Cümə günü, 13 noyabr 2026
     

Ermənilərin yenidən Rusiyaya qarşı ərazi iddiaları başladı…

Image


Rusiya və Ukrayna arasında davam edən müharibədə şimal qonşumuz, gözləntilərin əksinə olaraq, qısa müddətdə istədiyi hədəflərə çata bilmədi. Qərbin Ukraynaya artan hərbi yardımları isə Rusiyanı zəiflədir və müharibənin müddətini uzadır. Belə şəraitdə Rusiyaya münasibətdə əsl xislətini nümayiş etdirən ölkələrdən biri də Ermənistandır. Belə ki, Ermənistanda Rusiyanın Soçi və Krasnodar vilayətinə ermənilərin iddiaları yenidən baş qaldırıb.

Məsələ ilə bağlı “armenianreport” portalı yazır ki, indi Ermənistandan kənarda bütün postsovet məkanına böyük təsir göstərə biləcək hadisələr baş verir, yeni ərazi iddiaları məsələsi baş qaldırır: “Söhbət yalnız Rusiya ilə Ukrayna arasındakı müharibədən getmir, baxmayaraq ki, bütün dünyada çox şey onun nəticəsindən asılıdır. Məsələ ondadır ki, Estoniya öz ərazi bütövlüyünü bərpa etmək niyyətindədir. Estoniya parlamenti Rusiya ilə quru və dəniz sərhədləri haqqında 2014-cü il 18 fevral tarixli müqavilələrə əsasən imzanın geri götürülməsi ilə bağlı hökumətə təklif verməyi planlaşdırır. Təklif EKRE (“Estoniyanın Mühafizəkarlar Partiyası”) tərəfindən irəli sürülüb, onu “İsaama” (“Vətən”) partiyası, həmçinin mühafizəkarlar dəstəkləyib. Bundan əvvəl Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk bildirmişdi ki, Rusiya Federasiyası Ukraynaya qarşı müharibə ilə paralel olaraq Estoniyanı hədələyir. Rəsmi Tallin əmindir ki, Kremlin onlar üçün hərbi planları var. Yəni kim nə deyə bilər, amma Rusiya-Ukrayna müharibəsi çox şeydə öz izini qoydu. Xatırladaq ki, Baltikyanı ölkələr Sovet İttifaqı tərəfindən işğal edildikdən sonra Petserimaa qraflığı (Pskov vilayətinin müasir Peçora rayonu), həmçinin Narva ətrafı, ən yaxın sərhəd yaşayış məntəqəsi İvanqorod Estoniyadan alınıb, yəni bu yerləri Rusiya tutub. SSRİ-nin dağılmasından sonra Estoniya 1920-ci il Tartu Sülh Müqaviləsi ilə müəyyən edilmiş sərhədlər daxilində ərazisinin geri qaytarılmasını tələb etsə də, nəticəsi olmayıb. İndi də rus ordusunun çox ciddi şəkildə zəiflədiyini və Rusiyanın aşkar siyasi təcridini görən Estoniya torpaqlarını geri qaytarmaq məsələsini gündəmə gətirmək qərarına gəlib. Və bu çox simvolikdir. Çünki sonrakı hadisələr Rusiyada heç kimin kabusunda belə xəyal edə bilməyəcəyi ssenari üzrə inkişaf edə bilər. Yəni digər dövlətlər də Rusiya Federasiyasına qarşı oxşar iddialarla çıxış edə bilər. Məsələn, Finlandiya. Axı Vıborq bir vaxtlar Fin sənayesinin mərkəzi olub. 1930-cu illərdə burada incəsənət muzeyi, məktəb, rayon arxivi, yeni şəhər kitabxanası, ticarət və dənizçilik məktəbi tikilib. Şəhərdə mütəmadi olaraq mahnı festivalları keçirilirdi. 1940-cı ilə qədər Vıborq Finlandiyanın ikinci böyük şəhəri idi. Lakin sonradan şəhəri SSRİ zəbt etdi. Və Finlandiya onun geri qaytarılmasını tələb edə bilər.

Bu arada Yaponiya və Kuril adalarını da xatırlamağa dəyər. Eləcə də Koeniqsberq, yəni Kalininqrad haqqında da danışmaq mümkündür. Həştərxan, Omsk, Saratov, Tomsk da xüsusi diqqət mərkəzindədir. Bütün bu şəhərlər əslində Qazaxıstan ərazisində yerləşir. O üzdən Rusiya zəiflədikcə, yəqin ki, Qazaxıstanda bu məsələni qaldıra bilərlər. Xoşbəxtlikdən, Rusiya siyasətçiləri Qazaxıstanda Rusiya Federasiyasına qarşı düşmənçilik səviyyəsini son həddə qədər qızışdıra bildilər. Ermənistan da bu şərtlər altında nəsə etməlidir. Qarabağ məsələsində biz etiraf etməliyik ki, Rusiyanın günahı və ya razılığı ilə biz praktiki olaraq uduzmuşuq. Qarabağın yalnız dörddə biri bizdə qaldı. Ancaq müasir Rusiya ərazisində ermənilərlə əlaqəli çoxlu ərazilər var. XVIII-XIX əsrlərdə Osmanlı İmperiyasından və İrandan bir çox erməni yaşamağa Rusiyaya köçüb. Onlar əsrlər boyu İmperatorluğa yeni ilhaq edilmiş torpaqlarda yeni şəhərlər qurdular. Ermənilərin Rusiyada əsasını qoyduğu ən məşhur yaşayış məntəqələrindən biri Stavropolun şərqindəki Budyonovsk şəhəridir. Şəhərin əsası 1799-cu ildə buraya, susuz çöllərə köçən ermənilər tərəfindən sıfırdan qoyulub.  Əvvəlcə Budyonovsk ermənicə Surb-xaç (Müqəddəs Xaç) adlanırdı. Şəhər Sovet marşalının şərəfinə indiki adını yalnız 1921-ci ildə aldı. Krasnodar diyarının şərqində 200 minlik böyük şəhər olan Armaviri də qeyd etməmək mümkün deyil. Armaviri 1839-cu ildə Rusiya ilə vuruşan çərkəzlərdən köçmüş “Çərkəz erməniləri” adlanan təşkilat qurdu. Şəhər Böyük Ermənistanın qədim paytaxtının adını daşıyırdı. Həmçinin, digər böyük erməni şəhəri indiki Rostovdur. Müasir Rusiya ərazisində erməni şəhərlərini çox uzun müddətə sadalamaq olar. Ancaq onları xatırlamaq bəs deyil, bu şəhərlərə qayıtmağa hazır olmaq daha vacibdir. Müəyyən şəraitdə hər şey buna doğru gedir. Estoniyanın hərəkətləri də ona işarə edir ki, biz də tarixi ədaləti qorumağa hazır olmalıyıq. Ermənistanı daxili siyasi qarşıdurma ilə zəiflətməmək üçün indi hamımız bunu düşünməliyik”.

Beləliklə, bu yazıdan açıq görünür ki, ermənilər Rusiyaya qarşı yenidən ərazi iddiaları ilə çıxış etməyə başlayıblar. Bu isə heç də region üçün işıqlı perspektivdən xəbər vermir...

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ