ABŞ prezidenti Barak Obama, Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yumşalda biləcəyini açıqlayıb. Obama, "Əgər Rusiya lazımlı addımları atarsa, sanksiyaları geri çəkə bilərik" – deyə bildirib.
Baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, ABŞ lideri, Moskvanın Minsk anlaşmasında göstərilənləri yerinə yetirməsi və "Ukraynanın şərqindəki hərbi müdaxiləsinə" son qoyacağı halda sanksiyaların yüngüllədirilə biləcəyini deyib.
"Bloomberg” agentliyinə məlumat verən yüksək səviyyəli bir mənbə isə, ABŞ dövlət katibi Con Kerrinin Moskvanı ziyarət etməsi məsələsinin gündəmə gəldiyini, ancaq daha sonra bu fikirdən imtina edildiyini deyib.