Cümə günü, 13 noyabr 2026
     

Ermənistan iqtisadiyyatı çökür, əhalinin yarısı dilənçi günündə...

Image


“İşimizin əsas məqsədlərindən biri də həssas əhali qrupunun vəziyyətinin daha da ağırlaşmasına qol verməməkdir”. Belə bir açıqlama ilə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan çıxış edib.

O, Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkədə yoxsulluğun səviyyəsinin artıb-artmayacağına dair sualı cavablandırarkən bildirib ki, vəziyyət çətindir: “Bu gün Ermənistanda yoxsulluğun səviyyəsi 27% təşkil edir. Bu arada əhalinin yoxsul təbəqəsinin gəlirləri artmasa, biz ili 42 faizlə bağlayacağıq. Yəni əhalinin bu qədər hissəsi yoxsulluq həddində yaşamalı olacaq. İstehlak səbətinin qiyməti artır və Ermənistan əhalisinin daha 15%-i yoxsulluq həddində yaşamalı olacaq. Yoxsulların sayı indiki ilə müqayisədə artacaq”. Nazir onu da qeyd edib ki, hökumət əhalinin həssas təbəqələrinin maaşlarının artırılması üçün əlindən gələni edir. Lakin bunun üçün imkanlar da məhduddur. Daha bir problem odur ki, ölkəni ağır durumla bağlı tərk edənlərin də sayı sürətlə artır. Məsələn, təkcə ötən il 50 minə yaxın Ermənistan vətəndaşı Rusiya pasportu alıb. Bunlar fonunda Ermənistan Mərkəzi Bankı iqtisadi artım proqnozunu nəzərdə tutulmuş 5,3 faizdən 1,6 faizə endirib. “Moody's”in proqnozuna görə, 2022-ci ildə Ermənistanda iqtisadi artım 1,8, 2023-cü ildə isə təxminən 3 faizə qədər azalacaq. Nəzərə alınmalıdır ki, ilin birinci rübündə baş verənlər hakim dairələrin ikirəqəmli iqtisadi artım proqnozları fonunda olanlardır. Ermənistanın “Past” nəşri yazır ki, “Hayastan” blokunun deputatı Tadzos Avetisyan, hökumətin real və adekvat antiböhran tədbirləri olmayacağı təqdirdə, ölkədə iqtisadi tənəzzülün qaçılmaz olduğunu vurğulayıb. Ümumilikdə praqmatik təhlilçilər ölkə iqtisadiyyatının 2022-ci ildə daha 25 faizə qədər “əriyəcəyini” qaçılmaz hesab edir. Bu isə o deməkdir ki, ötən illərdəki vəziyyət bu il də təkrarlanacaq: Ermənistanda kasıblar son dərəcə yoxsullaşacaq, orta təbəqə kasıba çevriləcək və həmişə olduğu kimi, sayı çox az olan varlılar daha da varlanacaq. Erməni iqtisadçı Movses Aristakesyan qeyd edir ki, bu vəziyyəti şərtləndirən əsas səbəblərdən biri də Rusiyanın Ukraynaya təcavüzüdür: “Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Moskvaya qarşı sanksiyalar davam edəcək, Rusiya iqtisadiyyatı tədricən çökəcək və bu onun iqtisadiyyatı ilə bağlı digər ölkələrə də təsir edəcək”. Onun sözlərinə görə, Ermənistanın iqtisadiyyatı məhv olub, ölkənin sosial və demoqrafik vəziyyəti bərbad vəziyyətdədir: “Bu pis bir təcrübədir. Mən deyərdim ki, bu, iqtisadi və ya sosial soyqırımıdır. Heç kim bu fenomenin dayandırılması, iş üçün xaricə gedilməməsi, müvafiq iş yerləri yaradılması yönündə heç bir iş görmür”. Erməni iqtisadçı vurğulayıb ki, insanlara layiqli iş yeri açılmasa, ölkənin iqtisadi və sosial yükü daha da artacaq.

Bu fonda Ermənistan Mərkəzi Bankı bəyan edib ki, 2022-ci ilə qədər sənayedə, pul köçürmələrində azalma və yüksək inflyasiyanın olması qaçılmazdır. Bildirilir ki, Rusiya-Ukrayna münaqişəsi, daha dəqiqi, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən istehlak bazarında vəziyyət kəskin şəkildə pisləşib. Belə şəraitdə borcun artması da vəziyyəti gərginləşdirir. Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan qeyd edir ki, 2021-ci ildə dövlət borcu 4 trilyon 210 milyard dram olub, bu da ÜDM-in 60,3 faizini təşkil edir. Ölkənin xarici borcu 2 trilyon 972 milyard dram, daxili borcu isə 1 trilyon 237 milyard dram təşkil edib. Dollar ekvivalentində Ermənistanın dövlət borcu 9 milyard 226 milyon dollar təşkil edib. 2021-ci ildə Ermənistanın dövlət borcu 1 milyard 257 milyon dollar və ya 15,8% artıb. Borc həm daxili, həm də xarici maliyyə mənbələri hesabına artıb. Erməni nazir gizlətməyib ki, 2022-ci ildə borc yükü artmaqda davam edəcək, çünki borcların idarə edilməsi makroiqtisadi sabitlik baxımından ən həssas məsələlərdən birinə çevrilib. Onun sözlərinə görə, çoxlu makroiqtisadi qeyri-müəyyənliklərin mövcud olduğu indiki şəraitdə Ermənistan iqtisadiyyatı əvvəllər proqnozlaşdırılan iqtisadi fəallığın artım göstəricilərindən kənara çıxa bilər. Bu mənfi təsir uzun müddət davam edərsə, il gözləniləndən az gəlir yığımı ilə başa çatacaq. Zəruri hallarda 2022-ci ilin büdcəsində nəzərdə tutulan xərclərin tam icrası üçün əlavə vəsait cəlb ediləcək: “Vergi daxilolmaları azaldığı halda, xərclər azalmayacaq. Xərclər azalmazsa, yeni borcun cəlb edilməsi qaçılmaz olacaq. Biz düşünmürük ki, borcu idarəolunmaz formada artırmaq olar. Borclanma yalnız ehtiyac aydın olduqda və ödəmə qabiliyyəti mövcud olduqda aparılmalıdır. Biz həmişə öz imkanlarımızı cari fəaliyyətimizə aid olan borcun daxil edilməsi qərarları ilə birləşdirməliyik”. O qeyd edib ki, növbəti illərdə Ermənistan borc vəsaitlərini cəlb etməli olacaq. Bütün bunlar Ermənistan iqtisadiyyatının ciddi böhran içində olmasının rəsmi etiraflarıdır. O də bəllidir ki, Ermənistan uzun illərdir xarici maliyyə yardımları, ianələr hesabına yaşayır və bunun təşkilində xaricdəki erməni lobbisi, ermənipərəst dairələr mühüm rol oynayır. Lakin son dövrlərdə bu prosesdə də Ermənistanın durumu ağırılaşır. Məsələn, ABŞ-ın Ermənistana ayırdığı maliyyə yardımı azalır. Məlumdur ki, erməni lobbisinin istəkləri qarşılığında Ağ Ev 2022-ci il üzrə Ermənistana 45 milyon dollar ayırdı. Lakin indi ABŞ Prezident Adminstrasiyası 2023-cü ilin dövlət büdcəsində Ermənistana xarici yardım xətti ilə 24 milyon dollar ayırmağı təklif edib. Göründüyü kimi, ABŞ-ın Ermənistana ayrılaraq təsdiqlənən yardımı 21 milyon dollar azaldılır. Erməni lobbisi münaqişə dövründə hər il Qarabağdakı erməni icmasına kömək adı altında separatçılara ABŞ-dan əlavə yardım alırdı. 2023-cü ilin dövlət büdcəsində bu nəzərdə tutulmayıb.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ