Cümə günü, 13 noyabr 2026
     

Ermənistan yalnız Azərbaycanın razılığından sonra tranzit ölkə statusu ala bilər...

Image


İran qazının Ermənistan üzərindən Avropa bazarlarına çıxarılması ilə bağlı iddialar yenidən gündəmə gəlməyə başlayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl yayılan məlumatlara əsasən, İran Fars körfəzindən çəkilən yeni enerji dəhlizi üçün Ermənistan ərazisindən istifadə etməyə hazırlaşır. Məlumatda iddia edilirdi ki, İran Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan üzərindən qazını Avropaya nəql etməyi düşünür. Amma reallıq tamam fərqli mənzərəni üzə çıxarır.

Əvvəla, Fars körfəzində hasil edilən qazın Ermənistan ərazisi ilə Avropaya nəqli elə də asan məsələ deyil və bunun reallaşması ümumiyyətlə ciddi sual altındadır. Məsələ burasındadır ki, İrandan Ermənistana çəkilən qaz kəmərinin illik tutumu cəmi 2 milyard kubmetrdir və həmin qaz Ermənistan ərazisində olan istilik elektrik stansiyalarında elektrik enerjisinə çevrilərək geriyə - İrana göndərilir. Bu kəmərin illik buraxılış həcminin artırılması fiziki olaraq mümkün deyil. Deməli, Ermənistan üzərindən qaz nəqli üçün İrandan bu ölkəyə yeni boru kəməri çəkilməlidir. Bunun üçün isə böyük həcmdə sərmayə tələb edilir və bunu nə İran, nə də Ermənistan ödəmək iqtidarındadır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, hazırda Ermənistanın qaza olan tələbatının tam 100 faizi "Qazprom"un törəmə şirkəti olan “Qazprom Armenia” vasitəsilə həyata keçirilir. Bu fonda Rusiya da İran qazının Ermənistandan keçməsinə razı olmaz. Rəsmi Moskva İran qazının Ermənistan üzərindən Avropa bazarlarına çıxmasının qeyri-mümkün olduğunu daha əvvəllər də açıq mətnlə bəyan edib. Artıq Ermənistanda da etiraf edilir ki, İran qazı bu ölkə üzərindən Avropaya çıxmayacaq. Beynəlxalq təhlükəsizlik üzrə erməni ekspert Armen Manvelyan bu xüsusda qeyd edir: “İran qazının hasilatına yalnız Çin və Hindistan sərmayə qoyur. Onlar sərmayə qoymaqda və İran qazını Avropaya ixrac etməkdə maraqlı deyillər”.
Onun sözlərinə görə, həm Pekin, həm də Dehli vəsaitləri yalnız şəxsi məqsədləri üçün yatırır: “İran, Ermənistan və Gürcüstan üzərindən Avropaya qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqlar sadəcə xəyaldır. Bunun heç bir real əsası yoxdur. Yalnız bir problemi qeyd etmək kifayətdir - Qara dənizi aşmaq asan deyil. Bu, təkcə hüquqi baxımdan deyil, fiziki cəhətdən də çətindir. Hətta müvafiq konvensiya da var. Qara dənizi necə aşmaq lazım olduğunu açıq şəkildə ifadə edir. Qara dəniz iqtisadi zonalarının böyük hissəsi Türkiyə və Rusiyaya məxsus olduğundan, Avropa və İran ya Moskva, ya da Ankara ilə razılığa gəlməli olacaq. Bu razılığın əldə edilməsi isə sadəcə mümkünsüzdür”. Digər erməni publisist Qaqik Kamalyan isə qeyd edir ki, Azərbaycanla ziddiyyətə getməklə, Levon Ter-Petrosyan iqtidarını devirməklə Ermənistan tranzit ölkə olmaq şanslarını itirib: “Daşnaklar 1998-ci ildə çevriliş etməklə hesab edirdilər ki, ölkəni xilas etdilər və ölkəyə sülh gətirdilər. Amma faktiki olaraq bu insanlar nə müharibənin, nə də sülh vəziyyətinin hərbi-siyasi baxımdan nə demək olduğunu başa düşməyiblər. Aydındır ki, siyasi məsuliyyət daşımadığın məğlubiyyətli müharibə fonunda gəlib özünü qəhrəman kimi göstərmək asandır. Amma bu o demək deyil ki, sizin qeyri-siyasi mətnləriniz cavabsız qalmalıdır. Birinci faciəvi fakt ondan ibarətdir ki, daşnakların çevrilişindən sonra iyirmi il ərzində yüzlərlə hərbçi həlak olub, çoxları bu barədə danışmaq istəmir. İkinci fakt ondan ibarətdir ki, bu status-kvo zamanı Ermənistanın geosiyasi əhəmiyyəti get-gedə azaldı, çünki Ermənistan regional və qlobal əhəmiyyət kəsb edən bütün kommunikasiya proqramlarından kənarda qaldı, yəni dəmir yolları, neft və qaz kəmərləri Ermənistandan yan keçdi və Azərbaycan lider oldu”.

İndi hesab edilir ki, Ermənistan Azərbaycanla razılıqlardan sonra regionun tranzit imkanlarından faydalana bilər. Elə erməni ekspert Ara Qaryan da məsələyə məhz bu prizmadan yanaşır: “Sülh razılığı olarsa, Ermənistan Mehri vasitəsilə Türkmənistan və Azərbaycan üçün qaz tranzit məntəqəsinə çevrilə bilər. Lakin bunun üçün Ermənistanda bütün tranzit infrastrukturu olmalıdır. Elektrik enerjisinin və xüsusilə qazın tranziti Ermənistana beynəlxalq marağı artıracaq, ona görə də bütün infrastruktur dövlətin sərəncamında olmalıdır”. Ara Qaryan bildirib ki, Türkmənistan qazı Azərbaycandan, daha sonra Zəngəzurdan Avropaya çıxarılsa, bu, İrəvanın da dünyadakı mövqeyinə müsbət təsir edəcək: "Azərbaycan və Türkmənistan Xəzər dənizindəki mübahisəli "Dostluq” yatağının işlənməsinə dair razılığa gəlib. Bu yataq səbəbindən iki ölkə arasında münasibətlər uzun müddət gərgin olub. Hazırda böyük həcmdə türkmən qazının Cənubi Qafqaz (Bakı-Tiflis-Ərzurum), daha sonra TANAP və TAP boru kəmərləri ilə Avropaya nəqli üçün ilkin şərtlər var. Azərbaycan təkbaşına Avropa qaz bazarında kiçik oyunçudur, lakin Türkmənistan qazını bu marşrutla göndərməyə razı olsa, vəziyyət dəyişəcək. Xatırladım ki, "British Petroleum”un statistikasına görə, Rusiya dünya qaz ehtiyatlarının 19,9%-nə, Azərbaycan isə 1,3%-nə malikdir. Amma Türkmənistan qazı bu marşrutdan keçərsə, Avropanın enerji bazarı əhəmiyyətli dərəcədə dəyişə bilər. Türkmənistan dünya qaz ehtiyatlarının 7,2%-nə malikdir, lakin indiyədək onun yeganə əsas bazarı Çindir. Aydındır ki, siyasi əhval-ruhiyyə əsasən enerji axınları ilə müəyyən edilir və bu, birbaşa Cənubi Qafqazdakı vəziyyətə aiddir. Azərbaycan Araz çayı vasitəsilə Naxçıvana qaz kəməri çəkməyə davam edərsə, Ermənistan bununla razılaşa bilər, ancaq bir şərtlə ki, öz hissəsini Mehridən tiksin və Ermənistandan keçən qaza nəzarət etsin. Eyni şey elektrik enerjisinin tranzitinə də aiddir”. Qeyd edək ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrup regional kommunikasiyaların açılması ilə məşğuldur. Hələlik dəmir yollarının və dəmir yolu əlaqəsinin bərpasını müzakirə edirlər. Amma Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, perspektivdə Zəngəzur dəhlizi vasitəsilə dünya bazarlarına qaz və elektrik enerjisi də ixrac edə bilər. Bunu isə indi Ermənistan düzgün dəyərləndirməlidir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ