Cümə günü, 13 noyabr 2026
     

Dünyanı nüvə təhdidi Azərbaycan üçün də hədədirmi...?

Image


Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünya gündəmini zəbt edən məsələlərdən biri də mümkün nüvə müharibəsidir. Belə təhlükələrə məruz qala biləcək ölkələr arasında artıq Azərbaycanın da adı hallanıb.

Bilindiyi kimi, Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin bu günlərdə bu ölkənin televiziya kanallarının birində Azərbaycanın neft sənayesinə nüvə zərbəsi endirilməsi ilə bağlı fikirlər səsləndirib. Delyagin "Rossiya 24" televiziyasındakı çıxışında Azərbaycanı Türkiyədən “asılı siyasət” yeritməkdə qınayıb və "cəzalandırmaq" üçün ölkənin neft obiyektlərinin bombalanmasını təklif edib. O, Azərbaycanı Rusiyanın Ukrayna ilə müharibə apardığı bir vaxtda "özünü aqressiv aparmaqda" günahlandırıb. Sonradan Mixail Delyagin bu sözləri üçün üzr istəyib. Daha sonra prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Delyaginin açıqlamasının Rusiyanın rəsmi mövqeyi olmadığını və "iki dost ölkə arasında münasibətlərə zərər vura biləcəyini" deyiblər. Azərbaycan Delyagini "beynəlxalq axtarışda olanlar" siyahısına salıb və ona cinayət işi açıb. Ancaq xatırladaq ki, Deylaginin Azərbaycanı nüvə silahı ilə hədələməsindən daha əvvəl Vladimir Putin Rusiyanın Ukraynanı işğalının ilk günlərində orduya nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməyi tapşıraraq, hərbi əməliyyatlarda rəsmi Kiyevə dəstək verəcək dövlətlərə xəbərdarlıq etmişdi. Rusiya, açıq mənbələrdəki məlumatlara görə, dünyada ən çox nüvə silahına malik dövlətlərdən biridir. Bəs, Azərbaycana yaxın ərazilərdə nüvə silahından istifadə olunarsa, bu təhlükədən mühafizə olunmağın yolları nədir? Məsələ ilə bağlı BBC radiosu bildirir ki, dünyadakı nüvə silahı başlıqlarının 90 faizi ABŞ və Rusiyanın əlində cəmləşib. Alimlər hesab edir ki, onlar bu silahlardan istifadə edərsə, gizlənməyə ehtiyac qalmayacaq, çünki ağır nəticəsini bütün Yer kürəsi hiss edəcək. Nüvə sahəsində çalışan elm adamlarına görə, atom silahı elə böyük təhlükədir ki, istənilən ölkə müharibədə məğlubiyyəti boynuna götürər, amma nüvə silahı işlətmək məsuliyyətini yox. Mütəxəssislərə görə, nüvə silahlarının istifadəsindən sonra təsirləri min illər çəkə bilər. Rusiyanın nüvə silahları olan bazaları və obiyektləri daha çox ölkənin mərkəzi hissələrində yerləşdirilib. Həmin silahlar ordan istənilən quru ərazilərə və dəniz sularına daşına bilər. Güman olunur ki, Rusiya atom silahından istifadə eləsə, ona qarşı cavabda da Rusiyanın mərkəzi şəhərləri və mərkəzi hissələrində yerləşdirilən nüvə obiyektləri hədəf ola bilər. Azərbaycana yaxın ərazilərdə belə hərbi obiyektlər yoxdur.  O da qeyd edilir ki, nüvə silahı lokal tətbiq olunarsa, ondan mühafizə olunmaq mümkündür. Nüvə silahı tətbiq olunduqda, onun təhlükəsinin bir neçə faktoru var. İlk növbədə zərbə dalğası ətrafdakı bütün sədləri, tikililəri dağıtmaq gücünə malikdir. Zərbə dalğası silah işlədilən yerin episentrindən 10 kilometr məsafədə dağıdıcı gücə malikdir. Zərbə dalğası radiasiyasının yayılması istifadə olunan nüvə silahının gücündən asılıdır. Atom silahının gücünə görə episentrdən başlayaraq təhlükəli ərazinin diametri arta bilər. Nüvə silahı tətbiq olunarsa, zərbə dalğasından başqa elektromaqnit şüalanması baş verir ki, bu da bütün elektrik xətlərini sıradan çıxarır, cihazlarını yandırır və güclü işıq şüası insan gözünü yandırıb kor edə bilər. İonlaşdırıcı radiasiya partlayışın episentrində və 10 kilometr radiusda xüsusilə güclüdür. Ancaq get-gedə məsafə artdıqca, onun təsiri zəifləyir. İonlaşdırıcı radiasiya bir çox hallarda 50 kilometr radiusda yayılır, külək əsdikdə onun radiusu böyüyə bilər. Bu rəqəmlər də silahın gücünə görə nisbidir, müasir nüvə silahlarının orta gücünə görə hesablanıb. Ümumilikdə, atom silahı istifadə edilmiş ərazidə 100 kilometr diametrdəki hissə təhlükəli sayılır. Bu silah işə düşərsə, mülki şəxslərin mühafizəsi ilk növbədə sığınacaqlarda həyata keçirilə bilər. Belə imkan olmadığı halda, insanlar yaşayış və iş yerlərində pəncərələri işıq keçirməyən pərdələrlə örtməli və işıqları söndürürək mühafizə olunmalıdırlar. Heç bir halda açıq məkanda olmaq tövsiyə edilmir. Nəfəsliklər, hava dəyişmə sistemi tam bağlanmalıdır. Qapalı yerdən kənara çıxmaq olmaz. Nüvə silahı istifadə olunduğunu bildikdən sonra insanlar özlərini mühafizə etmək üçün gözlərini yummalıdırlar. Xüsusi gün eynəkləri olduğu halda bəzən gözləri qapamağa ehtiyac olmaya bilər. Yaxın ərazilərdə yerləşən əhaliyə tövsiyə olunur ki, gözləri işıq keçirməyən qara parça ilə bağlasınlar. Partlayışın təsiri keçənə kimi gözlər bağlı olmalı və yerə istiqamətlənməlidir ki, işıq dalğası gözə təsir etməsin. Nüvə bombasına görə həyəcan siqnalı verilərsə, zirzəmiyə düşmək məsləhətdir. Zirzəmidə olmaq insanları mühafizə edə bilər. Bu zaman nüvə silahının təhlükəli təsirləri 20 dəfə az hiss edilir. Məsələn, ionlaşdırıcı şüa 2 metr su layını keçmir, belə bir maneə ilə qarşılaşandan sonra enerjisini tam ititrir. Təqribən yarım metr qalınlığında beton divarla qarşılaşan ionlaşdırıcı şüa enerjisini yenə 2 dəfə itirir. 1 metr beton sədd olduqda şüa enerjisini tam itirir. Ona görə istənilən zirzəmiyə daxil olmaq nüvə sialhının təsirlərini azı 20 faiz azaltmış olur. Zirzəmi nə qədər dərində olsa, bir o qədər effektivdir. Zirzəmidə olan insanlara elektromaqnit impulsu təsir etmir. İnsanların olduqları məkanın qapısından kənar yerdə durmaları tövsiyə olunur. Nüvə partlayışına yaxın ərazilərdə zərbə dalğası qapıya yaxın olanlara daha çox təsir edir. Çöldə olan insanlar isə istənilən daldanacaqlardan, divarlardan, hətta səkilərin hündürlüyündən istifadə etməlidir. Nüvə partlayışının dalğasının hansı istiqamətdən gəldiyini bildikdən sonra insanlar ona əks istiqamətdə yerə uzanıb səddin mühafizəsi olan yerdə özünü qorumalıdır.

Azərbaycana yaxın regionda nüvə təhlükəsi olduğu halda Bakı şəhərində ən yaxşı mühafizə sığınacağı metrolardır. Qida, su, təmizlik vasitələrini götürən əhali üçün ən yaxşı mühafizə yeri metrolar ola bilər. Metrolar hətta bir neçə kilometr uzaqda olan nüvə partlayışından da mühafizə edə bilər. Hərbçilər və nüvə təhlükəsi ilə birbaşa işləyən azsaylı şəxslər üçün anti-rad deyilən mühafizə vasitələri var ki, onlar bir neçə saat orqanizmi radiasiyanın təsirindən mühafizə edə bilir, amma bu vasitələr kütləvi istifadə üçün nəzərdə tutulmayıb. Onlardan yalnız kimya müdafiə dəstələrinin üzvləri vəzifələrini yerinə yetirmək üçün istifadə edirlər. İlk növbədə orqanizmdə yaranmış zədələnmələrin qarşısının alınması vacibdir. Kimsə çöldədirsə, burnunu, ağzını bağlamalıdır ki, nəfəs yollarına radioaktiv maddələrin buxarları, tozlarla qarışığı daxil olmasın. Nüvə partlayışından sonra yaranan ionlaşdırıcı radiasiyanı bu vasitələrlə dayandırmaq mümkün deyil. Onlar orqanizmə təsir edərək hüceyrə parçalanmasına səbəb ola bilirlər. Bu zaman qan hüceyrələri parçalanır və ölümə səbəb olur. İstənilən halda mütəxəssislər çoxlu maye qəbulu tövsiyə edirlər. Maye yaranmış radikal hissəciklərin orqanizmdən xaric olunmasını tezləşdirir. Təmiz yemək orqanizmin müqavimətini gücləndirə bilər. Qapalı məkana hava filtrlər vasitəsiylə verilməlidir və hava keçən yerlər ən azı tənziflə bir neçə qat filtirlənməlidir. Burada məqsəd kənardan tozların içəri girməsinin qarşısını almaqdır. Hətta bəzi hallarda az miqdarda şərab içməki tövsiyə olunur. Çernobıl ərazisində zəhərlənən şəxslərə də tövsiyə olunubmuş ki, azca spirtli içki qəbul etsinlər.Bu, təmizlənmə prosesinin sürətini artıra bilər. Başqa heç bir xüsusi dərman vasitəsi yoxdur. Əgər Yer kürəsinin qütblərində iki nüvə silahı işlədilərsə, Yer öz oxu ətrafından çıxa və yerdəki həyat məhv ola bilər. Yerin başqa ərazilərində nüvə silahları işlədiləndə bombanın gücündən asılı olaraq, hədəf edildiyi şəhər tamamilə məhv ola bilər. Nüvə sahəsində çalışan alimlər deyir, dünyadakı mövcud nüvə silahlarının gücü o qədər böyükdür ki, Yer kürəsində həyatı 200 dəfə məhv edə bilər.

Böyük dövlətlər arasında nüvə müharibəsi Yer kürəsində həyatın itirilməsinə gətirib çıxara bilər. Beynəlxalq konvensiyalara görə, hazırda nüvə enerjisindən dinc məqsədlər üçün istifadə olunması razılaşdırılıb. Silahın istifadəsindən sonra “nüvə qışı” olur və radioaktiv maddələr qar kimi yerə yağmağa başlayır, həmin ərazi yaşamaq üçün yararsız olur. Xatırladaq ki, Azərbaycanda nüvə təhlikəsindən mühafizə edən sığınacaqlar var və bu yerlərin uçotu, vəziyyəti ilə bağlı işləri mülki müdafiə tədbirlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ