Cümə günü, 13 noyabr 2026
     

“1918-ci ilin Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir” - Vüqar Rəhimzadə

Image


“Faktlara əsaslanan tarix heç zaman saxtakarlığı qəbul etmir, eyni zamanda, heç nəyi də silmir. Baxmayaraq ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib saxta tarix yazmaqla beynəlxalq aləmdə özlərini “yazıq, məzlum, döyülən və əzilən xalq” kimi bir çox məqamlarda tanıtmağa nail olsalar da, amma  bir reallığı unudublar  ki, belə saxta tarixlə yalnız müəyyən zaman çərçivəsində yalanlarını həqiqət kimi qəbul etdirə bilərlər.

Halbuki, fakt tələb olunanda ermənilərin acizlikləri diqqətdən kənarda qalmır. Necə ki, qardaş Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiasını irəli sürərək bunu havadarlarının  dəstəyi ilə bir çox dövlətlərə qəbul etdiriblər. Lakin Türkiyə rəsmiləri bu məsələ ilə bağlı arxivlərin açılmasını və tarixçilərdən ibarət erməni-türk  komissiyasının yaradılmasını tələb edəndə işğalçı Ermənistanın rəhbərliyi bu məsələ ilə  tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu  bildirərək nə qədər aciz duruma düşdüklərini, siyasi savadsızlıqlarını təsdiqləyiblər. Bu baxımdan deyə bilərik ki, araşdırmaların nəticəsi olan hər bir tarixi  fakt 1918-ci ilin mart - aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər  geniş olduğuna işıq salır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bu reallığı da diqqətə çatdırıb ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir: “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini beynəlxalq aləmə çatdırmaq və milli yaddaşımıza əbədi həkk etdirmək məqsədi ilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin sənəd əsasında  martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda da qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbt edilməsi ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci ilin Mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ümummilli lider  Heydər Əliyev 30 mart 1999-cu ildə Tədbirlər planı təsdiq etmişdir. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin erməni vəhşiliklərinin faktların dili ilə beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atdığı addımlar da göz önündədir. Belə ki, ölkə Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, dövlət başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı ermənilərin törətdikləri faciələrin   dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardandır. Hər iki sənəd  Azərbaycanın zəngin tarixinin öyrənilməsində və təbliğində böyük rola malikdir”.

“Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib: “Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə  dolğun siyasi qiymət verilib”.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyevin ilk görüşünün  ziyalılarla olması da təsadüfi deyildi.  Ümummilli Lider ziyalıların qarşısında bu mühüm vəzifəni qoymuşdur ki, tarixin saxtalaşdırılmasına göz yummamalı, tarixi faktlarla bu saxtalaşdırmanın qarşısı alınmalıdır: “Tarixi araşdırmaların daha da genişləndirilməsi, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılması ən vacib məsələ kimi önə çəkilmişdir. Azərbaycanın çox zəngin tarixə malik olduğunu qeyd edən Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bildirmişdir ki, biz öz tariximizi,  reallıqlarımızı dünya miqyasında daha da dolğun təbliğ  etməliyik. Özlüyündə yaranan “Nəyə görə” sualına cavab olaraq dövlət başçısı bildirir ki, ilk növbədə, bizi tanısınlar, nə qədər zəngin tariximizin olduğunu görsünlər. Digər tərəfdən, Azərbaycana qarşı təxribatlar aparılır. Ermənilər  Azərbaycan tarixini  təhrif etməyə çalışırlar. Tariximiz bizim  böyük sərvətimizdir”.

YAP Xətai rayon təşkilatının sədri erməni vəhşiliyinin bariz nümunələrindən biri kimi Xocalı faciəsini də xüsusi qeyd edib: “Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Bu səhifələri vərəqlədikcə tarixdən dərs almaq bir zərurət kimi qarşımızda dayanır. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu günə qədər dünyanın əksər dövlətlərinin erməni sevgisi, həqiqətdə isə öz maraqlarını reallaşdırmaq üçün bu xain toplumdan bir vasitə kimi istifadə etmələri ilə bağlı məqamlara bir daha işıq saldı. Bu mesaj ünvanlandı ki, ədaləti arxa plana keçirmək, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq etmək problemə düzgün yanaşma deyil. Belə hallar dünya güclərinə qarşı bir etimadsızlıq mühitini yaradır. Hazırda ölkəmizə səfər edən qonaqların, turistlərin üz tutduqları ünvanlardan olan Quba kütləvi məzarlğı da dünya ictimaiyyətinə yaxın tariximizdə baş vermiş faciələrlə bağlı bütün məqamları tam dolğun şəkildə çatdırır. Quba məzarlığında tapılan insanların qalıqları üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılmışdı. Məzarlıqda 500-dək insanın kəllə sümüyü var idı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən artığı qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə  Prezident İlham Əliyevin Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradıldı”.

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, zaman hakim, tarix isə yaddaşdır: “Azərbaycanın tarixi faktlara əsaslanan təbliğatı, diplomatik mübarizədə qələbəsi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə də öz sözünü dedi. Şanlı Qələbəmizdən sonra paytaxt Bakıda açıq səma altında salınan Hərbi Qənimətlər Parkı, Gəncədə yaradılacaq Memorial Kompleks, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə dil açan hər bir daş, qaya erməni vəhşiliklərinə və onlara kimlərin havadarlıq etməsinə şahidlik edir. Reallıq budur ki, həqiqəti ört-basdır etmək, ədaləti maraqların arxasında  gizlətmək mümkünsüzdür. 44 günlük Vətən müharibəsi bunu bir daha təsdiqlədi”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ