Rusiyanın son bir həftə içində valyuta ehtiyatları 2,6 faiz azalaraq 388,5 milyard dollara düşüb.
Baki-xeber.com xəbər verir ki, Rusiya Mərkəzi Bankı ehtiyatların 19-26 dekabr tarixlərində 10 milyard dollardan çox azaldığını açıqlayıb. 2013-cü ildə Rusiyanın valyuta ehtiyatları 5 faiz azalaraq 510 milyard dollara düşmüşdü.
Rusiyanın ehtiyatları 2009-cu ilin avqustundan etibarən ilk dəfə 400 milyard dollardan aşağı düşür. 2008-2009 iqtisadi böhran dövründə isə Rusiyanın ehtiyatları 376 milyard dollara qədər geriləmişdi.