Cümə günü, 13 noyabr 2026
     

Aprel döyüşləri Zəfər tariximizin başlanğıcıdır!

Image


Bu gün bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən danışır. Bəli, 44 günlük Vətən müharibəsində şanlı ordumuz 30 illik yurd həsrətinə son qoydu.İşğal altındakı yurdumuzun cənnət guşəsi Qarabağımız yağı taptağından qurtuldu. Şanlı Zəfər tariximizin başlanğıcı isə altı il əvvələ-2016-cı Aprel döyüşləri ilə qoyulmuşdu.

80-ci illərin ortalarından başlayaraq erməni terrorçuları öz havadarlarının köməyi ilə yeni ərazi iddiaları irəli sürməyə başladılar. Nəticədə torpaqlarımızın 20%-i işğal olundu.Erməni silahlı birləşmələrinin törətdikləri vəhşiliklər nəticəsində minlərlə günahsız insan xüsusi amansızlıqla qətlə yetirilmiş, 1 milyondan çox soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşmüşdü.Erməni vandalları  həm insani ,həm mədəni,həm də ekoloji soyqırımlar törətmiş,bu ağrı – acı xalqımızın qəlbində dərin yaralar açmışdı. Azərbaycan xalqı heç cür işğalla barışmaq istəmir,qisas hissi ilə alışıb yanırdı.

1994-cü il mayında Azərbaycan və Ermənistan arasında atəşkəs imzalandıqdan sonra qarşı tərəf buna əməl etmir, demək olar ki, düşmən hər gün yaşayış məskənlərini hədəf alırdı. Bu, əslində erməni işğalçılarının öz mənfur niyyətlərindən əl çəkmədiyinin göstəricisi idi. 2016-ci ilin mart ayında  da erməni təxribatçıları hər gün atəşkəs rejmini pozur, dinc sakinləri hədəf alırdılar. Artıq düşmənə dur demənin vaxtı çatmışdı.Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın ön xətt mövqelərini və yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutur. Bu zaman ordumuzun bölmələri əks-həmlə əməliyyatları ilə düşmənə layiqli cavab verir. Ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənin təxribatlarının qarşısı tamamilə alınır. Beləliklə, Ermənistan ordusu ağır məğlubiyyətə uğradılır. 2016-cı ilin aprelin 1-dən 5-nə qədər davam edən bu döyüşlər tariximizə Aprel döyüşləri kimi düşür.

Qeyd etdiyimiz kimi Ermənistan silahlı birləşmələri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhə boyu yaşayış məntəqələrini atəşə tutmuşdu.Bu zaman Ali Baş komandan İlham Əliyevin göstərişi ilə ordumuz mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində dərhal cavab tədbirləri həyata keçirməyə başladı.Qısa bir müddətdə erməni terrorçuları ağır məğlubiyyətə uğradıldı.Döyüşlərin ilk saatlarında düşmənə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi.Ordumuz qısa bir müddətdə surətli əks-hücum əməliyyatları nəticəsində düşmənin illərdən bəri möhkəmləndirdiyi istehkamları,müdafiə xəttlərini yara bildi.Uzun illər düşmən cəbhə xəttində mühəndis istehkam baxımından dayanıqlı müdafiə xətti hazırlamışdı.Bu istehkam xəttlərinin yarılması düşmənə ağır zərbə idi.Əməliyyatlar zamanı düşmənin Ağdərə ,Suqovşan və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyyat qüvvələri ordumuz tərəfindən zərərsizləşdirildi.Bütün bunlar ordumuzun yüksək döyüş hazırlığında olduğunun göstəricisi idi.

Silahlı Qüvvələrimizin düşmənin mövqelərinə ard-arda vurduğu zərbələr ,kəşfiyyatçılarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ,cənubda isə Horadiz qəsəbəsi və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm əlverişli ərazilər düşməndən azad edildi.Azad olunmuş ərazilərdə ordumuzun  yeni mövqeləri yerləşdirildi.Surətli əks –hücum əməliyyatları zamanı ordumuz Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndi,Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Suqovşan kəndi istiqamətində yüksək strateji əhəmiyyətli məntəqələri düşməndən tamamilə təmizlədi.4 günlük Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini düşmən tapdağından azad etmiş,həmçinin min hektardan çox ərazi Azərbaycan ordusunun nəzarətinə keçmişdir.Aprelin 1-dən 5-nə qədər davam edən bu döyüşlərdə ordumuz düşmənin 30-dan çox tankını ,25-dən çox artileriya qurğusunu ,saysız-hesabsız zirehli texnikasını sıradan çıxartmışdı.Aprel döyüşləri zamanı düşmənin 300-dən çox hərbçisi öldürülmüş,500-dən çox hərbçisi yaralanmışdı.

Aprel döyüşləri zamanı qazanılan qələbə  ordumuzun uzun illərdən sonra qazandığı ilk qələbə idi.Şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr nəticəsində “məğlubedilməz erməni ordusu ” mifi dağıdıldı.Erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi.Bu qələbə ordumuzun döyüş ruhunu ,ordu ilə xalqın,dövlətin birliyinin təcəssümü idi.

Aprel döyüşləri zamanı ordumuzun qəhrəmanları misilsiz şücaət göstərdi.Bu şərəfli tarixi 100-ə yaxın Azərbaycan igidi öz qanı ilə yazdı.Ordumuzun hər bir fərdi öz əzmi ,öz xüsusi döyüş ustalığı ilə bir salnamə yazdı.Ordumuzun yüksək rütbəli hərbçisi-Polkovnik-leytinat Murad Mirzəyev də o qəhrəmanlardan biri idi.O,Talış kəndi ətrafındakı yüksəkliklərin düşməndən azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş,qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdu.Ölümündən sonra prezident İ.Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülmüşdü.4 günlük döyüşlərin saysız hesabsız qəhrəmanı var.Aprel döyüşləri “Murov qartalı”ləqəbli polkovnik-leytinant Raquf Orucovun,Pəncəli Teymurovun,Samid İmanovun,Mahud Orucovun,Təbriz Musazadənin,Urfan Vəlizadənin,Əbubəkr İsmayılovun  və neçə - neçə tanımadığımız igidlərin yazdığı qəhrəmanlıq salnaməsidir.

Bu döyüşlər aprelin 5-də bir sıra dünya dövlətlərinin xahişləri nəticəsində Azərbaycan ordusu əks-hücum əməliyyatlarını dayandırdı.Bu döyüşlər göstərdi ki,Azərbaycan ordusu yüksək döyüş hazırlığındadır və istənilən an öz törpaqlarını düşmən tapdağından azad etmək əzmindədir.Ordumuzun gücü-qüdrəti düşmənə öz yerini göstərdi.Artıq həm Ermənistan ,həm də dünya dövlətləri Azərbaycan ordusunun nələrə qadir olduğunun şahidi oldular. “Dördgünlük” müharibənin əhəmiyyələrindən biri də o idi ki,Qarabağ münaqişəsi “donmuş konflikt” statusundan çıxaraq potensial qaynar nöqtə statusu qazandı.Bu döyüşlərdən sonra həm münaqişə tərəflərinin,həm də vasitəçi ölkələrin bu problemə yanaşması dəyişdi.Artıq bölgədə yeni siyasi reallıqlar yaranmış,təmas xətti dəyişmişdi. 

Aprel döyüşlərinin birinci ildönümündə Ali Baş Komandan Prezident  İlham Əliyev öz çıxışında dediyi kimi: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir.Dövlətimizin,ordumuzun ,xalqımızın gücünü göstərən qələbədir.Bu döyüşlər onu göstərdi ki,Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq,öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.Ali Baş Komandanın dediyi kimi Azərbaycan xalqı və dövləti işğalla barışmadı və öz torpaqlarını düşməndən təmizləməyi bacardı .Bəli,Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda bir mayak oldu Aprel döyüşləri.6 il əvvəl düşmənin üzərində qazanılan hərbi üstünlük ordumuzda yüksək əhval – ruhiyyə,döyüş əzmi ,psixoloji üstünlük  qazandırdı.Aprel döyüşləri ordumuzun şəxsi heyyəti üçün sanki bir sınaq ,kəşfiyyat xarakterli döyüş oldu.Bu döyüşlər ordumuzun döyüş təcrübəsini artmasında böyük rol oynadı.Həmin döyüş təcrübəsini 2020-ci sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən 44 günlük Vətən müharibəsində uğurla davam etdirən Azərbaycan ordusu öz ərazi bütövlüyünü təmin etdi.6 il öncə Lələtəpə yüksəkliyinə sancılan bayrağımız bu gün mədəniyyət beşiyimiz Şuşada dalğalanır.4 gündən 44 günə yazılmış dastandır Zəfər tariximiz.

Bu gün Aprel döyüşlərində,Vətən müharibəsində ,ümumilikdə torpaqlarımızın bütövlüyü uğrunda canından –qanından keçmiş bütün qəhrəmanlarımızı dərin hörmət və minnətlə anırıq.Biz və bizdən sonrakı nəsillər torpaqlarımızı göz bəbəyi kimi qorumalı,qanla suvarılan bu vətən torpaqlarında açan gülləri solmağa qoymamalıyıq!

Nəsirova Nərmin Rafiq qızı
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji
Kollecinin Humanitar FBK-nın müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ