Cümə günü, 13 noyabr 2026
     

Bakı yenə sülh təklif etdi: İrəvan bu dəfə də adekvat cavab verməsə...

Image


“Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir”. Bu fikirləri Prezident İlham Əliyev Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanın Ermənistana təqdim etdiyi 5 prinsipə toxunan dövlət başçısı bildirib: “Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası – hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var”. Beləliklə, Azərbaycan bir daha Ermənistana sülh müqaviləsi təklif edir və bunu ən yüksək səviyyədə bəyan edir. Ermənistanın “Qraparak” nəşri yazır ki, Bakının sülh təkliflərində israr etməsi təsadüfi xarakter daşımır: “Azərbaycan açıq şəkildə bildirir ki, sülh təkliflərini Ermənistana təqdim edib və proses İrəvan üzündən gecikir. Bununla Azərbaycan beynəlxalq ictimaiyyətdə öz marağına uyğun rəy yaradır. Əsas məqsəd də odur ki, Azərbaycan Qarabağın qalan hissəsini də öz nəzarətinə qaytarmaq üçün hərbi əməliyyata başlayanda bunun günahının Ermənistanda olduğunu göstərsin. Yəni Azərbaycan deyəcək ki, sülh təklif edib, sadəcə erməni tərəfi bunu qəbul etmədiyi üçün güc yoluna əl atmalı olub. Bunun ilkin nüansları da özünü qabarıq büruzə verir. Bazar günü xəbər yayıldı ki, danışıqlardan sonra Azərbaycan qoşunları Xocalı rayonunun Fərrux kəndindən çıxarılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Ancaq sevinc uzun sürməyib. Bir neçə dəqiqə sonra Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri təkzib edərək əvvəlki mövqedə qalmağa davam etdiklərini bildirib. Nəticədə insanlar bütün gecə nə baş verdiyini bilmirdilər. Hətta Fərruxdan cəmi 32 km aralıda olan Xankəndinin sakinlərinin də rəsmi məlumatı yox idi”. Nəşr adının çəkilməsini istəməyən qondarma qurumun “nümayəndəsi”ndən Pirlərdə vəziyyətin necə olduğunu da soruşub: “Əldə etdiyimiz məlumata görə, orada Azərbaycan qüvvələri yerləşdirilib. Bunu nümayəndə də təsdiq edib. Amma Pirlərdə döyüş əməliyyatları belə olmayıb.
“Belə olan halda sakinləri niyə təxliyə etdiniz” sualına cavab olaraq sözügedən şəxs qeyd edib: “Fərrux kəndi Pirlərə yaxın olduğundan, Azərbaycan mövqeləri də yaxın olduğundan onların Pirlərə girməyə cəhd edə bilməsi risqi böyük idi”. Beləliklə, Azərbaycan Qarabağda məqsədinə nail olur və “Qraparak” nəşri yazır ki, bunu dayandırmaq üçün Ermənistanın gücü yoxdur. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan isə diqqəti daha maraqlı olan başqa məqamlara yönəldir: “Xalqımız həkimə necə gedirsə, siyasi, təhlükəsizlik və ya şəxsi maraqlara da elə yanaşır. Bıçaq sümüyə çatana qədər həkimə getmir, indi vəziyyət eynidir. Bəli, bu gün müxalifət tənqid olunur, amma müxalifətin əli, necə deyərlər, həm də nəbzdədir və təəssüflər olsun, bu gün müxalifət kifayət qədər əks reaksiya, yetərincə vətəndaş əhval-ruhiyyəsi görmür. Müxalifətin indi bir imkanı var və bu imkandan səmərəsiz istifadə edilərsə, biz ümumilikdə cəmiyyət daxilində təmkin mexanizmini itirəcəyik, Ermənistan Somaliyə, Nikol isə Somalinin əbədi Nikoluna çevriləcək. Hakimiyyət küçə ilə dəyişdirilməlidir. Qarabağdakı vəziyyətlə hamımız tanışıq. Daşbaşı kifayət qədər uzun radiusa malik olan, strateji cəhətdən dominant yüksəklikdir. O, gündəlik müşahidə üçün əla imkan verir. Azərbaycanlılar o yüksəkliyi təsadüfən seçməyiblər, çünki o, bölgədə dominant yüksəklikdir. Əgər onlar hətta Rusiya ilə münasibətləri gərginləşdirməklə də olsa o zirvəyə çatmaq istəyirlərsə, deməli, bunun həqiqətən də onlar üçün bir qiyməti var. Ağdərə və Qırmızı Bazarla da bağlı bir çox risqlər var, strateji deməsək də, əsas məsələlər var. Yəni Azərbaycan öz işini başa çatdırmayıb və Ermənistan Müdafiə Nazirliyi bunların əvəzinə Mərkəzi Seçki Kommissiyası ilə birgə Ermənistanda yerli seçkilərlə məşğuldur”. Tanınmış rus hərbi ekspert İqor Korotçenko isə bildirir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçıları sakit oturmalı, vəziyyəti gərginləşdirməməlidir. Əks halda Bakının gücə əl atmasına heç kim müdaxilə etməyəcək. Onun sözlərinə görə, Rusiya indi bütün diqqətini Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə cəmləyib və Cənubi Qafqazda vəziyyətin hər hansı gərginləşməsində qətiyyən maraqlı deyil: “Lakin əlləri bütün dünyaya uzanan beynəlxalq erməni diasporu genişmiqyaslı münaqişə yaratmaq və ora Rusiyanı cəlb edib Türkiyə və Azərbaycanla qarşı-qarşıya qoymaq üçün Qarabağ ermənilərini Azərbaycan hərbçilərinə qarşı təxribatlar törətməyə sövq edir. Üçtərəfli bəyanatda və Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında imzalanmış sonrakı sazişlərdə nəzərdə tutulan erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindən çıxarılması sabitliyin və vəziyyətin proqnozlaşdırıla bilən inkişafının əsas amilidir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ