Türkiyədə 17 dekabr 2013-cü ildə keçirilən korrupsiya əməliyyatında adı keçən keçmiş nazirlər - Zəfər Çağlayan, Egemen Bağış, Ərdoğan Bayraktar və Muammer Gülər haqqında TBMM-də qurulan İstintaq Komissiyası sabah onların Ali Məhkəmədə mühakimə edilib-edilməməsi ilə bağlı qərar verəcək. 22 dekabrda keçirilməsi planlaşdırılan, ancaq nazirlərin etirazlarından sonra yanvarın 5-ə təxirə salınan səsvermənin nəticəsi onların aqibəti ilə bağlı qəti qərar olmayacaq.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazirlər haqqında, hazırda prokuror vəzifəsini icra edən komisiyanın çıxaracağı qərar hər nə qədər yol göstərici olsa da, keçmiş nazirlərin işinin Ali Məhkəməyə verilməsi mövzusunda son qərar Məclisdə keçiriləcək gizli səsvermədə veriləcək.
Məclis Baş Assambleyası dörd nazir haqqında səsverməni ən geci 29 yanvara qədər reallaşdırmalıdır.
Məclis Komissiyasından çıxacaq qərar da bununla baglı müzakirələri dayandırmayacaq. 2015 seçkilərində qaydalara uygun olaraq millət vəkili namizədi ola bilməyəcək 68 AKP-li millət vəkili var. Bu vəkillərin bir qisminin gizli səsvermədə partiyanın mövqeyinin əksinə olaraq, nazirlərin işinin Ali Məhkəməyə yolunu açan mövqe sargiləyərək partiyada çat əmələ gətirməsi kimi ehtimallar da var. Belə ki, Məclisdə 312 millət vəkili olan AKP-nin 36 vəkilinin "bəli” deməsi nazirlərin Ali Məhkəməyə yolunu aça bilər.