"Nyu-York Tayms" qəzetinə istinadən Baki-xeber.com xəbər verir ki, ABŞ konqresmeni, Respublikaçılar partiyasının təmsilçisi Migel Krimm istefa qərarını açıqlayıb.
Nyu-York şəhərinin partiyadan tək təmsilçisi olan Krimm dünən deyib ki, yanvarın 5-də, yəni onun vergidən yayınmada günahkar bilinməsindən iki həftə sonra istefa verəcək. O deyib: "Mən inanmıram ki, fəxrlə təmsil etdiyim insanların etimadından kənarda Konqresdə yüz faiz səmərəliliklə fəaliyyət göstərə bilərəm. Həyatımın növbəti səhifəsinə keçmək vaxtıdır".