Cümə günü, 13 noyabr 2026
     

Ermənistandan Rusiya təcavüzünə növbəti dəstək - Feodosiya Dilicanla qardaş oldu...

Image


Separatizmin əsas dəstəkləyicilərindən biri olan Ermənistan Rusiyaya yarınmaqda, quyruq bulamaqda davam edir. Son günlər bunu daha çox büruzə verən Ermənistan bir neçə gün əvvəl “Krım günləri” keçirməklə Rusiyanın təcavüzünə dəstək verdiyini sübut etdi. Yeni yayılan məlumata görə isə,  

Ermənistanın Dilican şəhəri Krımın Feodosiyası ilə “qardaşlaşıb”. Krımın Feodosiya şəhəri ilə Ermənistanın Dilican şəhəri arasında “qardaşlaşmış şəhər” münasibətlərinin yaradılması haqqında saziş imzalanıb. Bu barədə Krımın "İqtisadi İnkişaf Nazirliyi"nin mətbuat xidməti məlumat yayıb.

Dilican adından sazişi şəhərin meri David Sarkisyan imzalayıb. Krımın “baş nazir”inin müavini, "respublika"nın maliyyə naziri İrina Kiviko bildirib ki, imzalanmış saziş Krım və görkəmli rəssam İvan Ayvazovskinin doğulduğu, ən böyük erməni icmasının yaşadığı və erməni kilsələrinin fəaliyyət göstərdiyi Feodosiya üçün əlamətdar hadisədir.

  • “Dilicanın Krımın Feodosiya şəhəri ilə “qardaşlaşdığının” élan edilməsi gülüncdür”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan təxribatlara yol verməklə və separatizmə, təcavüzə dəstək verməklə öz mahiyyətini, xislətini, bir dövlət kimi siyasətini ortaya qoyur. “Ermənistanın bu hərəkətləri şıltaqlıqdan, kimlərisə narahat etmək istəyindən qaynaqlanır. 44 günlük müharibəyə qədər özlərindən miflər yaradıb eyforiyaya düşmüşdülər ki, guya bunlar da “söz sahibidir”, ordularından, hərbi qüdrətlərindən dəm vururdular, qondarma tarixlərindən danışırdılar. Çox təəssüflər olsun ki, bəzi dövlətlər də Ermənistanın bu cür hərəkətlərinə şərait yaradırdı ki, danışıb özünü gülünc etsin. Bu gün Ermənistan elə vəziyyətdədir ki, nə düz-əməlli ordusu, nə iqtisadiyyatı, nə də normal siyasəti var. Ermənistan bütün səhvlərini anlayıb siyasətini dəyişməlidir, düşmən münasibətlərə, separatizmə, təcavüzə dəstək verməyə son qoymalıdır. Amma bu ölkənin başında duranların özləri müstəqil adam olmadıqları, onun-bunun əlində oyuncaq olduqları üçün kim nə deyir onunla hərəkət edirlər. Ermənistan müxalifətində olanlarla hökumətdə olanların arasında heç bir fərq yoxdur, hamısı xəstə təfəkkürlüdür, təxəyyüllə yaşayırlar, avantüristdirlər. Düz-əməlli siyasəti, iqtisadiyyatı, gücü olmadığı halda Ermənistanın hoqqabazlıq, kəndirbazlıq etməsi qəribə görsənir. Biz tarixçilər bilirik ki, ermənilər hansı dövlətin tərkibində olubsa hoqqalar çıxarıblar, Romanın, Bizansın, Osmanlının başına oyunlar açıblar. Gürcüstanla münasibətləri də göz qabağındadır. Ermənistan Rusiyanın forpostudur və bunu da heç də gizlətmir. Ermənistan Rusiyaya arxayın olub bölgədəki məsələlərə müdaxilə etmək istəyir, Krımla, Donbasla, Luqansk, Abxaziya, Cənubi Osetiya ilə bağlı “rəy” bildirir, onlara dəstəkçi olur. Rusiyanın əlində oynatdığı Ermənistan adlı oyuncaq bu ölkənin bütün işlərinə yaramağa çalışır. Ermənistanın Krım “respublikasına” “qucaq” açması, “Krım günləri” keçirməsi, indi də Dilicanla Feodosiyanın “qardaşlaşdığını” élan etməsi onun mahiyyətini göstərir. Ermənistanın Krım “respublikasına” isti münasibəti Rusiyanın təcavüzünü dəstəkləmək, Ukrayanaya və başqa ölkələrə acıq verməkdir. Yadınıza gəlirsə, o vaxt  Ermənistan Krımın Ukraynadan ayrılıb Rusiyaya qatılması üzrə referendumun nəticələrini tanımışdı. Elə o dövrdə də Ermənistan Rusiyanın buyruqlarını yerinə yetirib bu addımı atmışdı. Dilicanın Krımın Feodosiya şəhəri ilə “qardaşlaşdığının” élan edilməsi gülüncdür. Ermənistan özünü ciddi bir dövlət kimi tanıtmaq istəyir, özünü təbliğ etmək məqsədi güdür, amma nail ola bilməyəcəklər. Guya Krımda erməni icması, erməni kilsəsi çox güclüdür. Erməni Krıma dünən gedib çıxıb. Krımın erməniyə, rusa nə aidiyyəti var? Krım da, Dilican da qədim türk torpağıdır”.

Q.Hacıyevin sözlərinə görə, Ermənistan heç nəyi dəyişdirməyə qadir bir ölkə deyil, yalnız ortada oyun oynayıb öz xeyirlərini güdməkdən başqa heç nəyə yaramırlar. “Ermənistanın Krımla bu qədər yaxınlaşması heç xeyirli deyil. Mən buna inanıram ki, Ermənistan yenə də Rusiyanın diqqətini İrəvana yönəltmək istəyir və Qarabağda münaqişənin qızışdırılmasına nail olmağa çalışır. Ermənistan revanşizimi həyata keçirmək üçün hər cür oyunlara gedir. Ermənistanın ortaya atdığı “qardaşlıq”, “dostluq”, Feodosiya ilə Dilicanın “qardaşlaşması”, Krımda erməni dini icmasının, Qriqoryan kilsəsinin olması və sair hamısı boş bir şeydir. Krımın özü indi hansı vəziyyətdədir ki, Ermənistana dayaq dursun? Krımda ermənilərin sayını şişirtmək istəyirlər, amma bütün dünya bilir ki, orada ən çox türklər, tatarlar yaşayır. Vaxtilə Sovet hökuməti Krım türklərinə dəfələrlə divan tutub, indi də onların yerinə-yurduna su tökürlər. Ermənistanın özünü Krıma yamaq etməsi türk xalqlarını narahat etmək, Rusiyaya yaltaqlanmaq anlamına gəlir”- deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ