Cümə günü, 13 noyabr 2026
     

Qərb Ukraynanı Rusiya üçün ikinci Əfqanıstana çevirir...

Image


Ukraynada baş verənlərin təhlili dünyanın ən böyük hərbi güclərindən biri sayılan Rusiyanın bu ölkədə hələ daha çox ilişib qalacağını deməyə əsas verir. Əsas səbəb odur ki, Qərb ölkələri Ukraynaya daha çox hərbi yardım göstərməyə, əvvəllər verilməyən silahları göndərməyə başlayıblar.

Son məlumatlara əsasən, Böyük Britaniya Ukraynaya döyüş maşınları və onların idarə edilməsini öyrədən təlimçilər göndərməyi planlaşdırır. Məlumata görə, Ukraynaya bir neçə ədəd “Mastiff” zirehli avtomobili və “Jackal” kəşfiyyat-dozor maşını veriləcək. Bundan əlavə, Kiyevə tank əleyhinə sistemlər göndərilməsi də müzakirə mövzusudur. Birləşmiş Krallıq hesab edir ki, yaxın 3 həftə ölkədəki hərbi əməliyyatların nəticələri üçün həlledici olacaq. Belə bir vaxtda bəlli olub ki, ABŞ Ukraynaya 100 ədəd “Switchblade” kamikadze dronu yollayıb. Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ordu ehtiyatlarından 100 ədəd PUA Ukraynaya yola salınıb. Eyni zamanda, ABŞ bu dronları idarə edəcək kadrların da hazırlanmasına kömək edəcək. Bundan başqa bəlli olub ki, ABŞ Senatı İkinci Dünya müharibəsi dövrünə aid lend-liz proqramının bərpasını yekdilliklə dəstəkləyib. Qanun layihəsi prezident Cozef Baydenə Rusiyanın işğalı fonunda Ukraynaya silah və digər ləvazimatları daha effektiv şəkildə göndərməyə imkan verəcək. İkinci Dünya müharibəsi zamanı yaradılmış lend-liz proqramı müharibənin gedişində dönüş nöqtəsi hesab olunub, çünki o, ABŞ-a vaxt aparan prosedur əngəllərini aşaraq müttəfiqlərini tez bir zamanda təchiz etməyə imkan verib. Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb. Bunun, təxminən, 11 milyard dolları SSRİ-nin payına düşüb. İndi bu proqram Ukrayna üçün yenilənir. ABŞ prezidenti Cozef Bayden isə qeyd edir ki, ABŞ Ukraynanı silah və resurslar, o cümlədən “Javelin” tank əleyhinə raket kompleksləri yerləşdirməkdə davam edəcək: “Keçən həftə biz Ukrayna üçün yeni hərbi texnikanın: qabaqcıl pilotsuz uçuş aparatlarının, lazerlə idarə olunan raket sistemlərinin alınmasına milyonlarla dollar vəsait ayrıldığını elan etdik. Mən "Javelin" raket sistemləri göndərmək üçün daha bir yardım paketini imzaladım”.Eyni zamanda, ABŞ konqresmenlərinin ikitərəfli qrupu Baydeni Ukraynaya daha çox silah, o cümlədən uzaq mənzilli yer-hava raketləri, gəmi əleyhinə raketlər və döyüş təyyarələri göndərməyə çağırıb.

Bu fonda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə müharibədə ölkəsinin hansı silahlara ehtiyacı olduğunu açıqlayıb. O, NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuata açıqlamasında qeyd edib ki, Ukraynanın hərbi təyyarələrə, gəmi raketlərinə, zirehli avtomobillərə, ağır hava hücumundan müdafiə sisteminə ehtiyacı var. O qeyd edib ki, Ukraynaya hərbi yardım məsələsində iki yanaşma var: “Birinci yanaşma budur ki, deyirsiniz “biz Ukraynanı heç nə ilə təmin etmək istəmirik”. Arqumentiniz isə odur ki, Ukraynaya yardım etməklə siz və NATO müharibəyə daxil olacaqsınız. İkinci yanaşma isə budur ki, siz bütün ehtiyac olan silahlarla Ukraynanı təmin edirsiniz və bilirsiniz ki, nə NATO, nə də siz Rusiya ilə savaşacaqsınız, çünki ukraynalılar özləri bunu edir. Düşünürəm ki, bu məsələdə Ukraynanın mövqeyi və tələbi ədalətlidir. Siz silah verirsiniz, biz isə öz həyatımızı qurban verərək savaşırıq və müharibə Ukraynadan kənara çıxmır”. İndi Ukrayanın istədiyi silahlar Qərb, o cümlədən ABŞ tərəfindən təmin olunmağa başlayıb. Hesab edilir ki, Qərbin əsas məqsədi  Ukraynanı Rusiya üçün ikinci Əfqanısatana çevirməkdir. Elə Cozef Bayden də bu xüsusda qeyd edir ki, Ukraynada münaqişə uzun müddət davam edə bilər: “Bu mübarizə bitməkdən çox uzaqdır. Nəticə odur ki, müharibə uzun müddət davam edə bilər, lakin ABŞ Ukrayna xalqını və onun azadlıq uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək”. Bayden vurğulayıb ki, ABŞ-ın bir illik sanksiyaları Rusiyanın son 15 ildə əldə etdiyi tərəqqinin nəticələrini itirməsinə gətirib çıxaracaq. ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley də Ukraynada münaqişənin illərlə davam edə biləcəyini vurğulayıb. O, Konqresin Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmə zamanı qeyd edib ki, Rusiyanın Ukraynanı işğalı 42 illik xidməti boyunca Avropa və bütün dünyada gördüyü sülh və təhlükəsizliyə ən böyük təhdiddir: “Rusiyanın Ukraynanı işğalı yalnız Avropada sülh və sabitliyə deyil, dünyada sülh və sabitliyə zərbə vurmaq təhdididir ki, mənim valideynlərim və amerikalı nəsillər bunun müdafiəsi üçün çox mübarizə aparıb. Biz iki qlobal güclə üzləşirik: Çin və Rusiya. Nəzərəçarpacaq hərbi imkanları olan bu ölkələr qaydalara əsaslanan hazırkı qlobal nizamı fundamental şəkildə dəyişmək niyyətindədir. Biz daha qeyri-stabil bir dünyaya daxil oluruq və böyük beynəlxalq münaqişə üçün potensial azalmır, artır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ