Cümə günü, 13 noyabr 2026
     

“Postmüharibə dövrünün reallıqları beynəlxalq miqyasda qəbul edilir, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlənir” - Vüqar Rəhimzadə

Image


“Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci  rübünün yekunlarına həsr olunan müşavirə postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinə, ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı görülən tədbirlərin miqyasına, eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir daha işıq saldı.

Cari ilin  birinci rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar yaradır.  Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil olan  iqtisadi  inkişafa nəzər salsaq  Azərbaycanın  ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik. Bu müddətdə ümumi daxili məhsul  6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər  ölkədə  iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin  neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımların məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur. 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi  kimi mühüm addımlar imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev müşavirədə  birinci rübün yekunlarına  söykənərək bildirmişdir ki, hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma  dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

“Postmünaqişə dövrünün reallıqlarından biri kimi Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi, beynəlxalq təşkilatların ölkəmizin hər sahədə fəaliyyətini yüksək qiymətləndirmələri, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması üçün dəstək göstərməyə hazır olduqlarını bildirmələri  həyata keçirilən siyasətin uğurlarının əyani təzahürüdür” söyləyən Vüqar Rəhimzadə  vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu müddətdə   beynəlxalq təşkilatlarla  fəal əməkdaşlığını  davam etdirmiş və dünyanın aparıcı qurumları İkinci Qarabağ  müharibəsindən sonra Azərbaycanın regionumuzda yaratdığı  yeni reallıqları qəbul etmişlər: “Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi  çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT postmünaqişə dövrünün reallıqlarını qəbul edən,  Azərbaycanın ərazi bütövlüyünü tanıyan ən nüfuzlu beynəlxalq  qurumdur.  BMT  Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Baxmayaraq ki, sənədlər 30 ilə yaxın dövrdə kağız üzərində saralaraq  ədalətli icrasını gözlədi, amma dünya gücləri işğalçını adı ilə çağırmadan məsələnin sülh yolu ilə həllinin mümkünlüyünü bildirərək ikili standartlara əsaslanan siyasətləri ilə 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldular. Amma reallıq budur ki, BMT o zaman da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, bu gün də Zəfərimizin yaratdığı reallıqları qəbul edərək ölkəmizin bu aparıcı beynəlxalq təşkilata üzv qəbul edilməsinin 30 illiyini 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşada qeyd etdi. BMT-nin bu addımı  Ermənistanda  növbəti panikaya, isterikaya səbəb oldu.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan  Qoşulmama Hərəkatı hazırda tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində daim ədalətli mövqeyi ilə diqqət çəkib: “Qurumun Vətən müharibəsinin davam etdiyi, həmçinin postmünaqişə dövründə ölkəmizə dəstəyi göz önündədir. Qoşulmama Hərəkatına üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın quruma sədrlik müddətinin daha bir il uzadılması da ölkəmizə beynəlxalq səviyyədə inam və etimadın göstəricisidir. Xüsusi vurğulanmalıdır ki, Avropa İttifaqının təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsi, Brüssel sülh gündəliyinin əsasının qoyulması, artıq Minsk qrupu formatına ehtiyacın olmaması, ən əsası “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin tarixə qovuşması Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatlarıdır”.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev bu uğurlarımız fonunda bütün çıxışlarında, o cümlədən  aprelin 12-də keçirilən müşavirədəki nitqində belə bir  çağırışı da etdi ki,  heç vaxt  işğalı, erməni vəhşiliyini unutmamalıyıq: “Azərbaycan bu gün tarixi Zəfərinin yaratdığı reallıqların dünyada qəbul edilməsinə nail olmaqla yanaşı, həm də işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini həyata keçirir. İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması qarşıda duran əsas məsələlərdən biridir. Bu baxımdan ki, yeni əməkdaşlıq formatlarının yaradılması,  kommunikasiyaların açılması, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması əsasdır. Amma bununla yanaşı, ermənilərin havadarlarının dəstəyi ilə tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, faciələr, insanlığa sığmayan müharibə cinayətləri unudulmamalıdır. XX əsrin dəhşətli faciəsi olan Xocalı  soyqırımını necə unuda bilərik? 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə erməni vəhşiliklərinin növbəti təzahürü olan Gəncə, Bərdə, Tərtər qətliamlarını unuda bilərikmi? Nə qədər günahsız insanlar qətlə yetirilib. Bunlar Azərbaycan tarixinin  faciəli səhifələridir. İndiki və gələcək nəsillər tariximizi vərəqləyərkən tarixi Zəfərimizdən qürur duymaqla yanaşı, ermənilərin necə vəhşi toplum olduqlarını, başımıza gətirdikləri faciələri bilməlidirlər. İşğalın davam etdiyi 30 ilə yaxın dövrdə müharibə şəraitində yaşasaq da Azərbaycan daim inkişafı, tərəqqisi, Ermənistan isə əksinə bu və ya digər ölkədən asılılığı ilə diqqət çəkib. Ermənistan ən kasıb ölkələr sırasında qərarlaşıb. İşğalçı dövlətin  büdcəsinin 80 faizdən çoxu iyanələr hesabına formalaşıb. Bunu dünya görür, hər zaman müxtəlif adlar altında Ermənistana maddi və mənəvi dəstək göstərməyə çalışırdılar. Bu dəstəklər Ermənistanı heç zaman  qalib ölkəyə çevirə bilməzdi. Başqasının torpağına göz dikərək əsassız  iddialarla yaşamağın, xülyaların sonu məhz bugünkü reallıqlarla nəticələnməli idi. Azərbaycan Zəfəri ilə bir daha dünyaya gücünü, qüdrətini nümayiş etdirdi.”

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin müşavirədə səsləndirdiyi   “Gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir” fikirlərini önə çəkərək   Ermənistanın inkişafının özündən,  qonşu ölkələrə bundan sonrakı münasibətindən asılı olacağını xüsusi qeyd edib: “İşğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış etmək Ermənistana çox baha başa gəldi. Bütün enerji layihələrindən təcrid olunan Ermənistan iqtisadi böhran içərisində çabaladı, ölkəni kütləvi tərketmələr davamlı xarakter aldı. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan bu və ya digər dövlətlərin əlində maraqlarının həyata keçirilməsində bir vasitəyə çevrildi. Hazırkı postmünaqişə dövrü Ermənistana şans verir ki, Azərbaycanla sülh müqaviləsini imzalamaqla özünün iqtisadi vəziyyətini yaxşılaşdırsın,  yeni regional və qlobal əməkdaşlıq formatlarında iştirak etmək imkanı qazansın. Dövlət başçısının vurğuladığı kimi, Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək.”

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, hazırda günümüzün əsas məsələsi olan sülh gündəliyinin reallığa çevrilməsi istiqamətində addımların atılması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri də geniş miqyas alıb: “Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün bu torpaqlarda görüləcək işlərin miqyasını açıqladı. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir. Zəngilanın Ağalı kəndləri bu il sakinlərini qarşılayacaq. Bu il, həmçinin  “Ağıllı kənd” layihəsi çərçivəsində Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq  kəndlər də bərpa ediləcək. Bir sözlə, soydaşlarımızın  öş doğma yurd-yuvalarına qayıtmaları  üçün kompleks tədbirlər görülür. Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız  işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün planların real həyatda öz əksini tapacağına əmindir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ