Cümə günü, 13 noyabr 2026
     

“Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır” - Vüqar Rəhimzadə

Image


“Bu günümüzün əsas müzakirə mövzusu dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə işgüzar səfəridir. Səfər çərçivəsində ölkə Prezidentinin qurumun rəsmisi ilə təkbətək görüşü, eyni zamanda,  Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidentinin və  Ermənistanın baş nazirinin  üçtərəfli görüşü mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı istər ölkəmizin qurumla, istərsə də quruma üzv dövlətlərlə münasibətlərində özünün aydın ifadəsini tapır. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçika Krallığına  səfəri çərçivəsində Avropa İttifaqı ilə  Azərbaycan arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədi bütün məqamları özündə ehtiva edir.  Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının ölkəmizlə münasibətləri, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə  hazır olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə üçtərəfli görüşün keçirilməsi və sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas  reallıqlarının təqdimatıdır. Ötən ilin dekabrında  Brüsseldə sülh gündəliyinin əsası qoyulmuşdur. Aprelin 6-da keçirilən  görüş Brüssel gündəliyinin əsas tərkib hissəsi kimi dəyərləndirilir.”

Bu fikirləri Yeni Aərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatıın sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  üçtərəfli əsasda 4 saat yarımdan artıq davam edən görüşün  nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın: “İki ölkənin Xarici İşlər Nazirlərinə  bununla bağlı təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Məlum olduğu kimi bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh müqaviləsində əsas şərtlərdən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması məsələsidir. Tarixi Zəfərimizdən  bir ildən artıq  vaxt keçməsinə baxmayaraq Ermənistanın hələ də sülh təklifinin imzalanması ilə bağlı tərəddüdləri diqqətdən kənarda qalmır.  Ermənistan  ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa olunnmasında maraqlı olduğunu  hər bir bəyanatında ifadə edir. Amma istər ötən ilin dekabrın 14-də, istərsə də  aprelin 6-da keçirilən görüşlərin sonunda qəbul olunan bəyanatda Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in  Minsk qrupunun həmsədrlik institutuna istinad olmayıb.  Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və yeni səhifə açılıb. Minsk qrupunun vasitəçiliyinə gəldikdə isə  1992-ci ildə  münaqişənin həllinə vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə  yaradıldığı  gündən qurum  vəzifəsinin nədən ibarət olduğunu  dərk etmək istəmədi. Təbii ki, bunun səbəbləri var idi.  Vasitəçi  tərəf tuta bilməz. Neytral mövqedə dayanaraq məsələnin ədalətli həllinə öz dəstəyini göstərməlidir. Amma 30 ildə Azərbaycan tamamilə fərqli bir mənzərənin şahidi oldu.  ATƏT-i Minsk qrupunun həmsədrləri işğalçını adı ilə çağırmağın münaqişənin həllinə maneə ola biləcəyini bildirərək,  açıq-aşkar Ermənistana dəstək missiyasını yerinə yetirdi. Qurumun fəaliyyətsizliyi, tərkibinin dəyişdirilməsi məsələsi daim gündəmin əsas müzakirə mövzularından olub.  Azərbaycan 44 günlük  Vətən müharibəsinin getdiyi dövrlərdə də ATƏT-in Minsk qrupunun ikili standartlara  əsaslanan siyasətinin şahidi oldu. Artıq  münaqişə həll olunub, Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə    ərazi bütövlüyümüzü təmin edib,  işğala son qoyub. Bu gün postmünaqişə dövrünün reallıqlarının  həyata keçirilməsinin zamanıdır.  Azərbaycan  ATƏT-in Minsk qrupundan postmünaqişə dövrü ilə bağlı    yeni təklif gözləsə də bunun da mümkünsüzlüyü göz önündədir. Belə olan təqdirdə  onun  uğursuz vasitəçilik missiyasını yenidən bərpa etməyə ehtiyac varmı? 44 gündə işğala son qoyaraq münaqişəni özü həll edən Azərbaycan üçün ATƏT-in Minsk Qrupu lazımsız təsisatdır. Artıq bu qurum tarixin arxivində yer alıb.

Avropa İttifaqının dəstəyi ilə  Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.”

YAP Xətai rayon  təşkilatının sədri vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilən bəyanatda  tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur: “Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Digər tərəfdən postmünaqişə dövrünün əsas məsələlərindən biri işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin təmin olunmasıdır ki, bu da həmin torpaqlarımızın minalardan təmizlənməsinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan tərəfi işğalçı Ermənistandan bu ərazilərin mina xəritələrinin verilməsini tələb etsə də, təqdim olunan iki  xəritənin dəqiqliyi özünü doğrultmadı. Dövlət başçısı İlham Əliyev, həmçinin keçirilən görüşlərdə  itkin düşmüş şəxslərin tapılması məsələsini də gündəmə gətirir. Bəyanatda  Avropa İttifaqının  minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Qurumun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, regionda etimad quruculuğunun həyata keçirilməsində maraqlı olması, üçtərəfli görüşlərin təşəbbüskarı kimi çıxış etməsi təqdir olunur. Əsas olan budur ki, Avropa İttifaqı qərəzsiz tərəfdir. Hər iki tərəfin-Azərbaycan və Ermənistanın quruma etimadı var. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir. Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir məsələnin həllində vasitəçi, yaxud təşəbbüskar kimi çıxış edən tərəf neytrallığı qorumalı, hər iki  tərəfə münasibətdə ədalət meyarını əsas götürməlidir. Reallıq budur ki, Azərbaycan öz tarixi torpaqlarına qovuşub.  30 il Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistana  dünya güclərinin təzyiqlər göstərməməsi, sanksiyalar tətbiq etməməsi onun daha böyük iddialarla  yaşamasına səbəb olmuşdur. Yeni ərazilər uğrunda  müharibə planını gerçəkləşdirmək məqsədilə Ermənistanın 2020-ci ilin sentyabrın 27-də həyata keçirdiyi təxribat da bunun təsdiqi idi. Nəticədə əks-hücum əməliyyatına başlayan  Azərbaycan Ordusu öz torpaqlarında  döyüşdü, işğala son  qoyaraq düşməni  bu ərazilərimizdən qovdu, üçrəngli bayrağımızın dalğalanmasına nail oldu.  Bu gün işğalçı Ermənistanın qarşısında dayanan əsas tələb  sülh müqaviləsini imzalamaqla, regionda  təhlükəsizliyin təmin edilməsi,  kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Dövlət başçısı İlham Əliyevin Brüssel səfərindən öncə ABŞ-ın  Dövlət Katibi Antoni Blinkenin dövlət başçısına  zəngi də bir çox məqamlara işıq salır. Telefon danışığı əsnasında Antoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdir. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini açıqlamışdır”.

V.Rəhimzadə  diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  üçtərəfli görüşün yekunları ilə bağlı  jurnalistlərin suallarına cavabına yönəldərək bildirib ki, qurum rəsmisinin “Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf  Avropa İttifaqı üçün  olduqca mühümdür.  Ona görə də biz bütün  müsbət səyləri,  etimadyaratma  tədbirlərini dəstəkləməklə  məşğuluq  və bu gecə  böyük bir irəliləyişə  nail olduq” cavabı hazırkı və sonrakı proseslərin aydın mənzərəsini yaradır: “Ümumilikdə hər bir görüş Azərbaycanın diplomatik qələbəsinin  təqdimatıdır. Artıq Ermənistan, həmçinin dünya gücləri sülh müqaviləsinin imzalanması ilə bağlı istəklərini ortaya qoyaraq bu istiqamətdə dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin müzakirəsinə başlayıb. Son Brüssel görüşü də təsdiqləyir ki, Avropa İttifaqı da 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ