"Nyu-York Tayms" qəzeti Rusiyanın ən güclü müxalifət liderlərindən biri olan Aleksey və Mixail Navalnıy qardaşları üzərində dünənki məhkəmə prosesi barədə maraqlı xəbər dərc edib.
Baki-xeber.com "Nyu-York Tayms"a istinadən bildirir ki, Moskvada bir ilə qədər ev dustaqlığında olmuş müxalifət lideri Aleksey Navalnıy antikorrupsiya mübarizəsi fonunda dələduzluq cinayətində ittiham edilərək üç il yarım müddətinə şərti həbs cəzasına məhkum edilib. Onunla bərabər qardaşı Mixail Navalnıy da mühakimə edilərək üç il yarım müddətinə azadlıqdan məhrum edilib. Maraqlıdır ki, Mixail Navalnıy birbaşa məhkəmə zalından həbsxanaya aparılıb. Aleksey Navalnıy məhkəmə zalında qardaşının həbsini aşkar göz yaşları ilə qarşılayıb və uca səslə deyib ki, siz mənim qardaşımı həbs etməklə mənə pis cəza verdiniz.
"Nyu-York Tayms" xəbər verir ki, Rusiya hakimiyyəti qardaşını həbs etməklə Aleksey Navalnıyın siyasi fəallığını zəiflətmək istəyir. Belə ki, Navalnıy son müsahibələrində Putinin ölkəni iqtisadi böhrana sürüklədiyi üçün nüfuzunu tam itirdiyini və Rusiyanın gələcəyinin "seçki qutularında" həll olunmadığını deyib.
Aleksey Navalnıy məhkəmə prosesindən sonra özünün prezidentlik iddialarını da gizlətməyib.