Cümə günü, 13 noyabr 2026
     

İkinci Brüssel, birinci nəticə

Image


“Elə indicə biz Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Güney Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa Birliyi üçün olduqca önəmlidir. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə BÖYÜK BİR İRƏLİLƏYİŞƏ NAİL OLDUQ. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”. – Bu sözlər Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelə aiddir. – Bəli, aprelin 6-da Brüsseldə Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş oldu. Görüşdən 1 gün öncə İrəvanda Paşinyan əleyhinə, başqa sözlə, Brüssel görüşünə təzyiq yaratmağa xidmət edən mitinq baş tutmuşdu. Həmin “müxalifət mitinqi”nin Brüssel danışıqları öncəsi Paşinyan hakimiyyəti tərəfindən qurğulanmış tamaşa olması şübhə doğurmur. Belə tamaşa ənənəsi Paşinyandan öncədən formalaşıb və necə deyərlər, “erməni dövlətçilik təcrübəsi”ndən irəli gəlir. Məsələ ondadır ki, əgər dövlət uğursuz dövlətsə, başqa dövlətin forpostusa onun təcrübəsi nəyə yarar? Yenə xatırlayaq:  Petrosyan o vaxtkı Azərbaycan rəhbərliyi ilə danışıq apararkən Qarabağda işğal tam sürətlə davam edir, Petrosyan da bunu “Dağlıq Qarabağdakılar”ın üzərinə atır, onu dinləmədiklərini söyləyirdi; Köçəryan danışıqlarda dalana dirənəndə, bağışlayın məni, qarnı ağrıyırdı, ardınca da guya yaxın qohumunun vəfatı xəbəri yayılırdı və o, danışıqları yarımçıq qoyub, İrəvana dönürdü. “Yaxın qohum”da kimmiş, əfəndim? – təqribən belə bir cavab: atasının bibisinin baldızı oğlunun kirvəsinin nəyisə... – Bu, qədər qeyri-ciddi yəni. Sarqisyan Serjik Azatoviçdənsə heç danışmağa dəyməz – erməni cəmiyyəti Sarqisyan kimi (habelə Köçəryan kimi) bir rəhbəri olduğu üçün özü özünə qiymət versə yaxşı olardı. Beləliklə, Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar sürəcini durdurmaq və zaman qazanmaq üçün əndərəbadi gedişlərdən istifadə olunub. Amma çifayda!  Ermənistan hərbi-siyasi başbilənləri kainatın ruhunu, dünya nizamını, Azərbaycanın mədəni, tarixi, hərbi irsini, İlham Əliyevin qətiyyətini idrak etməmişdir. İrəvanda bundan sonrakı hər hansı qondarma mitinqlə-filanla da beynəlxalq ictimai rəyi çaşdıra bilməyəcəklərini anlamalıdır. Guya “Müxalifətin mitinqi”nə əsaslanaraq danışıqlar zamanı özünü çəkingən aparmaq hüququ əldə edəcəyini düşünən Paşinyan, siyasi rəqibləri Köçəryan və Sarqisyan yolundan, daha doğrusu yolsuzluğundan bilmərrə əl çəkməlidir. Uzun sürən ağır işğal illərində ədalətsiz sülhə, güzəştə razı olmayan Azərbaycan rəhbərliyini indi güzəştə vadar etmək mümkünmü? Əsla! Bu sadə həqiqətə kor olmaq rəsmi İrəvanın nəyinə lazımdır?

Paşinyan da, onun Qərbdəki, Şərqdəki və daha haralardakı havadarları da qəbullanmalıydı ki, artıq geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin səmərəsi bərabərdir “0” olacaq. Necəki oldu!

Uğursuz dövlətin Baş naziri Nikol Paşinyan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, ötən il dekabrın 14-dəki Brüssel görüşü zamanı da zərbə almışdı. Buna görə də Paşinyan ikinci Brüssel görüşünə “müxalifət mitinqi”-filan oyunları ilə deyil, rasionallıqla, hadisələrin gedişatını düzgün qiymətləndirərək getməliydi. Paşinyan heç bundan sonrakı görüşlər üçün də öz bekara maraqlarına xüsusi ümid bəsləməməli və bilməlidir ki, gərəksiz dirəniş cəhdləri növbəti yeni zərbə ilə sonuclanacaqdır. Azərbaycanın Dəmir Yumruğu da yerindədir, alternativləri də var, Sən isə... “Ermənistan, sən dalansan”...

Beləliklə,  6 aprel Brüssel görüşü üçtərəfli əsasda 4 saat yarımdan artıq davam etdi. Görüşün sonucu olaraq Şarl Mişel tərəfindən verilmiş Açıqlamada təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında Sülh Anlaşması üzrə danışıqlar başlayır. Hər iki ölkənin Xarici işlər nazirliklərinə bununla bağlı təlimat verilir. Xatırladığımız kimi, bir qədər öncə Azərbaycan Ermənistan tərəfinə 5 maddədən ibarət təməl sülh təklifləri göndərmişdi. Brüsseldə əldə edilmiş razılıq Azərbaycanın irəli sürdüyü həmin maddələrdən ibarət təklifin qəbulu və danışıqların o maddələr əsasında aparılmasının ifadəsidir. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. 

Brüssel Sülh Gündəliyinin müəllifləri Prezident İlham Əliyev və Şarl Mişeldir; Paşinyan isə hər nə qədər daxili və beynəlxalq ictimai fikirlə oynamaq istəsə də, gündəliyə qoşulmağa məcbur oldu. Necə deyərlər, “başqa yolu yox artıq”... Beləliklə, 14 dekabrdan sonra Şarl Mişellə İlham Əliyev arasında intensiv təmaslar aparıldı, telefon danışıqları keçirildi və budur ilkin nəticə əldə olundu: Brüsseldə ikinci Üçtərəfli görüş, 4 saat yarımdan artıq müzakirə və razılaşmalar! 

AB Şurası Prezidentinin Açqılamasında duyurulduğu kimi, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və ilk növbədə sərhəd delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunur. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. 

AB-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. – Bu çox önəmli məqamdır. Bu, ilk növbədə, iki respublika arasında münasibətlərin normallaşdırılmasına xidmət edir. Bəs bu normallaşma alınacaqmı? – Öncə, onu vurğulayaq ki, hər iki tərəfin AB-yə, onun vasitəçiliyi ilə əldə olunmuş razılığa, mexanizmlərə güvəni var. Hər iki tərəf AB-ni bu mövzuda qərəzsiz tərəf olaraq qəbul edir. Burada özəlliklə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları önəm ərz edir. Əgər Paşinyan öz sələfələrinin yolundan (daha doğrusu, yolsuzluğundan) birmənalı şəkildə imtina etməyi bacarsa, gələcək müzakirələrin yalnız iştirakçısı olmaz, gündəliyin müəyyənləşməsində də iştirak edər...

Burada bir məqama diqqət çəkək: 

biz daha öncələr, işğalçı (Ermənistan) ilə işğala məruz qalan tərəfi (Azərbaycanı) bərabər tutan müxtəlif “vasitəçilər”i çox görmüşük. 44 günlük müharibədən sonra isə hər hansı dəstəkdən, diqqətdən söhbət düşərkən, bir çox halda, məğlub Ermənistanın diqqət mərkəzində olduğunu görürdük. – I Qarabağ müharibəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların taleyi, Azərbaycanın dağıdılan şəhərləri, bizim ərazilərimizə basdırılmış – Ermənistan silahlı qüvvələri mənsublarının sayından bir neçə dəfə çox minalar “unudulurdu”... İndi isə budur, AB-nin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. 

Öz təsdiqini tapan başqa önəmli məsələ nəqliyyat kommunikasiya xətləri ilə bağlıdır: dəmir yolunun, avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur. – Bu yerdə xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizinin çəkilməsi yubadılınca Azərbaycan Ermənistandankənar alternativ dəhlizlə bağlı müvafiq razılaşmaya nail oldu. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı bundan sonra da heç bir manipulyasiya edə bilməz: bizimçün əlahiddə önəmi yoxdur, necə deyərlər, açılır açılsın, açılmır açılmasın. – Açılacaqsa, oradakı stanadartlar, mexanizmlər Laçın dəhlizində də tətbiq olunacaq, açılmayacaqsa və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəlik daşımırsa, biz Laçın dəhlizi ilə bağlı hər hansı öhdəlik daşımaq zorunda deyilik. Əlbəttə, Zəngəzur dəhlizi də, Laçın dəhlizi də bizim əzəli, əbədi torpaqlarımıza götürür, dəhlizlərdə giriş-çıxış, gömrük məsələlərində eyniyyət olsa da, biz bizə məxsus olanlarımızdan əl çəkəsi deyilik. Bizim Ermənistana ən böyük güzəştimiz odur ki, qalib ölkə olaraq, danışıqlardan imtina etmirik, bundan sonrakı məsələlərin məhz sülh yolu ilə həllinə tərəfdarıq. Ermənistan bu tərəfdarlığın, bu tutumun dəyərini bilməlidir.

Nəhayət, sözügedən sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan “Minsk Qrupu həmsədrlik institutu”na istinad yoxdur. Azərbaycan Prezident hələ 2020-ci ildə gorbagor təyinini işlətmişdi zatən. Bir daha görürük ki, Prezidentin sözü imzası qədər keçərlidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ