Cümə günü, 13 noyabr 2026
     

“Ağdaban soyqırımı işğalçı Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biri, insanlığa qarşı cinayətdir” - Vüqar Rəhimzadə

Image


“Əbəs yerə deyilmir ki, tarix heç nəyi silmir. Eyni zamanda, daim danışan, həqiqətləri ortaya qoymağa və ədalətə, beynəlxalq hüququn prinsiplərinə söykənərək münasibət bildirməyə çağırışlar edən faktlardır.

Tarixi faktlara, real həqiqətlərə söykənməyən təbliğatın ömrü qısa olar. Necə ki, ermənilər tarixi saxtalaşdırmaqla himayədarlarının dəstəyi ilə “böyük Ermənistan” xülyasına düşsələr də sonda möhkəm hüquqi bazaya söykənən Azərbaycan Ordusu dövlətimizin qətiyyətli mövqeyi sayəsində 30 ilin erməni işğalına və yalanlarına son qoydu. Dövlətimiz bu illər ərzində dünya güclərinin edə bilmədiklərini etdi, ədalət və beynəlxalq hüquq deyilən məfhumların reallıqda mövcudluğunu sübut etdi və başqasının torpaqlarında gözü olanın, zaman-zaman öz çirkin niyyətinə uyğun olaraq soyqırımlar, faciələr törədənin hansı duruma düşəcəyini bütün dünyaya göstərdi. Budur, tarixi faktlara söykənən siyasətin uğurlu nəticəsi. Ermənilərin tarixin ayrı-ayrı dövrlərində törətdikləri soyqırımlar, vəhşiliklər dünyaya çox yaxşı bəllidir. Amma bir reallıq unudulur ki, işğalçıya, təcavüzkara dəstək olmaq bu siyasətin müdafiəsi anlamına gəlir. Belə olan təqdirdə etimad mühitinin mövcudluğundan danışmaq olarmı? Erməni vəhşiliyindən, dünya susmağından qalmadı. Dəhşətli Ağdaban faciəsi də bu vəhşiliklərin tərkib hissəsidir. 1992-ci il aprelin 8-də, Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər bu rayonun sonrakı dövrdə işğalına şərait yaratmaq üçün  Ağdaban kəndində soyqırımı törətdilər. Erməni vandalizmini təsdiqləyən bu faciə ilə bağlı statistik rəqəmlərə nəzər salaq.   Erməni quldurları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 70-ə yaxın şəxs isə  amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edilib. İşğalçı Ermənistanı susduran, hər zaman aciz duruma salan bu dəhşətli faktlardır. Tarix saxtakarlığı sevməməklə yanaşı, faktların dili ilə danışır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Ağdaban faciəsi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

Ağdaban soyqırımından 30 il ötdüyünü qeyd edən V.Rəhimzadə vurğulayıb ki, bu faciə Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biri, insanlıq əleyhinə ən böyük cinayətdir: “Ağdaban 1993-cü ildə ikinci dəfə ermənilərin hücumuna, vəhşiliklərinə məruz qalıb. Kəndin  ikinci dəfə işğalı Kəlbəcərin tamamilə zəbt olunmasına şərait yaratdı. Belə ki, Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprelin 3-də  erməni silahlı qüvvələri  tərəfindən tamamilə işğal edildi.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, iki ilə yaxındır ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd edirik. Bununla yanaşı, faciələrimizi, ermənilərin törətdikləri təxribatları, vəhşilikləri unutmur, onların dünya ictimaiyyətinə çatdırılması istiqamətində bütün səylərimizi birləşdiririk: “Xalqımız daim Zəfər  sevincini bizlərə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir, qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyir. Şəhidlərimizin, ermənilərin törətdikləri  soyqırımların qurbanlarının ruhu şaddır. Çünki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır”.

V.Rəhimzadə 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizi, Ermənistanın məğlubiyyətini təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından sonra Kəlbəcərin, Ağdamın və Laçının boşaldılmasına diqqəti yönəldib: “Mənfur düşmən Bəyanata uyğun olaraq Kəlbəcəri noyabrın 15-də boşaltmalı idi. Lakin vaxt məhdudiyyətini əsas gətirərək Rusiyanın vasitəsilə Azərbaycandan 10 gün əlavə vaxt istədi. Azərbaycan dövləti yenə də öz humanizmini nümayiş etdirərək vaxtı noyabrın 25-dək uzatdı. Ermənilərin Kəlbəcəri tərk etmələri ilə bağlı görüntüləri izləyəndə adamı dəhşət bürüyür. Bu vandalizm  bir daha Azərbaycanın 30 il hansı vəhşi ilə üz-üzə qaldığını dünyaya göstərdi. Belə ki, qanunsuz yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyünü, pəncərə çərçivələrini çıxarıb aparırdılar. Bununla yanaşı, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirdilər. 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan mənfur düşmən  həmin evlərə od vuraraq tərk etdi.  Azərbaycanlıların və ermənilərin Kəlbəcəri tərk etməsinin müqayisəsi ortada dəhşətli fərqin olduğunu üzə çıxarır. Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, əvvəlcədən razılaşdırılmış müddət təyin etdi.  Lakin 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçmağa çalışıb. Onların bir çoxu qırğına məruz qaldı, atəşə tutuldu, cəsədləri belə təhqir edildi. Nəticədə Kəlbəcərdə 500-dən çox dinc sakin həlak oldu, yüzlərlə insan girov götürüldü və ya itkin düşdü. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunmuşdur”.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan dövləti daim təbliğatını həqiqətə, faktlara söykənərək həyata keçirib, ermənilərin qəddarlığını, vəhşiliklərini əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: “Xocalı faciəsi, 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə bu faciənin davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtərdə dinc sakinlərə, evlərə endirilən raket zərbələri ermənilərin vəhşiliklərinin miqyasının geniş, ölçüyəgəlməz olduğunu təsdiqləyir. Xalqımız tam əmindir ki, insanlığa qarşı bu cinayətlər də cavabsız qalmayacaq. Necə ki, 44 gündə dünyaya səs salan “Dəmir yumruq” əməliyyatını həyata keçirib, erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü təmin etdik, bu cinayətlərin də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində dəyərləndiriləcəyinə, günahkarların cəzalandırılacağına nail olacağıq. Dövlət başçısı İlham Əliyevin postmünaqişə dövrünün reallıqlarının təsdiqi və qəbulu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. Keçirilən görüşlərin hər birində əsir götürülmüş, yaxud itkin düşmüş azərbaycanlılarla, həmçinin kütləvi məzarlıqlarla bağlı  məsələlər gündəmdə saxlanılır, bunlarla bağlı statistik rəqəmlər, faktlar açıqlanır. Prezident İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edərkən  birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını diqqətə çatdırmışdır. Dövlət başçısı bildirmişdi ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb. Bu yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın müəyyən olunduğu, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığı və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyi xanım Katrin Bombergeriyə çatdırılmışdır”.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan döyüş meydanında olduğu kimi,  informasiya cəbhəsində də üstünlüyünü təsdiqləyir: “Dünya güclərinin hazırkı mərhələdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın göstərdiyi səyləri, Ermənistana təklif etdiyi sülh təklifini dəstəkləmələri də deyilənlərin təsdiqidir. Avropa İttifaqı və digər beynəlxalq təsisatlar dəstəyə hazır, Azərbaycanın gündəmə gətirdiyi məsələlərin müzakirəsində maraqlı olduqlarını ifadə edirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə iki dəfə görüşünün baş tutması da bu kimi məqamlara işıq salır. Ermənistanın dalana dirəndiyi göz önündədir. Tezliklə zaman-zaman törətdikləri faciələrə, soyqırımlara, müharibə cinayətlərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək, layiqli cəzasını alacaq. BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının müddəalarının icra edilməsinin zamanıdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ