İsveçdə yüzlərlə adam dalbadal 3 məscidə hücumlara etiraz olaraq küçələrə çıxıb. Baki-xeber.com "Al Jazeera”ya istinadən xəbər verir ki, ən son hücumun reallaşdığı Uppsala şəhərində toplanan etirazçılar "Məscidimə toxunma” şüarı ilə yürüş keçirib.
İsveç İslam Birliyi başçısı Omar Mustafa da məscidlərə hücumları pisləyib: "Bunlar planlı nifrət dolu hücum kimi görünür. Məqsədləri xalqın bir hissəsini qorxutmaqdır. Bu, inanc azadlığına və dolayısı ilə cəmiyyətin hamısına qarşı bir hücumdur" - deyə bildirib.
Uppsala şəhərində yeni ilin ilk saatlarında bir məscidə hücum təşkil edilmişdi. Şəxsiyyəti hələlik müəyyən edilməyən təcavüzkar məscidə "Molotov kokteyli” atıb. Bu olay, son dövrdə ölkə daxilində məscidləri hədəf alan dördüncü hücum olub.