Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan erməni diasporunun da qəddini büküb...

Image


İkinci Qarabağ müharibəsinin mühüm nəticələrindən biri də, Ermənistanın məğlubiyyəti ilə yanaşı, erməni diasporunun da dünya miqyasında mövqeyinin əhəmiyyətli dərəcədə zəifləməsi oldu. İndi erməni diasporunun tarixən güclü olduğu ABŞ, Fransa və Rusiyada təsir qüvvəsini itirdiyi müşahidə edilir.

Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar da bu prosesdə mühüm rol oynayıb, Ermənistanın, erməni lobbisinin  yox, ölkəmizin mövqeyini beynəlxalq miqyasda nəzərə alanların sayının daha da çoxalmasına gətirib çıxarıb.

Bu gün erməni diasporunun mövqelərinin sarsılması ABŞ-da da özünü qabarıq büruzə verir. Bunu ABŞ Prezident Administrasiyasının 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana cəmi 24 milyon ABŞ dolları ayırmaq istəyi də təsdiq edir. Artıq bu xüsusda müvafiq təklifini ABŞ Prezident Administrasiyası Konqresə göndərib. ABŞ Prezident Administrasiyasının təklif etdiyi məbləğ cari ildə Ermənistana ayrılan vəsaitdən xeyli azdır. Belə ki, bu il ABŞ büdcəsindən Ermənistana 45 milyon dollar ayrılıb. Lakin ABŞ Prezident Administrasiyası bu məbləği gələn il üçün yarıbayarı azaltmağı planlaşdırır. ABŞ Prezident Administrasiyasının təkliflərində diqqət çəkən mühüm məqamlardan biri də Qarabağ erməniləri üçün ümumiyyətlə heç bir yardımın nəzərdə tutulmamasıdır. Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən əvvəl ABŞ hər il Qarabağdakı separatçılara maliyyə yardımları edib. Amma 44 günlük müharibənin nəticələrindən sonra vəziyyət Azərbaycanın istədiyi məcrada dəyişib. Okeanın o tayında qəbul edilən bu qərarlar erməni diasporunun kəskin etirazına səbəb olub. ABŞ-da fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi (ANCA) baş verənlərlə bağlı məyus olduğunu, Bayden Administrasiyasının mövqeyindən narazı qaldığını bəyan edir. Erməni diasporu Fransada da təsir gücünü itirir. Fransada prezident seçkilərinin nəticələri də bunu təsdiq edir. Məlumdur ki, ötən bazar Fransada keçirilən prezident seçkilərinin birinci turunun yekun nəticələri məlum olub. Ölkənin Daxili İşlər Nazirliyi bülletenlərin 100%-nin hesablandığını bildirib. Nəticələr erməni lobbisinin seçkilərə müdaxilə cəhdində tam iflasa uğradığını göstərir. Belə ki, prezident seçkilərinin birinci turunda Fransanın hazırkı prezidenti Emmanuel Makron qalib gəlib. O, 27,6% səs toplayıb. İkinci yeri səslərin 23,41%-ni toplayan ifrat sağçı Marin Le Pen tutub. Üçüncü yerdə “Invictus France” partiyasının solçu namizədi Jan-Luk Melenkon 21,95% səs toplayıb ki, bu da onun üçün proqnozlaşdırılandan xeyli çoxdur. İrqçi Erik Zemmur və təxribatçı Valeri Pekress müvafiq olaraq 7,1% və 4,8% toplayaraq siyahının sonunda yer alıblar. Fransanın qeyri-məhdud dəstəyinə ümid edən erməni diasporu isə bütün gücünü məhz son iki namizədə sərf etmişdi. Amma məlum oldu ki, diaspor onun düşündüyü qədər güclü deyil. Elə Rusiyada da erməni diasporunun mövqeyi zəifləyir. Ermənistan mediasında son dövrlərdə yer alan fikirlər fonunda o da bəlli olur ki, erməni diasporu Rusiyada da Azərbaycana daha böyük fərq hesabı ilə uduzmağa başlayıb. Bunun sübutu kimi Rusiya Erməniləri İttifaqının Azərbaycanın fəaliyyəti sayəsində təsir gücünün zəifləməsi, Bakı-Moskva münasibətlərinin mütəffiqlik səviyyəsinə yüksəlməsi göstərilir.

Ermənistanın “Past” qəzeti də yazır ki, indiki vəziyyət təkcə Ermənistan üçün deyil, bütün ermənilər, o cümlədən diaspor üçün ölümcüldür. Məsələ burasındadır ki, müharibədən sonra erməni diasporu çox sürətlə parçalanmağa və kimliyini itirməyə başladı. Nəşr qeyd edir ki, əvvəllər diaspor erməniləri öz milli mənsubiyyətləri ilə fəxr edir, bunu daim vurğulayırdılarsa, indi onların çoxu təslim olmuş Ermənistanla birləşmək istəmir və özlərinə başqa kimlik aid etməyə üstünlük verirlər: “Yaxud əvvəllər bir çox diaspor erməniləri arasında öz vətənlərinə qayıtmaq arzusu var idisə, bəziləri hətta gələcəyini Ermənistanda görürdüsə, indi bu istək xeyli dərəcədə itib, çünki Ermənistan hətta öz sərhədlərinin toxunulmazlığını təmin edə bilmir. Məhz buna görə də uzun illər əvvəl Suriyada vətəndaş müharibəsi başlayanda bir çox suriyalı ermənilər Ermənistana köçməyə üstünlük verirdisə, indi Ukraynada hərbi əməliyyatlar getdiyi bir vaxtda böyük erməni icmasının üzvləri Rusiyaya, Polşaya və digər Avropa ölkələrinə getməyə üstünlük verirlər. Diaspor erməni icmalarının birləşməsi məsələsi hətta sual altındadır. Diasporda baş verən bu cür proseslər təsadüfi ola bilməz. Bu hakimiyyət orqanları fəaliyyətlərinin lap əvvəlindən diasporun adı ilə daim manipulyasiya etsələr də, diaspor erməni icmaları ilə işləyə bilmədilər. Diaspor Nazirliyini bağladılar, sonra filial, Diasporla İş üzrə Baş Komissarlıq Aparatını açdılar və məzmun baxımından müxtəlif ölkələrdəki icmalarımızı birləşdirmək, erməni kimliyini qoruyub saxlamaq üçün, demək olar ki, heç nə etmədilər. Diasporla iş üzrə baş komissar həmin dövrdə ancaq vergi ödəyicilərinin hesabına mükafatlar paylayıb, xaricə gedib. Nikol Paşinyan isə böyük erməni icmalarının olduğu ölkələrə qeyri-peşəkar səfir göndərməklə həmin icmaların birləşməsinə son ümidləri də yox etdi, çünki o insanlar ancaq vəzifələrin “dadını çıxarmaqla” məşğuldurlar. İstənilən məsələdə olduğu kimi, diasporla işdə də hər şey ancaq boş piar üzərində qurulub. Məsələn, sosial şəbəkələrdə müəyyən yaşda olan qadınlar müxalifəti söyəndə belə bir təəssürat yarandı ki, hakimiyyət diaspordakı dəstəkdən bəhrələnir. Amma reallıqda diaspor Paşinyana və komandasına etibar etsəydi, 4 ildən sonra Ermənistana çoxlu sayda qayıdanlar olardı, investisiyalar yatırılardı. Müharibə illərində diasporun potensialından belə düzgün istifadə olunmayıb. Məsələn, diaspor ermənilərinin imkanları hesabına konkret problemlər həll oluna bilərdi. Lakin hakimiyyətin düşüncəsi nümayişlərdən, küçələrin bağlanmasından o yana getmir, ona görə də döyüşlərin qızmar mərhələsində erməni icmasının nümayəndələrini küçələri bağlamağa çağırsalar da, nəticədə heç bir məsələ həllini tapmayıb. Və sonra hakimiyyət “Hayastan” ümumerməni fondunun hesabından diasporun topladığı pulları götürüb büdcəyə daxil etdi ki, hesabat vermədən istədikləri kimi istifadə etsinlər”. Beləliklə, bu gün təkcə Rusiya və Qərbdə erməni diasporunun anti-Azərbaycan fəaliyyətinin fiaskoya uğraması müşahidə edilir. Bunun real göstəricisi odur ki, erməni diasporunun bütün cəhdlərinə baxmayaraq, ABŞ, Avropa dövlətləri, Rusiya Azərbaycanla ən müxtəlif sahələr üzrə əməkdaşlığını dərinləşdirməklə yanaşı, azad edilmiş ərazilərdə də ölkəmizlə sıx işbirliyi qurur.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ