Cümə günü, 13 noyabr 2026
     

Ermənistan rəsmilərinin Qarabağa gəlişi sırf Bakının icazəsindən asılı vəziyyətə düşdü...

Image


Ermənistan, eləcə də digər ölkələrdən olan şəxslərin Azərbaycanın icazəsi olmadan Qarabağa gəlişi praktikasına artıq əsaslı surətdə son qoyulmaqdadır. Hər halda, baş verən son proseslər də bunu təsdiq edir. Belə ki, Ermənistan parlamentinin müxalif "Hayastan" və "Şərəf duyuram" fraksiyaları bu həftə parlament iclaslarını boykot edərək Qarabağa gedəcəklərini açıqlamışdılar. Amma onların bu niyyəti baş tutmayıb. Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bir qrup erməni deputatın Qarabağa getməsinə icazə verməyib.

İş o yerə çatıb ki, Ermənistan Xarici İşlər Nazirliyi rus sülhməramlıların bir qrup erməni deputatın Qarabağa getməsinə icazə verməməsindən narahatlığını bildirib. Ermənistan XİN hesab edir ki, deputatlara Qarabağa getməməyə icazə verilməməsi "Laçın dəhlizi vasitəsilə Qarabağın Ermənistana maneəsiz birləşməsini nəzərdə tutan 10 noyabr bəyanatına ziddir". “Hayastan” fraksiyasının üzvü, Ermənistan parlamentinin sədr müavini İşxan Sağatelyan öz “Facebook” səhifəsində yazıb ki, deputatlara Qarabağa girişə qadağa qoyulub. Millət vəkili bunu Ermənistan rəhbərliyinin Azərbaycan rəhbərliyi ilə "xəyanətkar sövdələşməsi" hesab edib. Fraksiyanın digər nümayəndəsi Artur Ğazinyan isə iddia edib ki, Qarabağa gedən şəxslərin siyahısı Azərbayana ötürülüb və Azərbaycan da siyahını Rusiya sülhməramlılarına təqdim edərək onların Qarabağa getməsinin qadağan edilməsini tələb edib. Bundan əvvəl isə

"Hayastan" fraksiyasının rəhbəri, Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan parlamentdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri nəzərdə tutaraq deyib: "Biz soydaşlarımızla bilavasitə əlaqələrimizi davam etdirmək məqsədilə ölkəmiz üçün ən önəmli hadisələrin cərəyan etdiyi Qarabağa və Ermənistanın sərhəd bölgələrinə yollanırıq. Ermənistan və Qarabağ ciddi təhlükələrlə üzləşib, lakin parlamentin əksəriyyəti qeyri-adekvat hərəkət edir və gündəmə gələn real problemlərin həlli yollarını axtarmaq əvəzinə, xüsusilə Qarabağ məsələsində tam fəaliyyətsizlik nümayiş etdirir”. O, parlament tribunasına separatçı Qarabağ rejiminin “bayrağını” sancaraq xahiş edib ki, onu qorusunlar. Onun bu çıxışından sonra tribunaya çıxan iqtidar "Vətəndaş müqaviləsi" fraksiyasının nümayəndəsi Vahaqn Aleksanyan keçmiş müdafiə nazirinin tribunaya yapışdırdığı bayrağı qopararaq deyib: "30 il yeganə bir şeylə - talan ilə məşğul olan keçmiş hakimiyyət bu gün parlamentdə özlərini Qarabağın və Ermənistanın müdafiəçiləri kimi təqdim edir. Əslində isə 30 il ərzində bu bayrağı düzgün yerinə qoymaq, onun qorunmasını, Ermənistan bayrağının qorunmasını təmin etmək əvəzinə eyni bəyanatlarla özlərinin və ailələrinin ciblərinin zənginləşdirilməsi ilə məşğul olublar". Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanda hakimiyyət Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəbul edir. Elə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun açıqlamaları da bunu göstərir.

Erməni həmkarı ilə telefon danışığına toxunan nazir qeyd edib: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığımız peşəkar və konstruktiv məcrada keçdi”. O qeyd edib ki, erməni həmkarı ilə telefon danışığı zamanı Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasının davamı olaraq praktiki addımlar müzakirə olunub. Nazir xatırladıb ki, qarşıda sülh müqaviləsi üzrə, eyni zamanda, sərhədlərin delimitasiya prosesi və humanitar məsələlərlə bağlı çağırışlar durur: "Həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların formalaşdırılması barədə danışarkən onun formatı, səviyyəsi və uyğunluğu baxımından prinsiplər gözlənilməlidir". Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan tərəfi müsbət addımlar atır və qarşı tərəfdən də bunu gözləyir: “Bir ildən artıqdır ki, Azərbaycan işğal faktının aradan qaldırılmasını nəzərə alaraq ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün çağırış edilib”. Nazir bildirib ki, 2022-ci ilin fevral ayında Azərbaycan növbəti addım kimi 5 baza prinsipini Ermənistana təqdim edib: “Bundan sonra bu istiqamətdə addımlar atılıb. Aprel ayının 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə görüş keçirilib. Həmin görüş nəticəsində hər iki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərə başlanılması tapşırığı verilib. Burada önəmli məqam ondan ibarətdir ki, Ermənistan Azərbaycanın təqdim etdiyi 5 baza prinsipinin məqbul olması ilə bağlı fikir səsləndirib. Eyni zamanda, Brüssel görüşü zamanı bu, daha da aydınlaşıb. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi beynəlxalq hüquq üzərində qurulub, onlar bir qayda olaraq qonşu ölkələr arasında olan münasibətlərin əsasını təşkil edir. Biz bunu çox önəmli addım hesab edirik. Düşünürük ki, bu istiqamətdə işlərin davam etdirilməsinin əlamətləri mövcuddur”.  Bunlar fonunda Ermənistanın “Qraparak” nəşri yazır: “Kəskin suallar danışıqlar masasına qoyulacaq və müzakirə olunacaq. Tərəflər bu kəskin məqamları hamarlaşdırmağa, irəli getməyə çalışmalıdır, bu, yumşaq desək, asan olmayacaq, amma gözlənti budur. Belə bir fikri Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Ağacanyan bildirib. İndi gəlin görək, Nikolun “bel çantası” ilə bağlı gözləntiləri özünü doğrultdumu. Ancaq əvvəlcə sonuncunun qeyd etdiyi kəskin məqamların nə olduğunu öyrənək. Güman edirəm ki, hətta “bel çantası” baxımından da, necə deyərlər, Qarabağın “status”u prioritetdir. Bunun ardınca Ermənistandan Qarabağa gedən qaz kəmərinin sıradan çıxması və Daşbaşı yüksəkliyinin bir hissəsinin ələ keçirilməsi gəlir. Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişel Nikol Paşinyan və İlham Əliyev arasında Brüssel görüşünü “əla, çox məhsuldar” adlandırıb. Sonuncu aprelin sonuna kimi Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasına razılıq verib və sərhəd boyu təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərini öz yanında saxlayıb. Xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamaq tapşırılıb. Rabitə və nəqliyyatın bərpası məsələsi də müzakirə olunub. Bütün humanitar məsələlərin, o cümlədən əsirlərin azad edilməsi, itkin düşənlərin axtarışı, minalardan təmizləmə işlərinin həllinin zəruriliyi vurğulanıb. Beləliklə, həmişə olduğu kimi, Ermənistan Respublikasının baş naziri postunu tutan şəxs bizi maraqlandıran məsələlərin əhatə dairəsi baxımından fərqli fikirdədir”. Nəşr bildirib ki, indi rus sülhməramlı qüvvələrinə də ümid yoxdur və onlar da Bakının istədiklərini edir. Ermənistanın “Demokratik Vətən” partiyasının lideri Petros Makeyan isə bunları təsadüf hesab etmir. Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli kapitulyasiya bəyanatından sonra Azərbaycanın “Dağlıq Qarabağ məsələsi”nin olmaması mövqeyi bəlli idi: “Azərbaycanlılar 5 ildən sonra Rusiya hərbi kontingentinin gedəcəyinə, Qarabağ məsələsinin bağlanacağına əmin olmaqla bunu həll olunmuş hesab edirlər. Rusiyanın hesablaması Qarabağda qeyri-müəyyən müddətə qalmaqdır. Rusiya-Ukrayna müharibəsinin aktiv fazasında Qərb Avropa İttifaqının simasında Rusiyanı danışıqlar prosesindən kənarlaşdırmaq təşəbbüsünü ələ almağa çalışır və bu məqsədlə Minsk Qrupunun ləğv edilməsi təəssüratı yaranır. Ermənistan hakimiyyəti Qarabağdan imtina etməyə və Azərbaycanın ərazi bütövlüyünü tanımağa cəhd etsə, Rusiya bununla razılaşmalı olacaq”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ