Ermənistanda keçirilmiş rəy sorğusu nəticəsində məlum olub ki, respondentlərin 69,7 faizi Ermənistanın Rusiya ilə münasibətlərinin məhdudlaşdırılması, əlaqələrin Aİ və ABŞ-la genişləndirilməsinin tərəfdarıdır.
Trend-in erməni KİV-inə istinadən məlumatına görə, rəy sorğusu SOCIES ekspert mərkəzi və İrəvan Dövlət Universiteti tərəfindən keçirilib.
Rəyi soruşulanların 34,1 faizi Ermənistanın təhlükəsizliyinin təmin olunması məqsədilə NATO-ya daxil olmalı olduğunu bildirib.
Eyni zamanda, respondetlərin yalnız 29,1 faizi təhlükəsizliyin qarantı kimi KTMT-ni görüb. 26 faiz respondent heç bir təşkilatın Ermənistanın təhlükəsizliyinin qarantı olmadığını, 10,7 faiz respondent isə bu təşkilatlar barədə eşitmədiyini bildirib.
Bundan başqa, rəy sorğusunda iştirak ednlərin 46,1 faizi Ermənistanın Avropa İttifaqına, 12,6 faizi Avrasiya İqtisadi İttifaqına üzvlüyünü dəstəklədiyini bildirib. 12,5 faiz respondent heç bir qurumu dəstəkləmədiyini, 12,6 faiz isə bu qurumlar barədə eşitmədiyini bildirib.