Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan Qarabağ məsələsində son nəticəyə yaxınlaşır

Image


Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Fərrux kəndi və ətraf ərazilərdə nəzarəti əlinə alaraq burda dislokasiya məntəqələri qurması fonunda İrəvan Qarabağ məsələsində Bakının dedikləri ilə razılaşmaq məcburiyyətində qaldığını getdikcə daha yaxşı başa düşür. Əks halda Ermənistan Azərbaycanın daha ciddi təzyiqləri ilə qarşılaşacağını da gözəl anlayır.

Elə Ermənistanın “Hayeli” nəşri də yazır ki, Qarabağda azərbaycanlıların davranışında qanunauyğunluq var: “İlham Əliyev-Nikol Paşinyan görüşləri öncəsi bir sıra vacib proseslər baş verdi. Azərbaycan öz qüvvələrini irəli çəkdi və Fərruxa nəzarəti ələ aldı. Eyni zamanda Daşbaşı yüksəkliyi də Azərbaycanın nəzarətindədir. Daşbaşı strateji əhəmiyyət kəsb edir, ancaq onun strateji əhəmiyyəti yüksəklikdə yerləşməsində deyil. 44 günlük müharibə göstərdi ki, müharibə təpə tutmaq deyil. Peyk müşahidələri və PUA-ların olduğu bir vəziyyətdə təpə tutmaq nə qədər vacib ola bilər ki? Bunların diplomatik və psixoloji funksiyaları var. İlham Əliyev bilir ki, Paşinyan qorxur. Azərbaycan 5 bənddən ibarət prinsiplər təklif edib. Nikol ümumilikdə bununla razılaşıb, lakin bir az gözləyir və onu erməni xalqına satmağa çalışır. Azərbaycan isə Nikola vaxt vermək istəmir, çünki başa düşür ki, Rusiya-Ukrayna böhranı həll olunsa ruslar diqqəti bura ayıra bilər. Ona görə də Azərbaycan tələsir, diplomatik danışıqlar sahəsində Nikoldan maksimum nəticə almağa çalışır. Nikol qorxmuş bir fiqur kimi öz növbəsində güzəştlərinə haqq qazandırmaq üçün Ermənistanı yeni müharibənin kabusu ilə qorxudur”. Bu arada yayılan məlumata əsasən, Fərrux kəndi ilə yanaşı, cənub istiqamətində strateji əhəmiyyətə malik Qarakolluq yüksəkliyinin də Azərbaycanın nəzarətinə keçdiyinə dair iddialar var. Bu yüksəkliyin əsas üstünlüyü həm ətraf kəndlərə, həm də Ağdərəyə gedən yola nəzarət imkanıdır. Diqqət çəkən məqam odur ki, bu, Azərbaycan ordusunun 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr bəyannaməsindən sonra Qarabağda ilk hərbi irəliləyişidir. İkinci Qarabağ müharibəsi başa çatandan bəri Azərbaycan-Ermənistan beynəlxalq sərhədlərində bir neçə dəfə hərbi qarşıdurma olsa da, Qarabağ ərazisində vəziyyət nisbətən daha stabil idi. Amma Ermənistanın öhdəliklərinə əməl etməməsi vəziyyəti dəyişib. Bu səbəbdən Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının olduğu əraziyə doğru irəliləməsi və Moskvanın tənqidlərinə məhəl qoymaması rəsmi Bakının yaranmış vəziyyətlə bağlı narazılığını göstərir. 2020-ci ildən bu yana Ermənistanla sülh cəhdlərinin nəticə verməməsi, regional kommunikasiya xətlərinin bərpası ilə bağlı danışıqların uzanması Azərbaycanın narazılığın artmasına gətirib çıxarıb. Ermənistan siyasi rəhbərliyinin indiki şərtlər altında rəsmi Bakı ilə sülh sənəd imzalamaqdan boyun qaçırması da bu narazılığın əsas səbəbləri sırasındadır. Ancaq artıq ordumuzun son addımlarından sonra Ermənistandan “Dağlıq Qarabağın müstəqilliyinin” rəsmi İrəvanın gündəliyində olmadığına dair mesajlar və siqnallar gəlir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress”ə müsahibəsində dediyi “İrəvan üçün “Dağlıq Qarabağ münaqişəsi ərazi məsələsi deyil, hüquq məsələsidir” fikrini bu qəbildən saymaq olar. Hərçənd, Qarabağdakı son hadisələr zamanı İrəvan Azərbaycanı Qarabağın enerji infrastrukturundan yerli erməni icmasına qarşı təzyiq vasitəsi kimi istifadədə ittiham etdi. Buna səbəb isə mart ayının əvvəlindən Xankəndidə təbii qazın nəqlində yaranan problem idi. Ermənistan baş naziri Nikol Paşinyan da öz çıxışında Azərbaycanı qaz boru xəttini qəsdən sıradan çıxarmaqda ittiham etmişdi. Azərbaycan isə bu problemi pis hava şəraitində baş vermiş texniki qəza kimi şərh etmişdi. Hazırda Xankəndiyə və ətraf ərazilərə verilən təbii qaz Ermənistan ərazisindən nəql edilsə də, təbii qazın həcmi o qədər də böyük deyil. Yəni bu o deməkdir ki, yaxın gələcəkdə erməni icmasının təbii qaza olan ehtiyacı arta bilər ki, bu da qaz həcminin artırılmasını, bu isə öz növbəsində yeni qaz kəmərinin tikintisini tələb edəcək.

Lakin indiki şəraitdə Azərbaycan siyasi rəhbərliyi aydın şəkildə mesaj verir ki, yekun sülh müqaviləsi imzalanmadan və rəsmi Bakı ilə razılaşdırılmadan Qarabağda ermənilərin yaşadığı ərazilərə hər hansı alternativ qaz kəmərinin çəkilməsi müzakirə mövzusu ola bilməz. Sülh müqaviləsi imzalanacağı təqdirdə isə rəsmi Bakı Qarabağda yaşayan erməni icmasının burda qurulan yeni infrastrukturdan (qaz, elektrik enerjisi, yol tikintisi) müstəqil şəkildə istifadə edə biləcəyini vəd edir. Bununla belə, Ermənistan rəsmiləri əmindir ki, çox yaxın zamanda Azərbaycan Qarabağın enerji infrastrukturuna da tam nəzarəti ələ alacaq və bununla da Qarabağdakı erməni icması üçün daha ciddi problemlər başlayacaq. Moskva ilə Bakı arasındakı hazırkı siyasi gərginlik şəraitində də Rusiyanın sülhməramlı kontingentinin təbii qaz boru kəməri məsələsində Qarabağdakı ermənilərin xeyrinə hər hansı müdaxiləsinin mümkünlüyü şübhə doğurur. Belə olan halda, Ermənistan Təhlükəsizlik Şurasının rəsmi Bakıya təcili olaraq sülh danışıqlarına başlamaq təklifi heç də təəccüblü deyil. Bundan bir müddət öncə də Azərbaycan Ermənistana beş bənddən ibarət sülh təklifi etmişdi. Təkliflər arasında qarşılıqlı torpaq iddialarından vaz keçmə, qarşılıqlı şəkildə beynəlxalq sərhədlərin tanınması, qarşılıqlı şəkildə məsələlərin həllində hədə-qorxu və güc faktorundan tamamilə imtina, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin bərpası var. Bu təkliflərə cavab olaraq, İrəvan bəndləri məqbul saydığını bildirmişdi. Ümumiyyətlə isə Rusiyanın, digər münaqişələrdə olduğu kimi, Qarabağ münaqişəsində də sülhyaradıcı funksiyalarından sui-istifadə hallarına yol verməsi həm Azərbaycan, həm də Ermənistan cəmiyyətlərində birmənalı qarşılanmır. İndiki halda, Bakı kimi İrəvan da qlobal təhlükəsizlik kataklizmləri fonunda daha sıx təmaslara getməyin faydalarını anlamağa başlayıb. Bu da o deməkdir ki, Azərbaycan Qarabağ məsələsində son nəticəyə yaxınlaşır. Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan da etiraf edir: “Qarabağda baş verən son hadisələr, davamlı gərginlik tendensiyası narahatlıq doğurur, daha çoxunu deyə bilmərəm. Hazırda Qarabağda böyük toqquşmalar yoxdur. Lakin hər an eskalasiya dalğası arta bilər, çünki sülhümüz kövrəkdir. Hazırda dünyada baş verən hadisələrə görə hər hansı dövlətin sabitliyi pozmağa cəhd edəcəyi istisna edilmir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ