Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında qərar qəbul edib.
Hazırda Rüstəmov AMB-nin İdarə Heyətinin sədri vəzifəsini tutur.
“İnterfaks-Azərbaycan”ın müxbirinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında qanun layihəsini təqdim edib.
Həmçinin, parlament tərəfindən Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul edilib.
1995-ci ilin yanvar ayından etibarən Elman Rüstəmov AMB-nin İdarə Heyətinin sədridir. 2000-ci, 2005-ci, 2010-cu, 2015-ci və 2020-ci illərdə onun səlahiyyətlərinin müddəti 5 il müddətinə uzadılıb.
1 iyul 2015-ci il tarixindən Taleh Kazımov “PAŞA Bank” ASC-nin (Azərbycanda ən iri banklardan biridir) İdarə heyətinin sədri və baş icraçı direktorudur.
Azərbaycanın qanunvericiliyinə əsasən, Milli Məclis yalnız AMB-nin İdrə Heyətinin üzvlərini təsdiq edir. AMB-nin sədri Azərbaycan prezidenti tərəfindən təyin olunur. Hazırda AMB-nin İdarə Heyəti 4 nəfərdən ibarətdir.