Cümə günü, 13 noyabr 2026
     

Revanşistlər Brüssel sənədinə əks ideologiya yaratdılar - Qarabağda erməni qalmayacaq...

Image


Avropa İttifaqının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşən separatçıların ciddi narahatlığına səbəb olub. Separatçı rejimin tör-töküntüləri üçtərəfli görüşdən “bu bizim üçün sondur” nəticəsini çıxarıb. 

Özünü Qarabağın “deputatı” kimi təqdim edən Metaxe Akopyan Brüssel görüşündən sonra yazıb ki, onlar artıq sonun yaxınlaşdığını görürlər: “Bu, Nikol Paşinyanın proqramıdır. Azərbaycan Ordusunun Daşbaşı və Fərruxdan çıxmayacaqları da təsdiqləndi. Razılaşmada Qarabağın statusu ilə bağlı bircə kəlmə də yoxdur. ATƏT-in Minsk Qrupu ləğv edilmiş sayılmalıdır. Çünki onlardan da bəhs olunmur. Yalnız sülh sazişindn söhbət gedir və sərhədlərin müəyyən edilməsindən danışılır. Biz sözlə ifadə olunmayacaq dərəcədə çətin dövr yaşayırıq. Bu bizim üçün sondur”.

  • “Separatçılar yaxşı anlayırlar ki, sonlarına az qalıb”

Mövzuya şərh verən siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, Brüssel görüşünün nəticələri artıq məlumdur və bu üçtərəfli görüş bütövlükdə Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının marağına səbəb olan hadisə kimi də qiymətləndirilə bilər: “Çünki vurğulandığı kimi, artıq orada korrektələr olunub, dəqiqləşdirmələr aparılıb. Bu dəqiqləşmələrdə əsas nəzərə çarpan məsələ budur ki, sülh danışığı proseslərində Minsk Qrupunun ümumiyyətlə adı çəkilmir, həmçinin  Ermənistanın Qarabağa “status” verilməsi iddiası qaldırılmır və sair. Bütün bunlar, əlbəttə, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin marağına cavab verən məsələlərdir. Lakin burada bir kiçik nüansı da xatırlatmaq istərdim. Yadınızdadırsa, Prezident İlham Əliyev bir neçə dəfə öz çıxışlarında eyham vurmuşdu ki, Ermənistan rəhbərliyinə etibar etmək olmaz. Yəni necə deyərlər, ehtiyatı əldən verməməliyik. Əgər bu gün Brüssel görüşündə Qarabağın “statusu” ilə bağlı hər hansı bir fikir səslənmədisə, burada yalnız humanitar məsələlər müzakirə olunubsa və burada “status”un müzakirə edilməməsi o demək deyil ki, ermənilər artıq bununla barışıblar. Gördüyümüz kimi, erməni cəmiyyətində, xüsusən də revanist kəsimdə Qarabağın “statusu” məsələsi ilə yanaşı Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağı kimi sərsəm iddialar da səsləndirilir. Lakin daha bir amili də xatırladım ki, aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə “status” eyhamı vurub. Sərsəmləyib ki, Qarabağ ermənilərinin “ son statusu” müəyyənləşmədən, diqqət verin, məhz “son statusu”, sülh danışıqları prosesində hər hansı bir irəliləyiş əldə etmək olmaz. Baxın, Paşinyan budur, Brüselldə bir, gəlib Ermənistanda isə başqa söz deyir. Faktiki olaraq Brüssel görüşündə Azərbaycanın qarşısında bütün şərtləri qəbul etdiyini bu və digər şəkildə nümayiş etdirən Ermənistan və onun rəhbərliyi səfərdən sonra yenə də ermənilərin “statusu” məsələsini ortaya atırlar.

Qarabağdakı separatçı rejimin tör-töküntülərinin “bəyanatlarına” gəldikdə isə, ilk növbədə onu deyə bilərik ki, Qarabağın separatçılardan təmizlənməsi, həmin ərazinin, Xankəndinin Azərbaycanın yurisdiksiyası altına keçməsi artıq zaman məsələdir. Və bu zaman da çox qısadır. Sepratçılar yaxşı anlayırlar ki, sonlarına az qalıb. Brüsseldə keçirilən görüşdə bütün bunların, ortada qalan problemlərin həll olunması üçün 1 ay vaxt verilib. Demək olar ki, aprel ayının sonuna qədər qəti qərar verilməlidir”.

R.Rəsulovun sözlərinə görə, qəti qərar verilməsə, təbii ki, Azərbaycan üzərinə düşən vəzifəni yerinə yetirmək üçün Qarabağdakı separatçıların tamamilə oradan çıxarılması prosesini başlada bilər. O hesab edir ki, biz bunu da nəzərdə saxlamalıyıq. R.Rəsulovun sözlərinə görə, yəni ortada hər hansı sülhə hazırlıq mühiti görünə bilər.  “Təbii ki, Azərbaycan sülhə meyllidir və hər zaman da sülhün tərəfdarı kimi çıxış edib. Lakin Ermənistan buna hazır deyil və Ermənistandakı müəyyən dairələr Qarabağda öz işlərini görməkdədirlər. Onlar hətta silahlı müqvimət göstərmək üçün də öz hazırlıq işlərini aparırlar. Bütün bunlar məlumdur. Sadəcə olaraq, məlum olan məsələlər tam şəkildə üzə çıxarılmır. Ona görə də, yeganə məsələ budur ki, Brüssel görüşündən sonra Avropa İttifaqı Ermənistana müəyyən təzyiqlərini artırmalıdır. Əgər Ermənistana təzyiqlər olmasa Ermənistan keçmiş ampluasına qayıdacaq…”

R.Rəsulovun qeyd etdiyinə görə, nə qədər ki sülh sazişinə imza atılmayıb, həmin sazişə kimi Ermənistana etibar etmək doğru seçim olmazdı. R.Rəsulovun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri baş tutacaq və bunun ardınca Ermənistanın baş naziri Nikol Paşinyan da ora gedəcək, oradan da sifarşlərini, tapşırıqlarını alacaqlar. “Bütün bunlar o deməkdir ki, sülh sazişinə gedən prosesi ləngitməyə çalışırlar. Bunların qarşını ala biləcək yeganə vasitə isə artıq tam qəti qərar verməklə Qarabağdakı separatçı qalıqlarını məhv etmək, onları oradan çıxarmaq və Azərbaycan bayrağını Xankəndi icra hakimiyyətinin binasından asmaqdır”.

R.Rəsulov qeyd edir ki, separatçılar çox tezliklə oranı tərk edəcəklərini anlayırlar: “Separatçılar Brüssel görüşündən sonra bir daha dərk etdilər ki,  “status” məsələsi bir xülyadır və separatizmdən əl çəkməsələr ya məhv olacaqlar, ya da Qarabağı tərk edəcəklər. Ora Azərbaycan ərazisidir və oradakı ermənilər də Azərbaycan vətəndaşı kimi yaşamağa üstünlük verməlidir. Separatçıların isə sonu onların özlərinə də, hər kəsə də aydındır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ