Cümə günü, 13 noyabr 2026
     

Ermənilər Kəlbəcərdəki alban Gəncəsər monastırında da Matenadaran yazı izləri “tapdılar”... Saxtakarlığa baxın...

Image


Qarabağda və ətraf rayonlardakı alban abidələrini, monastırlarını, bütövlükdə alban irsini mənimsəmək üçün ermənilər bütün vasitələrə əl atır, saxtalarlıq qalmır ki, etməsin.

Onlar indi də Kəlbəcərdə yerləşən və qədim alban irsinə aid Gəncəsər monastrını mənimsəmək üçün yeni üsullara əl atırlar. İndi də Aram Torosyan adlı birisi ortaya çıxır və özünü  “Matenadaran-Qandzasar” “elmi-mədəni mərkəzinin” direktoru kimi qələmə verib hədyanlar danışır, erməni mediası da böyük həvəslə bu cəfəngiyyatları tirajlayır. “Elmi-mədəni mərkəzin” hazırkı durumundan danışan Torosyan deyib ki, 2015-ci ildə guya Kəlbəcərin Vəng kəndində yerləşən Gəncəsər monastrına bitişik ərazidə Matendaranın “filialı kimi” “Matenadaran-Qandzasar”adlı “elmi-mədəni mərkəzini” yaradıblar, 44 günlük müharibə zamanı “mərkəzin” eksponatlarını “təhlükəsizlik məqsədi” ilə İrəvana daşıdıyıblarş. O deyib ki, hazırda eksponatlar sərgiyə hazırdır, təqqim ediləcək. Guya “Matenadaran-Qandzasar”da 100-dən çox əlyazma, o cümlədən orijinallar, onlarla erkən çap olunmuş kitab, onlarla qiymətli arxiv sənədi, 700-ə yaxın “ermənişünaslıq” ədəbiyyatı saxlanılır. Halbuki, bunlar hamısı alban kilsələrindən oğurlanmış materiallardır ki, indi ermənilər onları öz adlarına çıxırlar. Məsələ burasındadır ki, ermənilər “Matenadaran-Qandzasar” oyununu ortaya yeni atıblar, əvvəllər bu barədə danışmazdılar.

  • “Oradan qədim “erməni yazısının” tapılması  barədə deyilənlər gülməlidir və cəfəngiyatdan başqa bir şey deyil”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan torpaqları işğalda olduğu dövrlərdə bizim ərazilərimizdə bu cür qondarma “muzeylər”, “elmi-mədəni mərkəzlər” yaradılıb, məqsəd isə Azərbaycan-alban irsini mənimsəmək, erməniləşdirmək olub: “Mənim bu qondarma “elmi-mədəni mərkəz” barədə məlumatım var. Kəlbəcər işğalda olduğu dövrlərdə ermənilər oradakı alban irsinə yiyələnmək üçün hər cür saxtakarlığa əl atıblar. İşğal illərində Gəncəsər monastrına yaxın ərazidə belə bir qondarma “elmi-mədəni mərkəzin” yaradılması birmənalı olaraq alban irsini saxtalaşdırmağa, erməniləşdirməyə xidmət edib. İndi də İrəvana gedib orada bu saxta “mərkəzi” təbliğ edirlər ki, guya bu “mərkəzdə” “erməni iris”i qorunur (?). Hətta yadımdadır, ermənilər iddia edirdilər ki, guya oradan çox qiymətli qədim “erməni əlyazmaları” tapıblar, oradan qədim “erməni yazısının” tapılması  barədə deyilənlər gülməlidir və cəfəngiyatdan başqa bir şey deyil. Onlar bütün saxtakarlıqları əsasən işğal dövründə ediblər. Onların məqsədi alban irsini erməniləşdirmək, alban yazılarını, kitabələrini “erməni irsi” kimi qələmə verməkdir. Kəlbəcərdə, Qarabağda heç bir qədəm erməni izindən söhbət gedə bilməz, bu mümkün də deyil. Onlar özlərindən saxta tarix düzəltmək üçün hər cür əməllərə əl atırlar. Barəsində danışılan “elmi-mədəni mərkəz” növbəti erməni saxtakarlığının təzahürlərindən başqa bir şey deyil. Təsəvvür edin ki, bunlar öz saxtakarlıqları ilə artıq hədlərini aşırlar”.     

Bu gün Gəncəsər monastırının özünə qarşı da erməni iddiasının olduğunu xatırladan F.İsmayılovun sözlərinə görə, Kəlbəcər rayonunda yerləşən Gəncəsər monastırı qədim alban məbədidir, onun tarixi də, inşa dövrü də məlumdur. “Kəlbəcər rayon Gəncəsər monastırı 1216-1238-ci illərdə qurulub. elmi ədəbiyyatda Xəzinədağ məbədi kimi qeyd edilsə də, lakin abidə Gəncəsər (ingiliscə: Gandzasar) adı ilə tanınır. Abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırıdır. XIII əsrdən başlayaraq XIX əsrə qədər Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub. Abidənin memarlıq xüsusiyyətlərinə gəlincə, hündür qala divarları ilə əhatə olunmuş Gəncəsər kompleksinə türk-xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd mailli dam örtüyündə rotonda yüksələn məbəd binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir. Baş kilsənin xaçşəkilli günbəz kompozisiyası, 16 künclü günbəz barabanı və onun üzərində yüksələn çətir formalı piramidaşəkilli daş günbəz örtüyü alban dindarlarının son iqamətgahına xüsusi əzəmət və gözəllik verir. Şərq və qərb fasadlarından fərqli olaraq şimal və cənub fasadlarının memarlıq həlli, demək olar ki, eynidir. Onların hər biri beş tağla bəzənmiş, ortadakı ən hündür tağ isə profilli xaçla tamamlanmışdır. Kilsənin daxilindəki tağların yuxarı hissələri müqəddəs hesab olunan öküz və qoyun başlarının barelyefləri ilə bəzədilmişdir. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət Alban xristianlarının iqamətgahı olmuş məbəd dinin baş xəzinəsi mənasında Gəncəsər adlandırılıb”.

Abidə 1993-ci il aprel ayının 3-də Ermənistan Respublikası Hərbi Silahlı Qüvvələrinin işğalı altına düşdükdən sonra abidəyə qarşı erməni saxtakarlığının başladığını deyən ekspertin sözlərinə görə, Ermənistan 1992-1994-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Gəncəsər monastırının memarlıq quruluşunda və interyerində də dəyişikliklər edib, divar yazılarını korlayıb,  abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus bir çox bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salıblar: “Ermənistanın işğalı altında olan dövrdə abidə bu dövlətin müvafiq qurumları tərəfindən “erməni Qriqoryan dininin mərkəzi” kimi təbliğ olunub. Gəncəsər monastırı  1994-cu ildən etibarən Ermənistan Respublikasının “abidələri siyahısına daxil edilib və erməni kilsəsi” kimi təbliğ edilməyə başlayıb. Ermənilər tərəfindən məbədin divarları rəngli boyalarla yazılıb və Alban Knyazı Həsən Cəlalın qəbrinin üzərindəki sinə daşı qırılsa da onu yenidən bərpa etməyə cəhd edilib. Gəncəsər monastırı Ermənistanın Respublikası tərəfindən işğal edildiyi dövrdə aşağıdakı dəyişikliklərə məruz qalıb:  2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər yetirilib. Abidənin interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları və erməni dilində yazılar yerləşdirilmişdir. Monastırın həyətinə və Monastıra aid olan qəbristanlığa  2000-2009-cu illərdə 15-dən çox qəbir və xaçdaşları quraşdırılıb. Ermənilər, abidənin daxili interyerində, yəni daxili divarları üzərindəki yazılar və bədii nümunələr silərək qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzəməklə abidəyə əhəmiyyətli dərəcədə zərər veriblər. Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındıraraq, sinə daşı üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxunu məhv ediblər. Kompleksdə aparılan təmir tikinti işləri zamanı kompleks divarlarının böyük bir hissəsi mərmər daşlarla örtülüb. Baxın, ermənilər Gəncəsər monastırına qarşı bu qədər vəhşiliklər, saxtakarlıqlar ediblər. Lakin nə qədər cəhdlər göstərsələr də, həqiqəti silə, tarixi itirə bilməyiblər. Onların belə bir qondarma  “elmi-mədəni mərkəz” yaratmağının mahiyyətində alban irsini silmək, onun izlərini itirmək və saxta erməni irsi formalaşdırmağa cəhd etmək durur. Bunların da hamısı erməni saxtakarlığının açıq örnəkləridir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ