Cümə günü, 13 noyabr 2026
     

Milli İstiqlalçılar Etibar Məmmədovu doğum günü münasibətilə təbrik etdi

Image


Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri partiyanın qurucusu Etibar Məmmədovun doğum günü münasibətilə təbrik edib.

Təbrik mətnində deyilir:

Bu gün, 2 aprel Azərbaycanın siyasi tarixində əvəzedilməz iz qoymuş, Milli Azadlıq hərəkatının lidelərindən biri, Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri olan dəyərli bir şəxsiyyətin, Etibar Məmmədovun doğum günüdür. Etibar Məmmədov keçdiyi həyat yolu və fəaliyyəti ilə hər bir vətəndaşımız üçün örnək ola biləcək şəxsiyyətlərdəndir.

Hələ tələbəlik illərindən siyasi proseslərə qoşulan Etibar Məmmədov Bakı Dövlət Universitetində gizli dərnəklərdə fəaliyyətə başlamış və bu fəaliyyəti nəticəsində universitetdən xaric edilmişdi. Sonradan 1988-89-cu illərdə Azərbaycan Xalq Hərəkatının əsas özəyi olan Bakı Dövlət Universitetinin gənc müəllimi kimi yenə də hadisələrin önündə dayanmış və elə ilk mitinqlər günü həbs olunmuşdu.

Gənc nəsil xatırlamasa da, orta və yaşlı nəsil Etibar Məmmədovun meydan hərəkatındakı fəaliyyətini, onun çağırışı ilə yüz minlərlə insanın mitinqlərə toplaşdığını və Sovet İmperiyası əleyhinə ən kəskin çıxışlar etdiyini yaxşı xatırlayır. Hərəkatın aparıcı liderlərindən hesab olunan Etibar Məmmədov təkcə meydandakı insanları maarifləndirməklə kifayətlənmir, həm də gündəlik olaraq həmin dövr üçün demək olar ki, hər evdə dinlənilən “Azadlıq radiosu”na verdiyi açıqlamalarla bölgələrdəki insanların da hərəkatın məqsəd və vəzifəsi haqqında məlumat almasında, eləcə də demokratik dünyanın Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumata malik olmasında xüsusi rol oynayırdı.

AXC-nin yaranmasında danılmaz xidmətləri olan E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilir və elə ilk iclasda da AXC Məramnaməsinə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı maddə salınmasını təklif edir. Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası ilə bağlı Etibar Məmmədovun üzərində təkidlə dayandığı məsələ yalnız bir neçə ay sonra AXC-nin sənədlərində öz əksini tapır.

Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələblər səslənməyə başladığı zaman tətil hərəkatı geniş vüsət alır. Tətil komitəsinə Etibar Məmmədov rəhbərlik edir. Onun çağırışı ilə çox sayda müəssisələr tətil hərəkatına qoşulur və ən nəhayət, SSRİ iqtisadiyyatının bel sütününa zərbə vuran Respublika Dəmir Yollarında tətil elan olunur.

20 yanvar hadisələri ilə bağlı həqiqətləri, AXC İdarə Heyətinin Azərbaycanın SSRİ tərkibindən çıxması ilə bağlı tələbi, eləcə də Ali Sovetin qərarı ilə əlaqədar məulmatları dünya ictimaiyyətinə çatdırmaq üçün Etibar Məmmədov imperiyanın paytaxtı Moskvada mətbuat Konfransı keçirmək qərarına gəlir. Mövcud təhlükələrə baxmayaraq Bakıdan gizli yollarla çaxmağa müvəffəq olur və 25 yanvar 1990-cı il tarixdə Moskvada Azərbaycanın daimi nümayəndəliyində yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirir. Həmin mətbuat konfransında Azərbaycana göndərilən SSRİ qoşunlarını işğalçı adlandıraraq, baş verənlərdə M.Qorbaçovun birbaşa məsuliyyət daşıdığını bəyan edir.

Elə həmin gecə Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu Azərbaycan nümayəndəliyinə hücum edib binanı darmadağın edir və Etibar Məmmədovu həbs edir. 9 ay Lefertovo həbsxanasında təkadamlıq kamerada saxlanılan E.Məmmədov bütün psixoloji təzyiqlərə baxmayaraq SSRİ DTK-nin mitinqlərin dayandırılması üçün xalqa müraciət etməklə bağlı tələblərinə yox deyir və mübarizənin davam etdiriləcəyini bildirir. Etibar Məmmədovun həbs edilməsi ilə bağlı Bakıda və Azərbaycanın bütün bölgələrində etiraz və aclıq aksiyaları başlayır. Sonra bu aksiyalar daha geniş vüsət alaraq Moskvada Kreml qarşısında və ABŞ-da Nyu-Yorkda da keçirilməyə başlayır. Bir milyon beş yüz min insan Etibar Məmmədovun həbsdən azad olunması üçün hazırlanmış petisiyaya imza atır. Nəhayət, uzun sürən mübarizənin nəticəsi olaraq Etibar Məmmədovun məhkəməsinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunur və 1-2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda məhkəmə prossesi keçirilir. Etibar Məmmədov məhkəmə zalından azad olunur.

Məhbəsdən azad olunduqdan sonra millət vəkili seçilən Etibar Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsini millət vəkili kimi davam etdirməyə başlayır. Etibar Məmmədovun həmmüəlifliyi ilə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı hazırlanır və 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında qəbul olunur.

Bundan sonra Ali Sovetin qərarı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin tanıdılması missiyası Etibar Məmmədova həvalə olunur və onun rəhbərlik etdiyi Parlament nümayəndə heyəti əvvəl Türkiyəyə sonra isə Pakistana rəsmi səfərə yollanır. Nəticə etibarı ilə hər iki ölkə Azərbaycanı mustəqil dövlət olaraq tanımaq haqqında qərar qəbul edir.

Etibar Məmmədovun adı ilə bağlı olan növbəti məsələ yeni yaranmış Azərbaycan ordusunun maddi texniki bazasının formalaşdırılması ilə bağlı göstərdiyi fəaliyyətdir. Belə ki, ilk ordunun silahla təmin olunması, eləcə də əsgər və zabitlərin geyim və digər lazımi vasitələrlə təchiz olunması həmin dövrdə dövlət qarşısında olduqca problemli məsələ olaraq qalırdı. Bu məsələnin də yoluna qoyulması üçün Etibar Məmmədova müraciət edilir və o, ordunun maddi-texniki bazasının formalaşdırılması üçün rəsmi olaraq vəzifələndirilir. Danılmaz faktdır ki, E. Məmmədov o dövrdə Azərbaycan Ordusunun silahla təchiz olunmasında əhəmiyyətli rol oynamışdır.

Parlamentdə “Demblokun” həmsədri oan Etibar Məmmədov 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü kimi də fəaliyyət göstərmişdir.

Etibar Məmmədovun fəaliyyətinin növbəti dövrü partiya quruculuğu ilə bağlıdır. AXC-nin üzərinə götürdüyü missiyanı – Azərbaycanın istiqlalı uğrunda mübarizə missiyasını artıq başa vurduğunu, buna görə də növbəti mərhələyə keçidin vacib olduğunu deyən E.Məmmədov bu məqsədlə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycanda ilk siyasi partiyanın yaradılması istiqamətində fəaliyyətə başlayır və 3-4 iyul 1992-ci ildə AMİP-in təsis Qurultayı keçirilir. 17 iyul 1992-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən 1 saylı qeydiyyat vəsiqəsi alan AMİP müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyası olaraq tarixə düşmüşdür.

E.Məmmədov həmçinin, 1995-ci ildə Konstitusiya Komissiyasının üzvü olaraq Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında fəal iştirak etmişdir.

2005-ci ildən aktiv siyasi fəaliyyətdən kənarda olmasına baxmayaraq, Etibar Məmmədov bu gün də ölkənin siyasi həyatına təsir etmək imkanlarına malik olan siyasətçidir desək, yəqin ki, yanılmarıq. Hazırda Etibar Məmmədov özündə 80 ölkədən olan 100-dən artıq siyasi partiyanı birləşdirən, tərkibində ABŞ-in, İngiltərənin, Almaniyanın, İspaniyanın, İsrailin, Norveçin, Avstraliyanın, Meksikanın, Macarıstanın, Argentinanın, Bolqarıstanın, Finlandiyanın, Kolumbiyanın, Avstriyanın, İslandiyanın, Serbiyanın, Yunanıstanın, Xorvatiyanın, Çilinin, Paraqvayın və s. ölkələrin hazırda hakimiyyətdə olan siyasi partiyalarını birləşdirən Beynəlxalq Demokrat İttifaqının Sədr müavini olaraq Azərbaycanı bu nüfuzlu beynəlxalq təşkilatda layiqincə təmsil edir.

Milli İstiqlalçılar olaraq AMİP adlı böyük, demokratik prinsiplərə söykənən, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək imkanı yaratdığına, həmçinin bu illər ərzində özümüzə çoxsaylı sadiq dostlar qazandığımıza görə Etibar bəyə minnətdarlığımızı bildiririk.

Əziz Etibar bəy!

Sizə dərin sayğılarımızı bildirməklə yanaşı, doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Ulu tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür, gələcək işlərinizdə və fəaliyyətinizdə bundan sonra da böyük uğurlar arzulayırıq.

Sonsuz sayğılarla, Milli İstiqlalçılar!  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ