Cümə günü, 13 noyabr 2026
     

Ermənilər ilk Milli Qəhrəmanımızı necə şərlədi? - Hansı Marağa qətliamı?... - MÜSAHİBƏ

Image


Azərbaycana qarşı ermənilərin “qətliam” oyunu davam edir. Ermənilər qondarma “Marağa qətliamının” 30 illiyini “qeyd ediblər” və tədbirdə ağılasığmaz iddialar səsləndiriblər. Guya 1992-ci il aprelin 10-da Azərbaycan “nizami ordusunun bölmələri üç saatlıq artilleriya hazırlığından sonra” “dinc” Qarabağ kəndinə daxil olub və kəndə “təcavüz” edib, “təcavüzə məruz qalan” “100-ə yaxın insan - əsasən qadınlar, qocalar və uşaqlar olub”, 9-u azyaşlı uşaq olmaqla 50-yə yaxın insan “girov” götürülüb, 45 nəfər vəhşicəsinə “qətlə yetirilib”, daha 100 nəfər isə “itkin düşüb”.

Bu hədyanlar barədə ermənipərəst Baronessa Karolin Koksun “Etnik təmizləmə davam edir” kitabında yazdığı qeyd edilib.

Ermənilər qondarma “Marağa soyqırımı”ndan dəm vururlar və iddia edirlər ki, guya  “cinayəti törədən “Qurtuluş” batalyonunun komandiri, müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Tağıyev Şahin Talıb oğlu olub.

Qondarma iddialarla Azərbaycan ordusuna və Azərbaycanın ilk sağ Milli Qəhrəmanına şər atan ermənilərin məqsədi aydındır: Azərbaycanı qaralamaq, öz soyqırım cinayətlərini ört basdır etmək.

Ermənilərin başlatdığı təxribat kampaniyası ilə bağlı Marağa əməliyyatının iştirakçılarından biri, peşəkar hərbçi, zabit Nazim Bayramovla əlaqə saxladıq.

  • “Baronessa o vaxtdan bu iddialar barədə danışır, ancaq ortada bir dənə də olsun qadın, uşaq ölümünü əks etdirən şəkil yoxdur”

- Nazim müəllim, bu gün ermənilər qondarma “Marağa soyqırımı”nı ortaya atırlar, hətta 1992-ci ildə “Qurtuluş” batalyonun komandiri olan Milli Qəhrəman Şahin Tağıyevə qarşı ittihamlar irəli sürürlər. Bildiyim qədər, hadisələrin içində olmusunuz. Bu əməliyyat necə baş verdi və məqsəd nə idi?

- Mən respublika “OMON”unda çevik zirehli dəstənin komandiri kimi Tərtərin müdafiəsinə cavabdeh idim. Daxili İşlər Nazirliyyinin bir bölüyü kimi. Bizdən başqa, Tərtərin müdafiəsində könüllü dəstələr, özünümüdafiə batalyonları da dayanmışdı. Bunlardan biri rəhmətlik Mehman Ələkbərovun komandiri olduğu Gəncə batalyonu idi. Eyni zamanda həmin dövrdə Mehman Ələkbərov həm də Tərtərin komendantı idi. Tərtərin özünün üç bölüyü vardı, bunlar da Gəncə batalyonuna daxil idilər. Bundan başqa Tərtərin müdafiəsində  “Qurtuluş” vardı. Bizim təxminən Ağdamdan Goranboya qədər 50 kilometrlik müdafiə xəttimiz vardı. Bundan əlavə, gücləndirməyə komandir Ələmşah Məmmədovun Bərdənin “Azadlıq” batalyonu və Bərdənin özünümdafiə taboru gəlmişdi. Komandir rəhmətlik Elçin Əliyev idi. Tərtər camaatı hamı şahiddir, o dövrdəki xəbərlərdə daim bu məlumatlar yer alırdı ki,  ermənilər Marquşevandan və Çaylıdan daim Tərtəri artilleriya, tank atəşinə tuturlar. Çünki ermənilər bu texnikaları 366-cı alaydan almışdılar. Bu silahlar, texnika hamısı gücləndirmə üçün ermənilərə verilmişdi. Erməni yaraqlıları daim Tərtər körpüsünü, poçtu, fermaları, mülkü əhalini vururdular, kənd adamlarını əkin-biçinlə məşğul olmağa qoymurdular.

- Demək, o dövrdə də erməni yaraqlıları əsasən mülkü əhalini, mülkü obyektləri hədəfə alırdı…

- Bəli.  Hər gün onlar atəşə tuturdular, biz də mövqelərimizdən onları susdururduq. Yəni bizim silahımız yox idi, silah çox qıt idi, könüllülərdə iki-üç nəfərə bir avtomat olan vaxtlar idi.  Daxili İşlər Nazirliyinin bölüyü kimi, sözsüz ki, bizdə dövlətin verdiyi ştat silahları var idi. Biz həm daha mütəşəkkil idik, həm də daha yaxşı silahlanmışdıq.

- Marağa kəndində nə baş verib?

- Hər gün orada döyüşlər gedirdi. Torpaqtəpə haqqında eşitmisiniz. Rəhmətlik Mübariz İbrahimovun şəhid olduğu yer. O postda ilk dəfə biz mövqe qurmuşduq. Çünki ermənilər ordan gəlib fermaları vururdular. Biz bunun qarşısını alırdıq, hər gün orada döyüş gedirdi. Elə bir gün yox idi ki, Tərtər zonasında, Tapqaraqoyunludan, Goranboy rayonunun Borsunlu kəndindən tutmuş Ağdamın 37-ci postuna kimi gündə bir neçə dəfə atəşə tuturdular, biz də çıxıb onları susdururduq. Bundan əvvəl də döyüşlər olmuşdu. Xocalı soyqırımı baş verəndə Tərtərin polis rəisi vardı, indi də həyatdadır, ehtiyatda olan polkovnik Ələsgər Əliyevin təşkilatçılğı ilə “Qurtuluş” və başqa dəstələr daxil olub Seysulanı aldılar. Bu, 1992-ci ilin fevral ayında olmuşdu. Orada daim döyüşlər gedirdi, ora sakit yer deyildi. Ermənilər elə danışırlar ki, guya sakitçilik idi, hər şey yaxşı idi, birdən-birə hücum edlilib. Bu yalandır.

Bilirsiz ki, Xocalı soyqırımından sonra ermənilərə qarşı dövlət tədbir görmədi və qisas hissi daxilimizdə düyünlənib qaldı. Acı məğlubiyyətlər dövrü idi. Hər yerdən camaatı çıxarırdılar, etnik təmizləmələr aparırdılar. Xocalıdan əvvəl Malıbəyli, Qaradağlı faciələri baş vermişdi. Bütün bunları Qarabağdakı döyüşçülər bilirdi. Amma mütəşəkkil, koordinasiyalı müdafiə qurulmamışdı. Yəni pərakəndə şəkildə öz qeyrətinə, öz gücünə kim nə bacarırdı edirdi. Aprelin 7-də  Ağdaban faciəsi baş verdi.

- 30 il bundan əvvəl baş verən Ağdaban soyqırımına da beynəlxalq hüquq müstəvisində qiymət verilməyib. Bu hadisəni necə xatırlayırsız?

- Ağdaban faciəsində ermənilər 100 yaşlı iki nəfəri, nə qədər qadını, uşağı öldürdülər, nə qədərini də əsir apardılar. Bu da camaat arasında çox narahatlıqla qarşılandı. Hakimiyyətin, dövlətin zəif vaxtları idi. Könüllü dəstələr də, camaat da bilirdi ki, dövlət yenə də tədbir görməyəcək, ona görə də könüllü dəstələrin komandirləri - Mehman Ələkbərov, Şahin Tağıyev, Ələmşah Məmmədov, Elçin Əliyev birləşib belə qərara gəldilər ki, Marağa və Marquşevana (bunlar iki kənddi) girsinlər. Marağadakı ermənilər ora 1828-ci ildən sonra Cənubi Azərbaycanın Marağa vilayətindən köçürülmüşdülər. Onlar da Marağada və Marquşevanda məskunlaşdırılmışdılar…Bura  Sovet vaxtı Leninabad qəsəbəsi adlandırdı və 5 min əhalisi vardı. Müharibə dövründə o 5 min əhalinin 4 mini çıxmışdı. Orada özünümüdafiə dəstələri qalamışdı, əhalidən də çox az adam qalmışdı.

- Marquşçevan və Marğaya daxil olmaqda məqsəd nə idi?

- Bilirsiz, oradakılar hamısı təpədən-dırnağa qədər yaraqlanmış, silahlanmış şəxslər idilər, silahsız erməni yox idi. Bizim batalyonların məqsədi o idi ki, ora daxil olub erməni silahlılarını əsir götürsünlər və onları Xocalıdan, Ağdabandan götürülən əsirlərlə dəyşdirsinlər. Orada heç bir vaxt belə bir fikir olmayıb ki, Marağaya girib kimlərisə qırsınlar. Məqsədləri insanları  bacardıqları qədər sağ çıxarmaq idi. Bizim batalyonlar Ağdaban faciəsindən iki-üç gün sonra Marağaya daxil oldular. Aprelin 10-nu səhər saat 6-da mənə xəbər verildi ki, könüllü dəstələr, Gəncə Batalyonu, Tərtər bölükləri, “Qurtuluş” və “Azadlıq” batalyonları Marquşevan və Marağaya hücuma keçiblər və şiddətli döyüşlər gedir. Bu batalyonlarda da atıcı silahlardan başqa heç nə yox idi. Məsələn, 200 nəfərə 150-100 silah idi. Bu silahlar ordan-burdan əldə olunmuşdu, ov tüfəngləri idi. Nə tank əleyhinə silahları, nə texnika, nə başqa silahlar, nə də bir-biri ilə əlaqə saxlamaq üçün düz-əməlli rabitə vardı. Buna baxmayaraq, könüllü dəstələr hücuma keçdilər. İlk hücum uğursuz olub, o hücumu ermənilər dəf edə bilmişdilər. Bunlar qayıdıb toplaşıb bir başqa cür hücum edib birinci Marquşevana daxil olublar. Birinci döyüşləri küçə döyüşləri olub. Küçə döyüşləri həmişə çətin olur.

- Bəs siz onların köməyinə necə getdiniz?

- Onlar Marquşevana girəndən sonra xəbər gəldi ki, Ələmşah Məmmədovun batalyonundan bir dəstə Marağa kəndində mühasirəyə düşüb, itki verirlər. Bu şəraitdə komandir Rövşən Cavadovla rabitə əlaqəsi saxladım, dedim qərar qəbul etmişəm ki, onlara yardım edib mühasirədən çıxaraq. O mənim qərarımı təsdiq etdi. OMON-un çevik dəstəsi və birinci bölükdən bir tağım, bir də bizim texnika ilə mütəşəkkil şəkildə döyüşlə kəndə girdik. Bu zaman müdafiəni gücləndirməyə və döyüşdə iştirak etməyə Bərdədən Elçin Əliyevin rəhbərlik etdiyi tabor gəldi. Biz onların iki-üç texnikasını vurduq. Hər yerdən, evlərdən, barıdan, pəncərədən bizə atırdılar. Orada kimin hərbçi, kimin mülkü əhali olduğu bilinmirdi, çünki hamısı yaraqlı idi. Ermənilər yalandan yazırlar ki, guya ora 20 tankla daxil olmuşuq.  Bizim ora cəmi bir tankımız daxil olub. Döyüş zamanı kimlərəsə güllə dəyə bilərdi, amma biz qəsdən kimlərisə öldürmürdük. Ermənilər iddia edirlər ki, guya biz adamları uzadıb üstündən tankla keçmişik. Ermənilərin iddiaları tamamilə əsassızdır, yalandan başqa bir şey deyil. Dediyim kimi, hamısı silahlı idilər, orada onların hərbi forması da görünür. Orada heç bir mülkü adamlar yox idi.

- Bəs onlar hansı qadın və uşaq əsirlərdən danışırlar?   

- Biz mühasirədə olan dəstəni çıxardıq, onlar 4 şəhid vermişdilər. Biz yaralıları da, şəhidləri də götürdük. Onları zirehli transportyora yüklədik. Bunları arxaya yolladıq. Könüllü dəstələr erməniləri götürüb avtobuslara doldurmuşdular, bəzilərini də qabaqlarına salıb aparırdılar. Onların arasında qadınlar da vardı, amma onlara qarşı heç bir zorakılıq edilmirdi. Ermənilər özləri qadına, uşağa baxmırdılar ki. Amma biz istəyirdik ki, qadın uşaq da olsa götürək və öz qadın və uşaqlarımıza dəyişək.

- Ermənilər niyə Şahin Tağıyevi hədəfə alırlar?

- Baş verənlər onlar üçün şok oldu. Onlar bizim uşaqların, qadınların, qocaların başına min cür oyunlar gətirdilər, əsir götürür, işgəncə verir, zülm edirdilər. Amma biz tərəfdən bu şəkildə əsir götürülmə halı olmamışdı. Qarabağ müharibəsində ilk dəfə idi ki, həm qisasımız aldıq, həm də göstərdik ki, “biz də bunu edə bilər”ik. Biz ermənilər kimi etmədik, heç kəsi öldürmədik. Əsirləri sağ götürdük. Baronessa o vaxtdan bu iddialar barədə danışır, ancaq ortada bir dənə də olsun qadın, uşaq ölümünü əks etdirən şəkil yoxdur. Çünki orada qadın-uşaq öldürülməyib. Biz qadın və uşaq qatili olmamışıq, bu, ermənilərə xas xüsusiyyətdir.  Bunlar hay-küy salırlar, amma bir dənə də olsun, fotofakt, video ortaya qoya bilmirlər. Videolar, fotolar var, orada da yalnız yaraqlı ermənilər əks olunub, o fotolarda qadınlar, uşaqlar yoxdur. Ermənilər hay-küy salanda deyiblər ki, qadın və uşaqların meyitlərini göstərin, deyiblər onları dəfn etmişik. Baronessa ermənilərə təklif edib ki, meyitləri məzardan çıxarıb göstərək, oradakı “rəhbərlik” deyib ki, yox bu bizim dini ənənələrə ziddir. Bunlar ancaq sözdə deyirlər, faktları isə yoxdur. Ancaq o komandirlərdən Şahin Tağıyev sağdır, İsveçdə yaşayır, bir də mən yaşayıram. Mehman Ələkbərov da şəhid olub, Ələmşah Məmmədov da, Elçin Əliyev də dünyasını dəyişib. Komandirlərdən cəmi iki nəfər qalıb, amma əsgərlərdən qalıblar. Yenə də deyirəm, məqsəd ancaq o olub ki, daha çox ermənini əsir götürüb Xocalıdan və Ağdabandan aparılan əsirlərlə dəyişdirilsin. Biz də, dediyim kimi, könüllülərə sonradan qoşulmuşuq, onları mühasirədən çıxarmışıq. Başqa vaxt ermənilər şəkil və vedeo çəkirdilər, ancaq dedikləri iddiaları ilə bağlı əllərində heç bir foto, video yoxdur. Erməni əsirlərini o vaxt Mərdəkanda saxlayırdılar və özü də onlara çox yüksək səviyyədə baxılırdı, sənədli film də var onlar haqda. Qısa müddətdən sonra ermənilərlə bizim əsirlər dəyişdirildi. Bizdə erməni əsirləri qalmadı, hamısı dəyişdirildi. Ermənilər hər cür fantaziyalar qurub danışırlar, bunu qəsdən edirlər. Guya biz qətliam etmişik. Biz Xocalıdan danışanda onlar da Marağanı deyir. Hər il aprelin 10-nu ermənilər “matəm günü” kimi qeyd edirlər.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ