Cümə günü, 13 noyabr 2026
     

“Tariximizə Zəfər salnaməsini yazan qalib Prezidentə xalqın sevgisi və etimadı şəksizdir” - Vüqar Rəhimzadə

Image


“11 aprel 2018-ci il prezident seçkilərindən 4 il ötür. Arxada qalan hər gün, hər il Azərbaycanın tarixinə möhtəşəm səhifələr yazır, gələcəyə daim inamla baxmağa əsas verir.  11 aprel 2018-ci il  prezident seçkiləri demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını, bu yolun Azərbaycana böyük uğurlar qazandırdığını bir daha təsdiqlədi. 

Azərbaycanın bu illər ərzində  ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, mənsubiyyətindən  asılı olmayaraq  hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər.  Bu gün Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqətindədir.   Məhz uğurlu siyasətin, ölkəmizdə xalq-Prezident birliyinin beynəlxalq səviyyədə yüksək təqdir edilməsinin nəticəsidir ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə, xalqımız dünyanın ən xoşbəxt xalqları sırasında qərarlaşır. Doğrudan da Azərbaycan xalqı xoşbəxtdir ki, müstəqilliyimizin daimiliyini, Azərbaycanın imzasının imzalar  arasında görünməsini təmin edən  Heydər Əliyev kimi Ümummilli Lideri, torpaqlarımızı işğaldan azad edən, bu ərazilərdə 30 ildən sonra üçrəngli bayrağımızın dalğalanması sevincini yaşadan  İlham Əliyev kimi Prezidenti vardır. Dövlət başçısı İlham Əliyevin   tarixi Zəfərimizə qədər bütün çıxışlarının, bayram təbriklərinin mahiyyətində bu istək, arzu dayanırdı ki,  gün gələcək işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı qürurludur, torpaqlarımıza qovuşmağın sevincini yaşayır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə  11 aprel 2018-ci il prezident seçkilərindən ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərkən bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan bu 4 ildə iqtisadi inkişafını daha da möhkəmləndirib: “Baxmayaraq ki, 2019-cu ilin sonlarından dünyanı koronavirus infeksiyası  cənginə  alıb, dövlət başçısı İlham Əliyevin istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər, irəli sürdüyü təşəbbüslər nümunə  göstərilir və yüksək dəyərləndirilir. İnsanların sağlamlığı ilə yanaşı, iqtisadi islahatların daha da dərinləşdirilməsinin, sosial layihələrin təxirə salınmamasının vacibliyini bildirən Prezident İlham Əliyevin Sərəncamı əsasında  20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 sosial yardım proqramı həyata keçirildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan amilinə verilən dəyər bütün  dövrlərdə öz aktuallığını qoruyub. Təkcə 2022-ci ilin ilk sosial paketində əksini tapan Prezidentin Fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir. Ümumilikdə,  2003-2018-ci illər ərzində əməkhaqları  təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir”.

YAP Xətai rayon təşkilatının sədri hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolunu önə çəkərək Azərbaycanın daim iqtisadi tərəqqisi ilə dünyanın diqqətində olduğunu bildirib: “2018-ci ildə enerji sektorunda qazanılan uğurlara nəzər salaq. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, iyun ayında onun əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında TAP istifadəyə verilib. Hər bir layihə nəzərdə tutulan vaxtda tam başa çatıb. İcra olunan layihələr bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə nail olur. Prezident İlham Əliyev davamlı olaraq iqtisadi inkişafı təmin edən  islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illərdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub”.

“2003-2018-ci illər, eyni zamanda, milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür” söyləyən Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib: “Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Məhz bu birliyin, həmrəyliyin bariz nümunəsi kimi Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərini qeyd edə bilərik. Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı gücümüzü, qüdrətimizi, həmçinin birliyimizi nümayiş etdirdi. Azərbaycanın tolerant, mutikultural dəyərlərə böyük töhfələr verən ölkə olması da tarixi Zəfərimizin təqdimatında xüsusi önə çəkilir. Belə ki, ölkəmizdə yaşayan müxtəlif xalqların, millətlərin nümayəndələri Vətən müharibəsinə qatılaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasına öz dəstəklərini  verdilər. Bu dəstəyi yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev 2021-ci ilin mayında Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı ənənəsinə start veriləndə açılışın müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təqdimatı ilə başlanması tapşırığını vermişdir. Azərbaycan Qarabağın tacı Şuşadan bir daha tolerant, multikultural ölkə olduğunu dünyaya çatdırdı.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyümüzün qarantı olan ordumuzun qüdrətlənməsi istiqamətində görülən işlərdən də bəhs edib: “Azərbaycanın tarixi Zəfəri Ordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Ötən dövr ərzində təchizat, silah-sursat, texnika ilə təminat, döyüş qabiliyyətinin yüksək səviyyəyə qaldırılması baxımından ordumuz dünyanın ən güclü orduları sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu. Tarixi Zəfərimiz Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu nümayiş etdirməklə yanaşı, ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ölkə”, “güclü ordu” miflərini də darmadağın etdi”.

Vüqar Rəhimzadə vurğulayıb ki, 2003-2018-ci illər Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurları ilə də diqqətçəkəndir: “Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Dövlət başçısı İlham Əliyevin 2019-cu ildə Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Ermənisanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlərinə cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Həmin bəyanat reallıqda öz əksini tapdı, Azərbaycan Ordusu  möhkəm hüquqi bazaya söykənərək döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz çökdürdü”.

Vüqar Rəhimzadə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının Azərbaycanın uğurlarındakı payından, rolundan da bəhs edib: “Partiyanın irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi hər bir qərar ölkəmizin  qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşmasına xidmət edir. YAP, eyni zamanda, yeniləşməyə, təkmilləşməyə böyük diqqət göstərir, həyata keçirilən islahatlar prosesinə öz böyük töhfələrini verir. Partiyanın 2019-cu ilin sonlarında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi də  ölkəmizdə geniş vüsət alan  islahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması istəyindən irəli gəlirdi. Məhz bu təşəbbüsün nəticəsi olaraq 2020-ci il fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqlarına söykənərək  keçirilən VII qurultayı da qəbul etdiyi yeni qərarları ilə diqqət çəkdi. Yeni qərarlar yeni hədəflər və onların uğurlu icrası deməkdir”.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, uğurlarımızın əsasında idarəetmə sistemində təkmilləşmə xüsusi yer tutur: “Dövlət başçısı İlham Əliyev bu məsələni daim diqqətdə saxlayır. İşğaldan azad edilmiş ərazilərimizdə də müasir idarəetmə sistemi yaradılır. Xalqımız tam əmindir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımızın Böyük Qayıdışı reallığa çevriləcək. Bundan sonra da Azərbaycan inkişaf edəcək, bütün sahələrdə möhtəşəm uğurlara imza atacaq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ