Ukrayna böhranının ardından Qərbin siyasi və iqtisadi embarqosuna hərbi hücumla cavab verən Rusiya prezidenti Vladimir Putinin açıqladığı yeni təhlükəsizlik doktrinası dünyada böyük əks-səda doğurub.
Baki-xeber.com xəbər verir ki, dünya mətbuatının əsas xəbərləri sırasında yer alan doktrinada Ukraynanı müharibə ölkəsi, ABŞ və NATO-nun Şərqə genişlənməsi isə əsas təhdid kimi qəbul edilir. Qərbyönümlü qeyri-hökumət təşkilatlarını isə ən böyük daxili düşmən kimi dəyərləndirilir. Ancaq maraqlıdır ki, bununla bağlı açıqlama verməyən rəsmi Vaşinqton, yalnız «sənədi araşdırırıq» deməklə kifayətlənib.
Doktrinada nələr var?
Putinin cümə günü imzaladığı və Rusiyanın "qırmızı kitabı" kimi xarakterizə edilən beş illik hərbi doktrinada əsas düşmən NATO "beynəlxalq qanunları tapdalayaraq fəaliyyət göstərən qlobal hərbi ittifaq” kimi dəyərləndirilir. Doktrinaya ayrıca raketdən müdafiə sistemlərinin qurulması, qonşu ölkələrdə hərbi gücdən istifadə edilməsi, ABŞ-ın sürətli qlobal hücum doktrinası, kosmosa müdafiə silahlarının yerləşdirilməsi və yüksək həssas idarə olunan silahlar da güc tarazlığını və sabitliyi pozan təhdidlər sırasında yer alır.
Qərb təbliğatı artıq cinayət
Ölkədə fəaliyyət göstərən Qərbyönümlü qeyri-hökumət təşkilatları, mətbuat və internet üzərindən aparılan təbliğatlar isə ən böyük daxili təhlükə kimi qəbul edilir. Şimali Afrika ilə Yaxın Şərqdəki Suriya, İraq kimi ölkələrlə Əfqanıstandakı hadisələr də "yeni təhdidlər” sinifinə daxil edilib, separatçılıq, terror, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və xarici kəşfiyyat fəaliyyəti kimi ənənəvi təhdidlər də yeni təhlükəsizlik doktrinasında yer alır.
Nüvə silahları
Yeni doktrinada nüvə silahlarından istifadə şərtləri dəyişməyib. Potensial düşmənlərə hücum deyil onları daşındırma məqsədli olan nüvə silahlarından nüvə hücumu və ya digər kütləvi qırğın silahları ilə ediləcək hər hansı bir hücum zamanı cavab vermək üçün istifadə edilə bilər.
Sənəddə "önləyici vuruş” anlayışına yer verilmir. Yəni Rusiya nüvə silahlarından ilk istifadə edən tərəf olmaq niyyətində deyil.
Daxili düşmən
Rusiya Federasiyasının konstitusiya quruluşunu zorla dəyişdirmək fəaliyyətləri, siyasi və ictimai sabitliyin pozulması, dövlət qurumlarının və Rusiya Federasiyasının informasiya infrastrukturunun fəaliyyətini pozmaq, Federasiyanın ərazi bütövlüyünü, birliyini və suverenliyini zəiflətmək məqsədi güdən fərd və təşkilatların fəaliyyəti daxili düşmən fəaliyyəti kimi qiymətləndirilir.
Kiyevə son xəbərdarlıq
NATO-nun genişlənməsi Rusiyanın 2010-cu il hərbi doktrinasında da başlıca təhdidlər arasında göstərilirdi. Ancaq Rusiyanın qorxduğu başına gəldi və Ukraynada qarşıdurmalar fonunda Kiyev NATO üzvlüyü üçün ilk addımı atdı. NATO-nu Ukraynanı "qarşıdurmalarda meydana çevirməkdə” ittiham edən Rusiya, NATO üzvlüyü reallaşarsa Ukrayna ilə əlaqələri tamamilə kəsəcəyilə hədələyib.
Raketdən müdafiə sistemləri