Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan Qarabağda erməniləri şoka salan yeni vəziyyət yaradır...

Image


Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın tam nəzarətinə keçməsi erməni cəmiyyətində, siyasi dairələrində hələ də əsas mövzu olaraq qalır. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi əraziyə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi.

Ancaq ermənilərin qanunsuz silahlı dəstələri yenidən Fərruxdan atəş açmağa və regionda atəşkəsi pozmağa başladığından, Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizlədi.

İndi erməniləri narahat edən məqam Azərbaycan Ordusunun bundan sonra əməliyyatı davam etdirib-etdirməyəcəyidir. Məsələ burasındadır ki, Fərrux kəndi və ətraf yüksəkliklərin ələ keçirilməsi ilə Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasında qalan qanunsuz erməni silahlılarının zərərsizləşdirilməsi üçün yeni imkanlar qazanıb. Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan da etiraf edir. O bildirib ki, Azərbaycan indi daha əlverişli mövqedədir: “Çoxlarının ərazi və strateji baxımdan Fərrux kəndinin, Daşbaşı dağ silsiləsinin nə olduğu barədə yaxşı təsəvvürləri yoxdur”. Onun sözlərinə görə, bu son irəliləyiş zamanı Azərbaycan Daşbaşı sektorunda inzibati ərazisi ilə Fərrux kəndindən dəfələrlə çox ərazidə nəzarəti ələ keçirib: “Bunu ona görə yazıram ki, bəziləri məlumatsızlıqdan və ya bilərəkdən Fərrux kəndini müzakirə obyekti və ya prinsipial məqama çevirib, lakin strateji cəhətdən Daşbaşı dağ silsiləsinin müxtəlif hissələri Fərruxun özündən qat-qat böyük təhlükə yaradır. Azərbaycanlılar Fərruxdan keçid məntəqəsi kimi istifadə edirdilər və ələ keçirdikdən dərhal sonra dolama yollar çəkdilər, onların məqsədi Daşbaşının müxtəlif hissələrinə çatmaq, mövqelərini möhkəmləndirmək, fasiləsiz təchizatla təmin etmək və sonra Qarabağın həyat qabiliyyəti üçün yeni problemlər yaratmaq idi. Azərbaycan bunu bacarıbsa, onun qoşunları başlanğıc nöqtələrə qayıtmayıbsa, o zaman Qarabağın hazırda bizim nəzarətimizdə olan hissəsinin onurğa sütununu sındırmaq üçün görünməmiş vəziyyət yaranacaq”. Ermənistanın “Past” nəşri isə yazır ki, İrəvan baş verənlərə adekvat reaksiya sərgiləyə bilmir: “Bölgədə hadisələrin gedişi ona gətirib çıxarır ki, Ermənistan, təəssüflər olsun, bu hakimiyyətin “sayəsində” öz subyektivliyini itirir və geosiyasi sikkəyə çevrilir. Qarabağ müharibəsinin ikinci mərhələsindən əvvəl kimsə erməni tərəfi üçün bu son dərəcə ağır nəticələri proqnozlaşdırsaydı, heç kim bunu ciddi qəbul etməzdi. Yəni cəmiyyətdə təhlükə barədə maarifləndirmə lazımi səviyyədə deyildi. Və ümumilikdə ictimaiyyət Ermənistanın ziyanına olan nəticələri uzunmüddətli perspektivdə daha dərindən dərk etsəydi, vəziyyət başqa cür ola bilərdi. Problem ondadır ki, real təhlükəsizlik və islahatlar əvəzinə hakimiyyət dəyişikliyindən sonra ictimaiyyətə ancaq səhnələrdən ibarət “təhlükəsizlik” və “dəyişikliklər” təqdim olundu. İnsanlar, məsələn, yeni alınan təyyarələrin fonunda Paşinyanın şəkillərini görüb daha təhlükəsiz ölkədə yaşadıqlarını, əvvəlki hakimiyyət nümayəndələrinin qarət etdiyini, “xilaskar” Nikolun təyyarə aldığını, hamımızın təhlükəsizliyini gücləndirdiyini düşündülər. Eyni zamanda, bu gün də davam edən yalançı sülh təbliğatı cəmiyyət arasında təhlükə barədə məlumatlılığın zəifləməsinə səbəb olub. Ancaq vaxt itkisi bizim ziyanımıza işləyir, çünki indiki şəraitdə hadisələr və texnoloji inkişaf çox sürətlə gedir, geri qalmamaq üçün isə mövcud tendensiyalara uyğun hərəkət etmək lazımdır. Lakin indiki hakimiyyətin dövründə bizim ictimai gündəmimiz duz, siqaret, civə termometrləri kimi ikinci dərəcəli məsələlərlə doludur, uzun gecikmələr isə geridönməz nəticələrə səbəb ola bilər. Qarabağ da bu gedişlə tam Azərbaycanın nəzarətinə keçəcək. Hər halda, Fərrux kəndi bunun daha bir sübutu oldu”.

Qarabağdakı separatçı rejimin “dövlət naziri” Artak Beqlaryan bildirir ki, Fərrux kəndi ilə yanaşı Pirlər kəndi də boşalır və bu kənd Azərbaycanın nəzarətinə keçə bilər. O, kənddən 200-ə yaxın insanın təxliyə edildiyini qeyd edir. Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov isə bildirir ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixli bəyannamənin yerinə yetrilməsini istəyir. Əks halda bu sənədin icrasını yenə öz hərbi qüvvəsi hesabına həyata keçirə bilər: “Birincisi, bəyannamənin 4-cü bəndi yerinə yetirilməyib, erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması həyata keçirilməyib. İkincisi, nəqliyyat kommunikasiyalarının bərpası üçün heç bir şey edilmir. Zəngəzur dəhlizi Azərbaycan üçün xüsusilə vacibdir, çünki bu dəhliz ölkənin Naxçıvanla, eləcə də Türkiyə ilə əlaqəsini asanlaşdıracaq. Ermənistan isə bu nəqliyyat dəhlizinin açılması üçün heç nə etmir. Ermənistan nəinki qoşunlarını Qarabağdan çıxarmadı, hətta bu yaxınlarda oraya əlavə qoşun yeritdi və Fərrux kəndi üzərində strateji əhəmiyyətli hündürlükdə əlavə hərbi istehkamlar qurmağa başladı. Bu yüksəklik məhz indi Azərbaycan üçün çox əhəmiyyətlidir, çünki oradan Ağdam şəhərinə nəzarət etmək mümkündür. İndi Azərbaycan Ağdamın bərpasına külli miqdarda sərmayə qoymağı planlaşdırır. O cümlədən, beynəlxalq investisiyalar da cəlb olunacaq. Aydındır ki, Ağdam şəhərinə düşmən dövlətin silahları tuşlanarsa, bu proses çox risqli keçəcək.

Azərbaycan daha öncə Rusiya sülhməramlıları vasitəsilə ermənilərdən strateji yüksəklikdə yeni hərbi istehkamların tikilməməsini tələb edib. Və bəyannamədə göstərildiyi kimi, qoşunlarını çıxarmasını istəyib. Amma Azərbaycanın heç bir tələbi yerinə yetirilmədi. O zaman əraziyə qoşun yeridildi. Qeyd edim ki, həmin ərazinin sahəsi 57 kvadrat kilometrə bərabərdir. Daha sonra Rusiya narazılığını bildirdi, Azərbaycan qismən qoşunlarını geri çəkdi. Lakin strateji yüksəklik Azərbaycanda qaldı. Hazırda intensiv danışıqlar gedir. Rusiya daha bir münaqişə istəmir. Lakin bəyannamənin yerinə yetirilməsini tələb edən Azərbaycan da geri çəkilmir. Ermənistan Qarabağı əlində saxlamaq istədiyini gizlətmir və bunun üçün məhz Rusiya sülhməramlılarından maksimum dərəcədə istifadə etməyi planlaşdırır. Buna görə də İrəvan Azərbaycan ordusu ilə Rusiya sülhməramlıları arasında münaqişə yaratmaq niyyətindədir. Azərbaycan strateji yüksəkliyi əlində saxlayacaq. Erməni hərbçilərinin tam olaraq Qarabağı tərk etməsini, nəqliyyat dəhlizlərinin açılmasını tələb edəcək və Ermənistan bunu etməsə, Azərbaycan 3 ildən sonra sülhməramlıların müqaviləsini uzatmayacaq. Rusiya sülhməramlıları ərazidən çıxdıqdan sonra isə Bakı hərbi yolla Qarabağ üzərində tam nəzarəti özünə qaytaracaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ