Cümə günü, 13 noyabr 2026
     

Dinamik inkişafa malik Azərbaycan-Avropa İttifaqı əlaqələri Azərbaycanı regionda daha qüdrətli ölkəyə çevirir

Image


Bu gün qlobal miqyasda beynəlxalq münasibətlər sisteminin olduqca mürəkkəb bir mərhələyə qədəm qoyması müşahidə edilir. Bu vəziyyətdə indi hər bir ölkə qarşısında duran əsas məqamlardan biri mövcud mürəkkəb şəraitdə öz təhlükəsizliyini təmin edə bilməkdir.

Bunun üçün dünya birliyi, müxtəlif beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq zəruri şərt kimi çıxış edir. Bunu uğurla bacaran ölkələrdən biri qismində isə Azərbaycan çıxış edir.

  • Avropa İttifaqı Azərbaycanın regionda müəyyənləşdirdiyi yeni reallıqları qəbul edir

Faktdır ki, Azərbaycan bu gün mövcud olduğu regionun inkişaf perspektivlərini, ümumi gələcəyini müəyyən edən lider dövlətdir. Bu kontekstdə tamamilə təbiidir ki, Cənubi Qafqazda maraqları olan, burada siyasi, iqtisadi və digər vacib müstəvilərdə fəaliyyət göstərmək istəyən ölkələr ilk növbədə  Azərbaycanla siyasətlərini uzlaşdırır, dövlətimizin mövqeyini mütləq şəkildə nəzərə alırlar. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlarla bütün dünya ölkələri hesablaşır. Eyni zamanda postmünaqişə dövründə Azərbaycanın regionda sülhün bərqərar olması, əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində fəaliyyət və səyləri alqışlanır. Bu, Avropa İttifaqı timsalında da özünü qabarıq büruzə verir.

Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası kimi məsələlərdə Avropa ittifaqı Azərbaycana tam dəstək verir. Qurum Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, Cənubi Qafqazda sabitliyin, sülhün bərqərar olmasında maraqlıdır. Bu da Azərbaycanın istək və maraqları ilə tam üst-üstə düşür. Məlumdur ki, Azərbaycan Ermənistanla münasibətlərinin normallaşması, regionda yeni şərtlər daxilində davamlı inkişaf üçün Ermənistana 5 bənddən ibarət sülh təklifi göndərib. Beynəlxalq hüquqa əsaslanan bu təkliflərin Ermənistan tərəfindən qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Bu mənada Cənubi Qafqazda sülh istəyən Avropa İttifaqı da sözügedən təkliflərin qəbulu üçün Ermənistana təsir edir. Bu, Belçika Krallığının paytaxtı Brüsseldə prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla  işçi nahar formasında görüşü  fonunda özünü qabarıq büruzə verdi. Bu görüş bir daha göstərir ki, Avropa İttifaqı Azərbaycanın regionda müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Şarl Mişelin İlham Əliyev və Nikol Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair yaydığı bəyanatda da bu təsdiqini tapdı. Bəyanatdan bəlli oldu ki, Avropa İttifaqı Azərbaycanın sülh təkliflərini alqışlayır. Bundan başqa, bəyanat bir sıra məqamlara görə də xüsusi diqqət clb etdi. Əvvəla, sənəddə  “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Erməni tərəfinin bütün hay-həşirinə baxmayaraq, sənəddə Fərrux kəndi ətrafında son proseslərə də toxunulmaması göstərir ki, Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır. Bundan başqa, bəyanatda ATƏT-in Minsk Qrupunun da adının çəkilməməsi o deməkdir ki, bu strukturun həmsədrlik institutu faktiki olaraq tarixin arxivinə göndərilib və bunu Avropa İttifaqı da qəbul edir. əvəzində Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

  • İndi Avropa İttifaqı Cənubi Qafqazda fəaliyyətini Azərbaycanla uzlaşdırır

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlı olduğunu hər zaman bəyan edir. Azərbaycan Avropa İttifaqının bu yanaşmasını təqdir edir, bu qurumun ölkəmizlə Ermənistan arasında vasitəçilik niyyətini alqışlayır.

Avropa İttifaqı hesab edir ki, sərhədlərin müəyyən edilməsi, kommunikasiya xətlərinin bərpası, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də və noyabrın 26-da imzalanmış üçtərəfli bəyanatlardan irəli gələn şərtlərin icrası regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında böyük önəm kəsb edir. Bu, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tezləşməsi baxımından da olduqca mühümdür. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanmasının tezləşməsi istiqamətində Avropa İttifaqının qarşıdakı dövr ərzində daha fəal siyasət yürüdəcəyi şübhə doğurmur. Bu, Avropa İttifaqının regional maraqları baxımından da zəruri əhəmiyyət kəsb edir. Avropa İttifaqı sabit, dinamik inkişaf tempinə malik Cənubi Qafqaz regionunun olmasında maraqlıdır və bu istiqamətdə fəaliyyətini Azərbaycanla uzlaşdırır. Avropa İttifaqı üçün Azərbaycanın dünyada geosiyasi proseslərə, indiki halda Rusiya-Ukrayna qarşıdurmasına münasibəti də olduqca böyük önəmə malikdir. Təsadüfi deyil ki, Şarl Mişelin Azərbaycan rəhbərliyi ilə görüşlərində Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə mövzusu olur. Ümumiyyətlə, Ukraynadakı hadisələrin gedişi, Azərbaycanın buna münasibəti, sözügedən ölkədə sülhün bərqərar edilməsi üçün ata biləcəyi addımlar Avropa üçün olduqca əhəmiyyətlidir. İndi bu silahlı münaqişənin dayandırılmasında Avropa Azərbaycanın imkanlarından yararlanmaq stəyir. Rusiya-Ukrayna konfliktinin dayandırılması, yaranmış böhranın aradan qaldırılması istiqamətində Azərbaycanın təşəbbüsləri Avropada yüksək qiymətləndirilir. Avropa İttifaqı enerji təhlükəsizliyinin təmin edilməsində, etibarlı nəqliyyat-tranzit marşrutları, həyati əhəmiyyətli logistika mərkəzləri kimi məsələlərdə də Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir. Bu, rəsmi Bakının həyata keçirdiyi diplomatiyanın yeni mühüm uğuru kimi də qəbul edilə bilər. Elə bu fonda Brüssel görüşü də Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu, eyni zamanda Azərbaycanla dünya miqyasında hesablaşıldığını, Avropa İttifaqının da bu sırada yer aldığını bir daha nümayiş etdirdi.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ