Cümə günü, 13 noyabr 2026
     

Moskvanın da Minsk Qrupunu “dəfn etməsi” İrəvanda soyuq duş effekti yaratdı

Image


ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığına dair Rusiyanın xarici işlər naziri Sergey Lavrovun etirafı Ermənistanda isterik vəziyyət yaradıb. Halbuki, buna qədər Ermənistan hər vəchlə Minsk Qrupunun gündəmdə qalması, proseslərə müdaxiləsinə çalışırdı. Amma Kreml İrəvanla müqayisədə əks mövqe sərgiləyir.

Xatırladaq ki, Lavrov bu məsələni Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Moskvada görüşündən sonra diqqətə çatdırıb. O, Minsk Qrupunun naməlum taleyinin səbəbi kimi həmsədr dövlətlər - ABŞ və Fransanın rusofob siyasətini göstərib. Onun sözlərinə görə, rusofob əhval-ruhiyyədə olan fransalı və amerikalı tərəfdaşları Rusiya Federasiyası ilə bağlı olan hər şeyi ləğv ediblər, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr üçlüyündən də imtina ediblər və bəyan ediblər ki, Rusiya ilə bu formatda danışmayacaqlar. Lavrov vurğulayıb ki, onlar Cənubi Qafqazdakı maraqlarını qurban vermək istəyirlərsə, bu onların seçimidir: “ABŞ və Fransa bu cür addım atmaq barədə qərar veriblərsə, necə deyərlər, özləri bilsinlər. Bu yanaşma Rusiyanı ruhdan salmayacaq və Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli formatda əldə etdiyi razılaşmaların icra olunmasına töhfə verməyə qərarlıdır”. Lavrovun dedikləri Ermənistanda narazılıqlara səbəb olub. Erməni nəşrlərində dərc olunan məqalələrdə qeyd olunur ki, Minsk Qrupunu faəliyyətsiz edən və bölgədəki işləri təkbaşına həll etmək istəyən məhz Moskvadır. Ermənistanın “Past” nəşri bu xüsusda yazır: “Rusiya-Ukrayna müharibəsindən bir ildən çox əvvəl Moskva ATƏT-in Minsk Qrupunun fəaliyyətini davam etdirmək istəsəydi, bu barədə bəyanat verərdi. Amma Moskvadan belə bir rəsmi açıqlama olmadı. Üstəlik, Moskva həmişə Rusiya-Azərbaycan-Ermənistan formatında üçtərəfli fəaliyyətin tərəfdarı olub, Moskvanın himayəsi ilə üçtərəfli sənədlər imzalanıb. Bundan əlavə, Moskva Ankara ilə monitorinq mərkəzi yaradıb. İndi Rusiya-Ukrayna müharibəsindən ay yarım sonra, Rusiya-Qərb münasibətlərinin pik həddə çatdığı vaxt Lavrov rəsmən bəyan etdi ki, ATƏT-in Minsk Qrupu yoxdur. Beləliklə, ATƏT-in Minsk Qrupu yoxdur, bu o deməkdir ki, Qarabağın “statusu” ilə bağlı danışıqlar aparılmır. Ermənistan hakimiyyəti ümumən Qarabağdan əlini üzüb və orada yaşayan ermənilərin təhlükəsizliyinə görə Rusiyanı günahlandırır. Brüsseldə tərəflər birgə sərhəd komissiyasının yaradılması barədə razılığa gəliblər. Ancaq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmalı olduğunu nəzərə alsaq belə, müvafiq sazişlər imzalanana qədər sərhədlərin təcili demarkasiyasının həyata keçirilməsinin səbəbi nədir? Müasir dünyada dövlətlərin münasibətlərini normallaşdırdığı, hətta əməkdaşlıq mühiti yaratdığı, lakin indiyədək sərhədləri demarkasiya və delimitasiya etmədiyi hallar çoxdur. Sərhəd komissiyasının yaradılmasının zəruriliyini əsaslandırmaq üçün Paşinyan hökumətin iclasında bəyan etdi ki, Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri var. Paşinyan faktiki olaraq silahlı qüvvələrin sərhədlərdən çıxarılması ideyasını irəli sürür. Bütün bu reallıqlar yalnız ona dəlalət edir ki, Brüssel görüşü yalnız Azərbaycan gündəmini əks etdirib və Paşinyan bununla sırf razılaşıb. Təsadüfi deyil ki, Brüssel görüşündən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi həmin müddət ərzində əldə olunan razılaşmaların “Bakının maraqlarına uyğun olduğunu” bəyan edib”.

 Ermənistanın “armenianreport” portalı da İrəvan üçün hadisələrin gedişinin qeyri-qənaətbəxş olduğunu yazır: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya səfəri, burada rusiyalı həmkarı Sergey Lavrov və KTMT-nin baş katibi Stanislav Zasla görüşlər keçirməsini əminliklə İrəvan üçün “soyuq duş” adlandırmaq olar. Moskvada Azərbaycanın və Türkiyənin xeyrinə son seçimi etdilər. Biz nəhayət əminik ki, milli təhlükəsizliyimiz məsələsində artıq Rusiyaya arxalana bilmərik. Mirzoyanın Lavrovun aqressiv hücumlarına necə pərişan, ləng, qırıq-sökük rus dilində müqavimət göstərdiyini görmək çox xoşagəlməz idi. Eyni zamanda biz Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında ermənilər üçün kifayət qədər pafoslu və təhqiredici tamaşa haqqında düşünməli olduq. Lavrov bir bəy kimi öz təhkimçisini sərt şəkildə danladı, suveren dövlətin Xarici İşlər Nazirliyinin rəhbərindən daha çox yaramaz uşağa bənzəyən Mirzoyanın sözünü kəsdi və düzəltdi. Lavrov Mirzoyan vasitəsilə açıq-aşkar Paşinyana mesaj verdi - Moskva Brüsseldəki görüşlərə, danışıqlara əhəmiyyət vermir, çünki ermənilər ruslarsız heç bir qərar verməyəcəklər. Ola bilsin şişirdirik, amma bəzən elə gəlirdi ki, Mirzoyanın yanında Lavrovun əvəzinə Ceyhun Bayramov, hətta Əliyev dayanıb, Rusiya diplomatiyasının rəhbərinin səsləndirdiyi tezislər Azərbaycanın mövqeyi ilə bu qədər üst-üstə düşür. Qeyd edək ki, Lavrov Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına hazırlıq, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, İrəvanla Bakı arasında münasibətlərin bütövlükdə normallaşdırılması istiqamətində görülən bütün işlərin dövlət başçılarının üçtərəfli görüşlərində əldə olunmuş razılaşmalara əsaslandığını bildirib. Rusiya, Ermənistan və Azərbaycan... Yəni onun yanında duran Qərb yox idi. Lavrov bununla da kifayətlənməyib və Azərbaycan-Rusiya gündəmini əyməkdə davam edib. Belə ki, o, əvvəllər Azərbaycan qoşunlarının Əsgəran rayonunun Fərrux kəndi üzərində nəzarəti ələ keçirməsinə icazə verən Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətsizliyindən narazılığını bildirən Paşinyana sərt cavab mesajı verib. Lavrov deyib:

“Bizim üçün bu hallar tam aydın deyil. Mən özümü qabaqlayıb son mühakimə yürütmək istəməzdim. Ümid edirəm ki, sülhməramlıları məsuliyyətə cəlb etmək, daxili araşdırma aparmaq üçün səslənən çağırışlar Ermənistan xalqının və Ermənistan rəhbərliyinin kontingentin sabitliyin qorunmasında oynadığı nəhəng rola münasibətini əks etdirmir. Kiçik insidentlər baş verir, lakin Rusiya tərəfi hərbçilərin köməyi ilə həll olunur”. Yəni hər şey qaydasındadır, qoy azərilər istədiklərini etsinlər, İrəvan isə sussun. Müttəfiqlər, əlbəttə ki, bunu etmir.

Lavrov Ermənistan tərəfinin ATƏT-in Minsk Qrupu məsələsi ilə bağlı mövqeyinə növbəti zərbəni endirib. Nazirlər arasında az qala atışma olub. Mirzoyan Fransa və ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağla bağlı Moskva ilə əməkdaşlıqdan imtina etməsi səbəbindən bu strukturun faktiki olaraq fəaliyyətini dayandırdığını bəyan edən Lavrova etiraz etməyə başlayıb. Mirzoyan başqa məlumatlara malik olduğunu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Qarabağla bağlı əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib. Lakin Lavrov buna imkan vermədi. Burada isə açıq-aşkar azərbaycanpərəst mövqe ortaya çıxır. Bildiyiniz kimi, Əliyev ATƏT-in Minsk Qrupuna dözə bilmir və onun fəaliyyətini rədd edir. Burada Moskva ilə Bakının maraqları tamamilə üst-üstə düşür. Bu, Moskva üçün sərfəlidir, çünki Fransa və ABŞ olmadan o bütün nizamlanma prosesini öz əlində cəmləşdirəcək. Bakı, Moskva və Ankara arasında münasibətlərin hazırkı səviyyəsini nəzərə alsaq, bu razılaşma Azərbaycanın istəklərinə uyğun gəlir. Düşmənlərimiz və müttəfiqimiz arxanızdan razılaşdığı halda, Ermənistan və Qarabağ üçün belə son dərəcə təhlükəli vəziyyətdə bizə nə qalıb? Düşünürük ki, Rusiyanı unutmaq lazımdır – o artıq bizim yoldaş və dostumuz deyil. Müvafiq olaraq Qərblə, xüsusən də Gürcüstan vasitəsilə əlaqələri gücləndirmək lazımdır. Danışıqların və qarşılıqlı səfərlərin artmasına baxsaq, artıq bu istiqamətdə proses gedir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ