Cümə günü, 13 noyabr 2026
     

Kəşfiyyat Putini aldadır, yaxın ətrafı həqiqəti deməkdən qorxur - Qərbdən iki sərt ideoloji həmlə...

Image


Rusiya-Ukrayna müharibəsi başlayandan sonra rus kəşfiyyatının Putinə vəziyyətlə bağlı yalan məlumatlar verdiyi, real vəziyyəti ondan gizlətdiyi barədə məlumatlar yayılmışdı.

“Azadlıq” Radiosunun yaydığı məlumata görə, ABŞ rəsmisi deyir ki, Putin hər halda hərbçilərin cəbhədəki əsl vəziyyəti ondan gizlətdiklərini hiss edir. Belə ki, ABŞ kəşfiyyatının təxminlərinə görə, prezident Putinin müşavirləri Rusiya qoşunlarının Ukraynadakı “real nailiyyətləri” barədə həqiqəti ondan gizlədirlər. Bu barədə məlumatı ABŞ administrasiyasından adının çəkilməsini istəməyən rəsmiyə istinadən Associated Press agentliyi verib. Həmin rəsminin sözlərinə görə, məsələn, müddətli xidmətdə olan əsgərlərin hərbi əməliyyatlarda iştirak və həlak olması barədə məlumatlar Putindən gizlədilir.

Rusiya prezidenti bundan əvvəl demişdi ki, Moskvanın “xüsusi əməliyyat” adlandırdığı bu müharibədə yalnız müqaviləli hərbçilər iştirak edir. Lakin daha sonra Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda müddətli əsgərlərin iştirak etməsini və bəzilərinin əsir düşməsini etiraf etmişdi. Nazirlik bildirirdi ki, Ukraynaya aparılmış müddətli xidmət hərbçiləri artıq Rusiyaya qaytarılıblar. Putin belə hallara yol verilməsinin prokurorluq tərəfindən araşdırılmasına göstəriş vermişdi. Rəsminin dediyinə görə, Putindən, habelə, Qərb sanksiyalarının ölkənin iqtisadiyyatına vurduğu ziyanın həqiqi miqyasları gizlədilir. Administarsiya nümayəndəsi iddia edib ki, Putinin çevrəsi ona həqiqəti deməkdən qorxur. Lakin rəsmi bunu da qeyd edir ki, Putin hər halda hərbçiləri cəbhədəki əsl vəziyyəti ondan gizlətdiklərini hiss edir. Bu da qeyd olunur ki, belə bir vəziyyət artıq Putinlə hərbiyyə rəhbərləri arasında müəyyən ziddiyyətlərə səbəb olub. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Putin ictimaiyyət arasında az-az görünür. Azsaylı çıxışları zamanı prezident “xüsusi əməliyyatın” plan üzrə getdiyini vurğulayır. Rusiya rəsmi olaraq Ukraynanın “demilitarizasiyası” və “denasifikasiyası” ideyasından geri çəkilməyib. Buna baxmayaraq, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski deyib ki, Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi və neytrallığa dair öhdəlik götürməsi Moskvanın əsas tələblərinə cavab verir. ABŞ kəşfiyyatının bu məlumatı üzərindən məxfilik yenicə qaldırılıb. Bundan əvvəl prezident Co Bayden kəşfiyyat məlumatları barədə danışmaqdan imtina etmişdi. Administrasiya rəsmisi bildirib ki, Ukraynada hazırda durğunlaşmış müharibədə Rusiya qüvvələri ağır itkilərə məruz qalıb. Ukraynalıların qızğın müqaviməti ilə üzləşən Rusiya hərbçiləri arasında ruh düşkünlüyünün hökm sürdüyü bildirilir. ABŞ rəsmiləri deyir ki, Putin Rusiyanın Sovet İttifaqının süqutu ilə itirdiyi nüfuzu geri qaytarmağa çalışır. Ağ Evin kommunikasiyalar direktoru Keyt Bedinqfild deyib ki, bütün bunlar Rusiyanın strateji səhvi ilə nəticələnib.

Qeyd olunduğu kimi, rus kəşfiyyatının Putini aldatdığını həm artıq Qərbin nüfuzlu kəşfiyyat mənbələri, həm də rəsmi orqanları bildirir. Hər iki mənbə qeyd edir ki, Putinin yaxın çevrəsində heç kim ona real vəziyyəti olduğu kimi deməyə cəsarət etmir, qorxurlar.

  • “...Ukrayna ordusu zəifdir, hələ cavandır, elə ilk hücumdaca qaçacaqlar, Zelenski Qərbə qaçacaq - Putinə təxminən bu istiqamətdə informasiyalar verib onun könlünü xoş ediblər”

Hər iki məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə  tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayılın mövqeyini öyrəndik. “Diktarorlara xas olan xarakter, xüsusiyyət budur ki, öz xoşladıqları sözü eşitmək istəyirlər. Ətraflarında həmişə elə əhval-ruhiyyə yaradırlar ki,  ona ölkə barədə pis xəbərlər verilməsin. Burada yaranan xüsusiyyətlər odur ki, Putin 22 ildir hakimiyyətdədir və illərdir onun ətrafında olan komanda da, təbii, Putinin pis xəbərləri xoşlamadığını bilir. Ona görə də, təbii, həm korrupsiyaya bulaşan məmurlar, aydın məsələdir, gördükləri işin çoxunu mənimsəyir və informasiyanı elə verirlər ki, guya hər şey yaxşıdır. Bu, kəşfiyyatda da iki istiqamətdə olub. Demirəm Putini tam aldadıblar, müəyyən qədər yanlış informasiya veriblər ki, bizim gücümüz bu qədərdir, biz bunu iki günə, uzaqbaşı üç günə həll edərik. Eyni zamanda Putinə qarşı tərəf Ukrayna barədə də doğru olmayan informasiyalar verib. Fikirləşiblər ki, beşinci kolon yaratmışıq, təsirli adamlar var, Ukrayna ordusu zəifdir, hələ cavandır, elə ilk hücumdaca qaçacaqlar, Zelenski Qərbə qaçacaq. Putinə təxminən bu istiqamətdə informasiyalar verib onun könlünü xoş ediblər. Bu səbəbdən də reallıqla rastlaşanda artıq Qərbdən gələn informasiyalar, eyni zamanda artıq 37 gündür bu məsələdə xüsusi bir irəliləyişin olmaması, Putinin böyük təcridlə, sanksiyalarla üzləşməsi belə bir qənaət yaradır ki, demək  ona doğru informasiya verməyiblər.  Çünki düzgün informasiya versəydilər, Putin bəlkə də məsələnin 40 günə yaxın davam etməsini gözləməzdi başqa şey fikirləşərdi. Ona görə də müəyyən həbslər baş verir, komandadan kimlərsə aralanır, Putinin nəzərində kimlərsə özünü düzgün aparmayıbsa onu təcrid edir. Bu da diktarorlara xas olan xüsusiyyətdir. Zamanında Hitler də, Stalin də bütün ətrafından şübhələnirdi, elə bilirdilər kimsə onları öldürmək istəyir, hamı onlara yalan danışır”.

İ.İsmayıl onu da əlavə etdi ki, məsələlərin bu cür davam etməsi və sərgilədiyi davranışlar Putinin məğlubiyyətinə səbəb olacaq: “Bu, şəxs olaraq Putinin məğlubiyyətinə aparır. Bu bəlkə də Rusiya dövlətinin məğlubiyyət məsələsi deyil. Çünki Rusiyanın apardığı müharibəni Rusiya dövlətindən çox bir şəxs aparır. Putinin iradəsidir, Rusiya dövlətinin və dövlətinin iradəsi deyil. Təəssüf ki, bunu formalaşdıran da Putindir. Ona görə də komandası ilə birlikdə buna gedirlər və burada məğlubiyyət qaçılmazdır, artıq hiss olunur. Hətta onlar tutduqları yerdən çəkilməsələr belə, Rusiya məğlub olub və Rusiya haqqında olan mif dağılıb. Bu səbəbdən də belə qənaət formalaşır ki, Putin bunu istəməzdi, amma əvvəldən ona yanlış məlumat veriblər”.

“Belə qənaətə gəlmək olarmı ki, Qərb rəsmilərinin, eləcə də Qərb kəşfiyyatının mətbuata sızdırdığı informasiyalar, onların gəldikləri nəticələr yalan deyilmiş, onlar bunda haqlı imişlər” sualımıza cavab olaraq İ.İsmayıl bunları dedi:“Yəni yüzdə-yüz haqlı olduğunu demək olmaz, amma ehtimallar böyükdür. Qərb də onu müəyyən bir informasiya mənbələrinə əsaslanıb deyir. Həm də ki, məntiqi təhlilə, nəticəyə əsaslanırlar”.

Ekspertin fikirlərindən belə aydın oldu ki, Qərb əldə etdiyi informasiya ilə nəticələri tutuşdurub belə bir fikir söyləyə bilir ki, yaxın ətrafı, məmurlar Putini aldadıb...

İradə SARIYEVA   



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ