Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin sözçüsü Andrey Lısenko, Ukraynanın şərq bölgələrində fəaliyyət göstərən Rusiya tərəfdarı terrorçuların, öz terror birliklərinə uşaqları da qatmağa başladığını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Kiyevdə keçirilən mətbuat konfransında danışan Lısenko, kəşfiyyat məlumatlarına istinadən, Ukrayna ordusuna hücum edən terrorçuların, itirdiyi insanların yerini 16-18 yaşlı gənclərlə doldurmağa çalışdığını açıqlaqıb.