Rusiyadakı 200 Almaniya şirkətindən 36 faizi sanksiyalardan dolayı Rusiyada layihələrini dayandırdığını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Almaniya-Rusiya Ticarət Palağasının dekabr ayında apardığı araşdırmaların nəticələrinə görə, alman şirkətlərinin 41 faizi Rusiyaya sərmayələri azaldıb, 28 faizi isə rus işçiləri işdən çıxarmağı planlaşdırır.
Şirkətlərin 58 faizi Rusiyaya qarşı tətbiq olunan sanksiyaların şirkətlərə zərər verdiyini deyir. Lakin şirkətlərin ancaq 3 faizi ü Rusiyada işi tamamilə bağlamağa qərar verib.