpüləri, küçə və prospektləri bağlayıb nəqliyyatın hərəkətini iflic edirlər. Polis etirazçıları sıxışdırıb çıxarır, nəqliyyat hərəkətini bərpa edir, daha fəal müqavimət göstərənləri saxlayıb polis şöbələrinə aparırlar. Hazırda polis daha sərt hərəkət edir, itaətsiz aksiya iştirakçılarının küçə bağlamaq cəhdlərinin qarşısı dərhal alınır.

Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan məsələ ilə bağlı bildirir: “Bu insanlar Qarabağ məsələsi ilə hakimiyyəti ələ keçirməyə çalışırlar, onların başqa məqsədi yoxdur”. Onun sözlərinə görə, müxalifətin ictimai dəstəyi yoxdur və olmayacaq, bu mənasız gündəmdir: “Müxalifət demokratiyanı şübhə altına almağa və təhlükəsizliyə qarşı çıxmağa çalışır. Hüquq sistemi ölkəmizdə ictimai asayişi pozmaq gücündədir. Ermənistanda Qarabağ məsələsi uzun illər əvvəlki hakimiyyət nümayəndələri üçün hakimiyyətin formalaşdırılması mənbəyi olub”. Erməni hüquq müdafiəçisi Nina Karapetyants da qeyd edir ki, İrəvan küçələrində baş verənlər dövlət çevrilişinə cəhddən başqa bir şey deyil. Onun sözlərinə görə, küçələrdə olan bir qrup insanın məqsədi revanşdır: “Bu müxalifət guya bütün sənədlərin imzalanması, hakimiyyətə gəlməsi üçün münasib anı gözləyir. İnsanların küçələrə çıxmasında müxalifət günahkardır”. Erməni vəkil Gevorq Davtyan vurğulayıb ki, baş verənlər xalqın iradəsi deyil: “Küçədə bir neçə nəfər var, bu, xalqın iradəsi deyil. Uğursuz olacaq. Küçədə o qrupların yanında xalq yoxdur”. Ermənistanın “Adekvat”“ ictimai təşkilatının rəhbəri Artur Danielyan isə qeyd edir: “Son günlər Paşinyanın necə satqın olduğunu hiss etdinizmi?. Kapitulyasiyadan sonra etiraz dalğasına nəzarət və yatırma prosesi başlayanda insanlar israr edirdilər ki, Paşinyan o qədər də satqın deyil. Təbii ki, Putin Paşinyanın satqın olmadığını iddia etsəydi, onun yerli marionetləri şefə qarşı çıxa bilməzdi. Ancaq gəl və gör ki, bir il yarım sonra Paşinyan satqın olub... Təbiidir ki, onun xəyanəti Qarabağı verməkdə deyil, Moskvanın boyunduruğundan çıxmaq cəhdindədir. Bu “müxalifət”in Qarabağı təhvil vermək problemi yoxdur, onların yeganə tələbi Qarabağı Brüsselin yox, Moskvanın himayəsi altında təhvil verməkdir”. Ermənistanın “1in.am” nəşri isə yazır: “Ermənistanın bütün daxili gündəmi həm hakimiyyətin, həm də müxalifətin dili ilə Qarabağ ətrafında formalaşır. Bir qrup hansısa plankanın aşağı salınmalı olduğunu, digər qrup isə bənzər şeyi etməyin xəyanətə bərabər bir şey olduğunu deyir. Yeri gəlmişkən, xəyanət mövzusu bizim sevimlilərimizdən biridir. Ermənistanda su qıtlığı var: xəyanət olub. Qış soyuqdur, xəyanətin nəticəsidir. Pişik acdır, mütləq xəyanətin izi var. Hamı hamıdan xəyanətdə şübhələnir. Bu mənada Ermənistanda Qarabağ məsələsi yalnız siyasi hay-küy və spekulyasiyaların təşkili məsələsinə çevrilib”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ