Terror təşkilatı IŞİD-in Livanda da nəzarəti ələ keçirməyə çalışdığına dair kəşfiyyat məlumatları Livan təhlükəsizlik qüvvələrini hərəkətə gətirib.
Baki-xeber.com xəbər verir ki, Beyrutdakı kəşfiyyat mənbələrinin əldə etdiyi məlumatlara görə, terror təşkilatı İŞİD Livanda da nəzarəti ələ almağa çalışır.
Livan rəsmisi general Abbas İbrahim bildirib ki, İŞİD qonşu ölkə Suriyada Kalamun Dağlarındakı mövqelərinin təhlükəsizliyi üçün əvvəl sərhəd bölgəsindəki kəndlərdə nəzarəti ələ almağa çalışır.
"Reuters” xəbər agentliyinə danışan İbrahim deyib ki,, İŞİD cihatçılarının Livan torpaqlarını ələ keçirməsini önləmək üçün təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Məlumata görə, Livan İŞİD hücumları ilə Suriyadakı döyüşlərə çəkilməkdən narahatdır.