Terror təşkilatı İraq Şam İslam Dövlətinin (İŞİD) İraq və Suriyada işğal etdiyi yerlərdə tutduğu xristian və yezidi qadınları kölə bazarlarında satdığı iddiaları ilk dəfə rəsmi sənədlərlə təsdiqlənir.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, İraqda öldürülən İŞİD-in "əmr” statusu verdiyi əsas adamlarından birinin üzərindən çıxan və təşkilatın möhürünün olduğu sənəddə, İŞİD tərəfindən bir qul bazar qurulduğu, burada xristian və şeytana sitayiş edən qadınların satıldığı qeyd edilir.
Üzərində hicri təqvimə görə, 14 Zilhiccə 1435 (16 oktyabr 2014) tarixi olan sənəddə bazarda hər yaşdan qadının olduğu, yaşı böyük qadınların ucuz, yaşı az olanlarin isə daha baha qiymətə satıldığı bildirilir.
Alış-verişi qəbul etməyənlər öldürüləcək
İŞİD-in yalnız yüksək rütbəli əmrlərinə göndərildiyi ifadə olunan "Qənimət satış qiymətləri” sənədində, "Bismillahir-rahmanir-rahim. Bizə bir xəbər gəldi. Qadınları və qənimətləri satmaq üçün bir bazar var. Bu bazarda qiymətlər hazırda çox düşüb. Qiymətlərin düşməsi İslam iqtisadiyyatı zəiflədiyi üçündür. Bu alış-verişi qəbul etməyənlər öldürüləcək" ifadələri yer alır.
Sənəddə qənimət satışındakı enişin ardından İŞİD gəlirlərinin və mücahidlərin maliyyələşdirilməsi üçün qənimətlərin satıldığı bazarlara nəzarət olunmasının vacibliyi qeyd edilir.
1-9 yaşındakı qızları 200 min dinar
Sənədin alt qisimindəki qiymət siyahısında satılacaq qadınların hamısının yanında "Şeytana tapınan və ya xristian qadınlar” ifadələri yer alır. Siyahıya görə 30- 40 yaş arasındakı bir qadının 75 min dinara satılacağı ifadə edilir. Siyahıda 20-30 yaş arasındakı qadınların 100 min dinar, 10-20 yaş arasındakı qadınların 150 min dinar, 40-50 yaşında olan qadınların 50 min dinara satılacağı qeyd edilir. Siyahının altında isə 1-9 yaş aralığında olan qızların 200 min dinara satılacağı təlimatı yer alır.
Türklər və suriyalılar istədiyi qədər qadın satın ala bilərlər
Sənədin ən alt qisimindəki açıqlamada isə bir adamın ən çox 3 qadın ala biləcəyi bildirilir. Yalnız türklər və suriyalılar istədiyi qədər qadın satın ala bilərlər.
İraq təhlükəsizlik qüvvələri, İŞİD-in Mosulda böyük iqtisadi böhran yaşadığını və təşkilatın bu böhrandan xilas olmaq üçün çarələr axtardığını bildirir. Mütəxəssislər ələ keçirilən sənədin təşkilatın kölə bazarlarındakı satışı qaydasına salmaq üçün hazırlanmış ola biləcəyini qeyd edirlər.