Yanvarın 5-də Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) grubunun təşkil etdiyi antiislam tədbirlərinə qarşı etiraz aksiyası keçiriləcək. Aksiyanın Almaniyanın Köln şəhərində keçirilməsi planlaşdırılır.
Baki-xeber.com xəbər verir ki, Müsəlmanlar Koordinasiya Təşkilatı (KRM), İslam Cəmiyyəti Milli Görüş (IGMG), Avropa Türk İslam Birliyi (ATİB) Avropa Türk Cəfərilər Birliyi, Avropa Ələvi Əhli Beyt Federasiyası, Almaniya Ələvi İslam Birliyi (AAIB), Türk-Alman Yazarlar Birliyi (TAB), Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD), Avropalı Türk Demokratlar Birliyi (UETD) ilə Bütün Sənayeçi və İşadamları Dərnəyi (TÜMSİAD) 5 yanvar aksiyası ilə bağlı açıqlama yayıb.