Bu günlərdə Moskva səfəri çərçivəsində Ermənistan XİN Mirzoyanın Lavrovdan başqa həm də KTMT baş katibi K.Zasla görüşərək bizim Fərrux mövqelərindəki vəziyyətlə bağlı mövzunu müzakirə etməsi çox ilgincdir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: “Fərrux mövqelərinin KTMT-yə nə dəxli ola bilər?! Maraqlıdır ki, bu gün Qarabağda Fərrux kəndi yaxınlığında sülhməramlıların müşahidə kameraları qurduqları barədə xəbərlər yayılıb. Hər halda KTMT-də görüşdən sonra Fərruxda kamera məsələsi təsadüfə oxşamır. Kameralar kimi müşahidə altında saxlamaq üçündür? Erməni silahlılarının daha sərbəst fəaliyyətinə təminat yaratmaq üçün deyilmi? Fərruxdakı mövqelərin Azərbaycanın nəzarətində olması bu yerlərdə vacib tikinti bərpa işlərinin təhlükəsiz aparılması üçün çox əhəmiyyətlidir. Elə isə müşahidə kameraları nə üçündür?...”