Cümə günü, 13 noyabr 2026
     

Separatçılar Qarabağda konstitusiyamıza zidd idarəçilik sistemini bərkidir - rusların himayəsi ilə...

Image


Məlumatlara görə, aprelin 10-da Rusiyanın Qarabağdakı “sülhməramlı” adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək Azərbaycan Respublikasının 6 məntəqəsində qanunsuz “seçki” keçirib. Bu haqda erməni mediası məlumat yayıb.

Məlumata görə, Xocavənd rayonunun “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, həmin rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, “Norşen” –Günəşli və Sos kəndlərində, həmçinin Tərtər rayonunun “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə "səs" verilib.

Məlumata görə, separatçı-kriminal xuntanın qanunsuz "seçki" komissiyasının məlumatına görə, "seçici"lərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib.

Xatırlatmalara görə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının görkəmli dövlət xadimləri və ziyalıları olan vertolyot terror aktı nəticəsində məhv edilib. Eyni rayonun Qaradağlı kəndində isə 1992-ci il fevralın 17-də erməni terrorçuları 100-dən çox soydaşımızı qətlə yetirib, kənddəki evləri isə tamamilə yandırıblar...

  • “Qondarma seçkilərə görə separatçıalrın başı həqiqətən də çox ağrıyacaq”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, separatçılar bununla Azərbaycanın əsəblərini tarıma çəkmək istəyir, lakin belə qondarma “seçkilərlə” heç nə əldə edə bilməyəcəklər, əksinə, öz sonlarını daha da yaxınlaşdırırlar: “Bu gün Qarabağdakı separatçılarin məqsədi daha çox təxribat törətmək və Rusiya sülhməramlılarının himayəsində Azərbaycanın suverenliyinə qarşı hərəkətlər etməkdir. Qarabağda Rusiya sülhməramlılarının arxasında gizlənərək müxtəlif  “tədbirlər” keçirməyin, yaxud hər hansı “bəyanatlar” verməyin, separatçı qalıqlarının "Artsax" adlandırdığı qondarmanın hansısa bir davranış sərgiləməyinin nə bu gün, nə də sabah üçün heç bir mənası, məntiqi, effekti var. Separatçılar bu cür “seçki” təxribatları ilə heç nə əldə edə bilməyəcəklər. Bütün bunlar bilavasitə Rusiya sülhməramlılarının arxasında edilən cəhdləridir. Bu cəhdlərin puç olduğunu onlar özləri də yaxşı bilirlər. Onu da qeyd edək ki, hazırda Ermənistandakı hakimiyyət artıq nəyin nə yerinə qoyulduğunu çox yaxşı bilir. Hakimiyyət yaxşı bilir ki, artıq Qarabağ məsələsi ermənilər üçün bitib. Düzdür, Ermənistanda revanşist qüvvələr var. O qüvvələrin də nə deməyindən, hansı təxribatlara əl atmağından asılı olmayaraq mövcud hakimiyyət, yəni Paşinyanın hakimiyyəti Qarabağ məsələsinin onlar üçün bitdiyini yaxşı anlayır. Əbəs deyil ki, Brüssel görüşündən sonra onlar Qarabağın ərazi vahidi kimi deyil, yalnız Qarabağdakı erməni xalqının “müqəddaratı” haqqında fikirlər bildirirlər. Lakin bəri başdan onu da deyək ki, Azərbaycanda bir sıra xalqlar yaşayır, Azərbaycandakı tolerant mühitdə bir çox azsaylı xalqlar mövcuddur ki, ermənilər də onlardan biridir. Ermənilər o xalqların heç birindən artıq deyil ki, onlara hər hansı bir ayrı yanaşma olsun. Bu baxımdan ermənilərə hər hansısa bir mədəni statusun verilməsi də gündəmə çıxa bilməz”.

R.Rəsulovun sözlərinə görə, ümumiyyətlə, Qarabağdakı ermənilər ya bilavasitə Azərbaycanın vətəndaşlığını qəbul edib burada yaşamalıdır, yox, əgər istəmirlərsə o zaman buyursunlar yol açıqdır, Ermənistana, ya da hara istəyirlər getsinlər, oralarda yaşasınlar. “Separatçılar hər cür oyuna əl atır. Separatçıların “icma seçkiləri” tamamilə absurddur. Orada hər hansı "icma seçkilərinin" keçirilməsində məqsəd əslində Azərbaycanın buna hansı reaksiya verəcəyini yoxlamaqdır. Onlar Azərbaycanın nə reaksiya verəcəyini gözləyirlər. Yəni gözləyirlər ki, “biz kəndlərdə icma seçkiləri edirik və Azərbaycan buna necə reaksiya verəcək?”. Təbii ki, Azərbaycanın suveren ərazisində özbaşına seçkilərin keçirilməsinin qarşısı başqa cür də alına bilər. Sadəcə olaraq, Azərbaycan Silahlı Qüvvələri təmkin nümayiş etdirir. Son məlumatlara görə, Ağdərə istiqamətində, eləcə də digər yüksəkliklərimizdə mövqe dəqiqləşdirmələri aparılır. Hətta bu yaxınlarda ciddi informasiya resurslarından birində bildirildi ki, ermənilər daha 13 postlarını qoyaraq geri çəkiliblər. Təbii, bu qeyri-rəsmi məlumat olsa da, bizim ekspertlər də bunun fakt olduğunu təsdiqləyirlər. Yəni Azərbaycan tərəfi öz işini görür, mövqelərini möhkəmləndirir, belə deyək, Xankəndiyə doğru öz hərəkət istiqamətlərini dəqiqləşdirir. Separatçılar isə bu cür saxtakar, qanundankənar  "seçkilərlə" Azərbaycanın nəbzini yoxlamağa çalışırlar, amma heç nə bacarmayacaqlar. Bildiyimiz kimi, Xankəndidəki separatçılar qondarma "parlament" və "prezident" seçkilərini də keçirmək niyyətindədir. Bu baş verərsə, o zaman qondarma seçkilərə görə separatçıların başı həqiqətən də çox ağrıyacaq. Hesab edirəm ki dəmir yumruq onların sonunu çatdıracaq. Bu baxımdan onların hansısa kəndlərdə "icma rəhbəri" seçmələrinin mənası, məntiqi, hüquqi əsasları yoxdur, onlar bu vasitə ilə “biz də varıq”, “bizim burada öz səlahiyyətimiz var” kimi mesajlar ötürmək istəyirlər. Lakin onların mesajları elə öz boğazlarında da qalacaq. Biz tezliklə Qarabağın tamamilə azad edilməsinin şahidi olacağıq. Bu proses də gedir və bundan heç kimin şübhəsi olmamalıdır” - deyə R.Rəsulov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ