Azərbaycan Rusiya-Ukrayna müharibəsi səbəbindən bir çox ölkənin qaz təchizatında alternativ olmağa hazırlaşır.
Xarici media yazır ki, İsveçrə Qaz Sənayesi Assosiasiyasından verilən açıqlamaya görə, Rusiya müharibə səbəbindən Avropaya qaz tədarükündə kəsintiyə gedərsə, İsveçrə Rusiya qazını azaltmalı olacaq. İsveçrənin ən mühüm alternativlərindən biri isə Azərbaycan qazıdır.
Assosiasiyadan Tomas Hegglin qaz təchizatı ilə bağlı yaşana biləcək böhrana diqqət çəkərək deyib ki, biz buna hazır olmalıyıq: "Rusiya qaz təchizatındakı qıtlığı Avropada ən azı qısa müddətdə və qazı azaltmadan tam kompensasiya etmək olmaz. Lakin bu ssenaridə belə İsveçrənin üstünlüyü olacaq. Çünki İsveçrə Azərbaycandan qaz almağa davam edə biləcək".
Tahir TAĞIYEV