Baltik bölgəsinin ən böyük NATO bazasında Rusiya agenti olmaqda şübhəli bilinən bir neçə Litva əsgəri saxlanılıb.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun Litvada olan Baltik bölgəsinin ən böyük bazasında "xarici kəşfiyyat xidmətinə" üzv olduqlarına görə bir neçə nəfər nəzarət altına alınıb. Rəsmilər açıq şəkildə Rusiyanın adını verməsə də, əsgərlərin Rusiya ilə əlaqəsi ola biləcəyi ehtimalı üzərində dayanılıb.
Tutulanlar arasında 10 ildir uçuş rotalarını planlaşdıran hərbi hava qüvvələrindən yüksək rütbəli bir zabit də var. Hərbi vəzifəlinin çatdırdığı casusluq məlumatlarını alan adam da saxlanılıb, ancaq onun hansı ölkə vətəndaşı olması barədə heç bir açıqlama verilmir.