Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan və Ermənistanın vasitəçilərə ehtiyacı bitdi...

Image


Məlum olduğu kimi, bu ilin 11 aprel tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı baş tutub. Tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Məsələnin diqqət çəkən əsas tərəfi nazirlərin ilk dəfə telefonla danışmasıdır. Yəni artıq tərəflərin bir araya gəlməsi üçün vasitəçiyə ehtiyac yoxdur. Artıq məsələyə Avropa İttifaqı (Aİ) səviyyəsində reaksiya verilib. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu xüsusda bildirib: “Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında birbaşa təmasları və qarşılıqlı fəaliyyəti dəstəkləyir. Brüsseldə keçirilən görüşdən sonra əhəmiyyətli bir inkişafdır. Avropa İttifaqı birbaşa təmasları və qarşılıqlı fəaliyyəti dəstəkləyir". Beləliklə, Azərbaycan və Ermənistan birbaşa ikitərəfli təmaslara başlayıb və bunu rəsmi Bakı çoxdan təklif edirdi. Hesab edilir ki, birbaşa təmaslar tərəflərin sülh müqaviləsini razılaşdırması prosesini tezləşdirəcək. Bu, həm də Azərbaycanın istədiyi kimi ATƏT-in Minsk Qrupunun tarixin arxivinə qovuşması prosesini sürətləndirəcək. Yeri gəlmişkən xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Minsk Qrupunun taleyi ilə bağlı dedikləri azı üç onillikdir fəaliyyət göstərən bu qrupun taleyini sual altına alıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Moskvada keçirilən birgə mətbuat konfransında Rusiya xarici işlər naziri deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlər üçlüyünün gələcək taleyi məlum deyil. Sergey Lavrovun sözlərinə görə, bunun səbəbi ABŞ və Fransanın mövqeyidir: “Bizim ABŞ və Fransa, necə deyərlər, tərəfdaşlarımız rusofob məstliyi ilə Rusiya Federasiyasına aid olan nə varsa, ləğv etməyə çalışaraq bəyan ediblər ki, bizimlə bu formatda ünsiyyət saxlamayacaqlar. Bu onların səlahiyyətidir, əgər onlar Qarabağda və ümumiyyətlə Zaqafqaziyada tənzimləmə üzrə maraqlarını qurban verməyə hazırdırlarsa, bu onların seçimidir”. Lavrovun sözlərinə görə, ABŞ və Fransa tək bu münaqişəni deyil, dünyada bütün digər münaqişələri də, öz birtərəfli iradələrini diqtə etmək üçün hamını bütün formatlarda Rusiya ilə əlaqələri kəsməyə məcbur edir.

Xatırladaq ki, Ermənistan münaqişənin həllini Minsk Qrupu çərçivəsində görmək istədiyini təkidlə bəyan edir. Azərbaycan isə 44 gün davam edən İkinci Qarabağ müharibəsi vaxtı və ondan sonra da Minsk Qrupunun fəaliyyətini tənqid edib. Müharibədən sonra bir çox təhlilçi Azərbaycanın daha çox ikitərəfli tənzimləməyə meylli olduğunu göstərib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa dialoqu prosesin Bakı istədiyi kimi inkişaf etdiyini göstərir. Düzdür, bəzi təhlilçilər postmünaqişə dövründəki tənzimləmədə fəallığın Avropa İttifaqına keçdiyini qeyd edirlər. Çünki Ukraynadakı müharibədən sonra ATƏT çərçivəsində "böyük üçlüyün" əməkdaşlıq perspektivlərinə daha bir zərbə dəyib. Azərbaycan üçün Avropa İttifaqı ilə əməkdaşlıq daha faydalıdır. Qərbin ünvanına sərt bəyanatlar verən, Azərbaycan və Ermənistanda hərbi qüvvə ilə təmsil olunmuş Rusiya ilk öncə öz vasitəçilik rolunu əlində saxlamaqda maraqlıdır. Lakin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa təması Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi olmadan da mümkündür. Ermənistanın “7or.am” nəşri yazır ki, ATƏT-in Minsk Qrupunun sıradan çıxmasından sonra Bakı və İrəvanın vasitəçilər olmadan bir araya gələ bilməsi mühüm yenilikdir:”Proseslərin mahiyyəti dəyişir. Bu ilk olaraq onda özünü göstərdi ki, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirdiyi mətbuat konfransında sensasion məlumat səsləndi: Minsk Qrupunun dağıldığı etiraf edildi. Bu, yaxşı heç nə demək deyil, amma nəzərə alınmalı və müvafiq araşdırmalar aparılmalı olan bir faktdır. Maraqlıdır ki, Lavrov çıxışının haşiyəsində Ermənistan hakimiyyətini Brüsseldə Qərb və Türkiyə ilə oyunlar oynadığına, anti-Rusiya meydanına çıxdığına görə tənqid etmiş, bunun antierməni və xüsusən də anti-Qarabağ davranışı olduğuna eyham vurmuşdu. Lavrovun Nikol Paşinyanın siyasətinin ATƏT-in Minsk Qrupunun dağılmasına töhfə verdiyinə eyham vurması diqqətçəkən məqamdır. Paşinyanın Brüssel səfəri çöküş məsələsində katalizator rolunu oynadı. Beləliklə, ATƏT-in Minsk Qrupu praktiki olaraq fəaliyyətini dayandırıb ki, bu da Ermənistanın maraqlarına uyğun deyil. Türkiyə və Azərbaycan illərdir Qarabağ məsələsini başqa platformalara daşımağa çalışıb”. Erməni siyasi texnoloq Armen Badalyan isə məsələ ilə bağlı bildirir: “Əslində, regionun təmizlənməsi ilə bağlı ilk qərar Qarabağ məsələsində alındı, o zaman Fransa və Amerikanın Minsk formatından çıxması qeyd olundu”. Onun sözlərinə görə, Nikol Paşinyan, Şarl Mişel və İlham Əliyevin Brüsseldə keçirilən üçtərəfli görüşünə geosiyasi proseslər kontekstində baxmaq lazımdır: “Buna Qərbin Rusiyanı prosesdən kənarda qoyması və ya ən azından Qarabağ münaqişəsinin həllində Qərbin öz təmsilçiliyini balanslaşdırması kontekstində baxmaq lazımdır. Proses bu məntiqlə gedir. Digər tərəfdən, təbii ki, Azərbaycanın münaqişənin həllini ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsindən çıxarmaq istəyi çox açıq idi. Azərbaycan onilliklər ərzində bütün mümkün yollarla bu istiqamətdə işləyir. İndi isə bütün bunları Avropa İttifaqının himayəsi altına alaraq, faktiki olaraq, münaqişənin həllini Minsk Qrupu çərçivəsindən çıxarmaq problemini həll edirlər. Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan irəli sürdüyü 5 məsələni gündəliyə çıxarır. Yəni təkcə formatda dəyişiklik etməyə yox, həm də məzmunu sırf öz maraqlarına uyğun olan məqamlarla əsaslandırmağa çalışır”.Erməni ekspert vurğulayıb ki, bütün bunlarda Ermənistanın maraqları təmsil olunmur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ