Cümə günü, 13 noyabr 2026
     

Erməni revanşistlərinə öz ölkələrində də qırmızı vərəqə göstərildi

Image


Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş indi əksər ekspertlər tərəfindən regionda sülhün əldə edilməsi üçün irəliyə doğru atılmış növbəti mühüm addım hesab edilir. Belə görünür ki, Azərbaycan istədiyi şərtlər çərçivəsində Ermənistanla sülh sazişinin əldə edilməsinə bir az da yaxınlaşıb. Hər halda, son Brüssel görüşü də bunu təsdiq edir.

Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişaf məsələlərinin müzakirəsinə həsr olunub. Görüş zamanı postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Bunlar fonunda Azərbaycan tərəfindən irəli sürülən beş baza prinsipi əsasında iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verilib. İki dövlət arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib və bu xüsüsda cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb. Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti qeyd edilib. Avropa İttifaqının nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib. Beləliklə Brüssel görüşü Azərbaycanın maraqlarına uyğun olaraq bölgənin gələcək sülh və əminamanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addım kimi qiymətləndirilə bilər. Baş verənlərdən həm Azərbaycan, həm də Ermənistan tərəfi məmnundur. Yalnız Ermənistanda revanşist qüvvələr iki ölkə arasında sülh razılığına qarşı çıxır. Bununla bağlı həmin qüvvələr aprelin 5-də mitinq də təşkil ediblər. Amma elə erməni mediası yazır ki, Ermənistandakı əsasən rusiyayönlü bu qüvvələr aprelin 5-də bir daha fiaskoya uğradılar.

Qeyd edilən xüsusda “armeniareport” portalı yazır ki, aprelin 5-i revanşist kolonun utanc günüdür: “Deməli, müxalifətin həmin gün baş tutan mitinqi uğursuz hesab oluna bilər. İndiki hakimiyyətin əleyhdarları aksiyanın kütləvi olduğunu bəyan etsələr də, mitinqdə  iştirak edənlərin sayı heç  20 minə çatmayıb və bunu müxaliflər özləri də etiraf edirlər. Hakimiyyət isə, hətta 10-11 min insanın iştirakından danışır. Razılaşın, bu, ölkə əhalisinin yüzdə birindən də azdır. Və bu çox şey deyir. Əvvəla, xalq sülh danışığına gedən Paşinyana sarı və ya qırmızı vərəqə göstərməyib. Xatırladaq ki, 2018-ci ilin yazında, Nikol Vovaeviç ölkədə hakimiyyətə gələndə onu dəstəkləmək üçün nə qədər insan çıxdı? Müxalifətin aprelin 5-də meydana yığdığından dəfələrlə, hətta onlarla dəfə çox. İndi isə ölkə standartlarına görə sayca az olan müxalifətin son mitinqi onu göstərdi ki, indiki hakimiyyət ötən il parlament seçkiləri nəticəsində aldığı etimad mandatını hələ də özündə saxlayır. İkincisi, müxalifət Paşinyanı məğlubiyyət siyasəti yürütməkdə, Ankara və Bakının maraqlarına xidmət etməkdə ittiham edir. Amma xalq buna uymadı. Təbii ki, bizim cəmiyyət hakimiyyətdən İrəvandan yeni güzəştlər təklif edən hər hansı sənədə imza atmasını istəmir. Ancaq eyni zamanda, cəmiyyətdə belə bir anlayış var ki, yeni müharibə daha çox kədər və problemlər gətirəcək, çünki ölkə sadəcə olaraq buna nə mənəvi, nə də başqa cəhətdən hazır deyil. Müharibə aparacaq Baş Qərargah rəisimiz belə yoxdur. Ona görə də cəmiyyətdə Brüsselin vasitəçiliyi ilə Paşinyanın Əliyevlə danışıqları davam etdirməsinə ciddi tələb var. Üçüncüsü, mitinq göstərdi ki, revanş istəyənlərin, ilk növbədə Sarkisyan və Köçəryanın reytinqi son dərəcə aşağıdır. Paşinyanı sevmək olmaz, amma Serjik və Köçəryana nifrət qat-qat güclüdür. Paşinyan, demək olar ki, Ermənistanın siyasi sahəsində ən pislərin ən yaxşısıdır. Şübhəsiz ki, bu gün Ermənistan son 100 ilin ən çətin dövrlərini yaşayır, lakin Köçəryan və ya Sarkisyan, şübhəsiz ki, ondan çıxmağa kömək etməyəcək. Onlar hələ də öz hakimiyyətlərini bərpa etmək arzusundadırlar, lakin bu, heç şübhəsiz, erməni xalqının maraqlarından irəli gəlmir. Biz ən pis dövrlərdən keçirik, lakin heç vaxt yaddaşsızlıqdan əziyyət çəkmirik və onların hakimiyyətinin bütün “cazibələrini” xatırlayırıq. Dördüncüsü, erməni cəmiyyəti anlayır ki, bu mitinqin “küləyi” Rusiyadan əsib. Moskva son dərəcə narahatdır ki, Qərb regionumuzdakı proseslərə marağı artırmağa başlayıb, Brüsseldə Əliyevlə Paşinyan arasında görüş təşkil edib. Mitinqin tarixi isə təsadüfi seçilməyib - Brüssel görüşündən bir gün əvvəl. Məqsəd Paşinyana xəbərdarlıq etməkdir.

Yeri gəlmişkən, mitinqdən bir gün əvvəl “Hayastan” fraksiyasının deputatları Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə məsləhətləşmələrə qaçmışdılar. Seyran Ohanyan, Armen Gevorqyan, Vahe Akopyan, Armen Rustamyan və Aqnes Xamoyan aksiyada özlərini necə aparmalı, nə deməli, nəyə diqqət etməli olduqları barədə aydın göstərişlər aldılar. Bu cür “məsləhətləşmələr” cəmiyyətimizin diqqətindən yayınmadı. Və bu gün Rusiyanın hansı reytinqə malik olması, soydaşlarımızın əksəriyyətinin ona necə münasibət bəsləməsi heç kimə sirr deyil. Amma sabiqlər hamımızı inandırmağa çalışırlar ki, anti-Rusiya əhval-ruhiyyəsi Ermənistan dövlətçiliyinə zərbədir. Üstəlik, Rusiyaya etibar etməyənləri açıq-aşkar dəli adlandırırlar. Paşinyanı, nə olursa olsun, bir şeyə görə qınamaq olmaz – o, siyasi rəqiblərinin ağzını bağlayır, əhalinin yox. Və bu 4 il ərzində biz artıq öyrəşməyi bacarmışıq. Ona görə də bütün yuxarıda deyilənləri ümumiləşdirərək əminliklə deyə bilərik ki, aprelin 5-i yeri parlamentdə deyil, tarixin zibilliyində olan rusiyayönlü müxalifətin rüsvayçılıq və uğursuzluq günüdür”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ