Cümə günü, 13 noyabr 2026
     

31 MART: Zəfərdən öncə və indi...

Image


104 il öncə mövcud olmuş “Bakı Soveti” və daşnak erməni silahlı dəstələri 1918-ci ilin mart ayının ikinci ongünlüyündən başlayan, 30 mart – 3 aprel tarixi arasında isə ən son həddə şiddətlənən soyqırım aktları ilə azərbaycanlıları kütləvi şəkildə qətlə yetirib, vəhşi dağıntılar törədib.

Qanlı hadisələr yalnız Bakı şəhərində deyil, o vaxtkı Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə baş verib. Bu soyqırım aktları nəticəsində 30 mindən çox azərbaycanlı amansızcasına qətlə yetirilib, on minlərlə insan öz torpaqlarından qovulub, minlərlə insan itkin düşüb. Qətl edilənlər arasında uşaqlar, qadınlar, qocalar da olub; ümumən bu soyqırım aktları heç bir “əsas”la, bəhanə ilə əsaslandırıla bilməz və qətl edilən günahsız insanların qanı bu soyqırım aktlarına göstəriş verən və onu icra edənlərin, onların hüquqi, siyasi, mənəvi vasrislərinin üzərində əbədi ləkədir. Artıq 24 ildir ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı, o Fərman  əsasında hər il martın 31-nin Soyqırım Günü olaraq qeyd edilməsi tarix şüurumuzu yenidən səfərbər edərək, diqqətimizi həqiqətlərimizə köklədi (və kökləməkdədir). Bu Fərman 26 fevral – Xocalı Soyqırımının, Qaradağlı, Ağdaban, Bağanis-Ayrım soyqırım aktlarının təsadüf olmadığını bir daha göstərdi, dünyaya önəmli ismarıc oldu. Fərman təsdiq etdi ki, azərbaycanlılara qarşı düşünülmüş, məqsədyönlü və mərhələli soyqırım aktları, köçə məcburetmə, didərgin salma, imkanlardan məhrumetmə siyasəti yürüdülüb. Və bu bədxah, mərhələli siyasətin qarşısı öz tarixini öyrənmək, ona yiyə durmaqla, müstəqil dövlətçiliyi inkişaf etdirməklə, xalq-dövlət birliyi, düzgün aparılan xarici və daxili siyasət, güclü iqtisadiyyat, güclü Silahlı Qüvvələrlə alına bilərdi. Belə də oldu!

Ötən yüzilliyin başlarında da, yüzilliyin sonlarında da azərbaycanlılara qarşı soyrıqım aktları törədilib. Azərbay­canlıların soyqırımı nəyə xidmət edirdi? – Cavab aydındır: ermənilərin və hava­darlarının ermənilər üçün tarixdə ilk dövlət yaratmaq, onu qorumaq, böyütmək, Qafqazın “jandarmı” halına gətirmək. “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmə planının tərkib hissəsi olan soyqırımlar, işğallar, dağıntılar, mənimsə­mələr... bizi geridən geri salsa da, erməniləri də xoşbəxt etmədi. Dünya erməniliyi tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi ilə əllərindən, ağıllarından, kirli ruhlarından gələn nə vardısa əsirgəmədi. Biz soyqırım aktlarından danışarkən ermənilərin yalnız olmadığını vurğulamaqdayıq: 1918-ci ilin mart-aprel aylarında xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar o vaxtkı Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilib. 1991-ci ildə törədilən soyqırım aktları Sovet ordusu və erməni silahlı dəstələri tərəfindən, 26 fevral 1992-ci ildəki Xocalı Soyqırımı bəlli 366-cı motoatıcı alayla Ermənistan silahlı qüvvələrinin ortaq işi olaraq icra edilib. Necə deyərlər, tarix dəyişmiş, öldürən və öldürülən tərəflər dəyişməmişdir...

31 martın, 26 fevralın dövlət tədbirləri ilə qeyd olunması, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının icrası bir tərəfdən ölkəmizin multikulturalizmə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr digər tərəfdən beynəlxalq ictimai fikrə həqiqətlərin intellektual və davamlı şəkildə ötürülməsi baxımından səciyyəvidir. Bu səciyyə fonunda 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfər, necə deyərlər, tamamlayıcı hadisə oldu. Müzəffər Silahlı Qüvvələrimiz öz Ali Baş Komandanının rəhbərliyi, dövlət-xalq birliyinin təntənəsi ilə xalqımızın qürurunu bərpa etdi. Bu Zəfər, bu qürur bizə çox lazım idi. Bu Zəfərsiz, bu qürursuz olmazdı. Zəfərə qədər bizi ümid yaşadırdı. Bu Zəfər, bu qürur bizi özümüzə qaytardı, özümüzə inandırdı. Bizimz qürurumuz ədalət hissimizi korlamır. Biz uğursuz dövlətin və dövlət qurma sənətindən nəsibini almamış ermənilərin saxta, keçici “qalib ədası” ilə öz qürurumuzu qarışdırmırıq, təbii. Təbii, müharibədə qızıl ləyaqət göstərən xalqımız, sülh quruculuğunda da ləyaqət göstərir. Azərbaycanın dövlət başçısının dediyi kimi: “Sözümüz imzamız qədər etibarlıdır”! Biz 44 günlük Vətən Müharibəsindən sonrakı dönəmdə qarşı tərəfdən “imzamız da sözümüz qədər etibarsızıdır” sərzənişini gördük. Amma onlar bir həqiqətə kordur: Azərbaycan öncəki Azərbaycan deyil! Bu ölkə, bu xalqla yalan, xof, qorxu, oyun-moyun dili, üslubu ilə danışa, davrana bilməyəcəklər! Ya ədalətə boyun əyəcəklər ya dəf olub gedəcəklər.

Bəli, tarixdəki ilk erməni dövləti böyük günahlar edilərək və qan-qada ilə qurulduğundandır ki, o vaxt-bu vaxt uğursuz dövlətdir ki, uğursuz dövlətdir. 

Sual oluna bilər ki, bəs bizim planımız, dirənişimiz, müqa­vimətimiz olmayıbmı heç? – Cavab aydındır: Biz öncə müstəqil dövlətçiliyimizi itirmiş, onun ağrılarını yaşamışıq, sonra isə milli dövlətçiliyimizin ömrü qısa olub. Biz başqa­larını da özümüz kimi xoşgörülü sanmışıq, tez aldanmışıq. “Difahi” hərəkatını, vətən­canlı dədələrimizi unutmamışıq, əlbəttə. Ancaq daha böyük səfərbərliklərə, gizli yaxud açıq fəaliyyətlərə ehtiyac olduğu dönəmlərdə gizlimiz gizli, açıq siyasətimiz açıq yürüdülə bilmədi... Öncə ümmətçilik, sonra beynəlmiləlçilik xumarı milli dövlət şüurumuzu bəsləməmişdir, doğrusu...

Ermənilərin isə dövləti olmayıb və tarixdəki ilk erməni dövlətini qurmaq üçün kiminlə desən, necə desən, harda desən işbirliyinə gedib. İlk dövlətlərini qurmaqçün nələrini desən verən, nə desən edən bir zehniyyətdən danışırıq... Yəni, dövlətsizlik dünya erməniliyini səfərbər edərkən, biz sanki min illər boyu dövlət və dövlətlər dövləti qurmaqdan arxayınlaşmış, belə demək olarsa, yorulmuşduq... Bax, tarixdə üzləşdiyimiz ən böyük faciələrimiz o keçid dönəmlərində, üstəlik, aldanış və arxayınçılıqdan baş verdi. Aldanan varsa, aldadan tapılacaq, arxayınlaşan varsa, üzərinə yürüyən çıxacaq meydana. Hələ-hələ bizim coğrafiyada arxayınlaşmaq, aldanış içində olmaq heç olmaz! Çox şükür, o ziyanlı dəftərləri bir yolluq qapatmışıq! 

Ümummilli liderin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda  yazı­lır: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Bir il sonra (30 mart 1999-cu ildə) isə həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Tədbirlər planı təsdiq edilib. Əgər həmin Fərman Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədinə xidmət edirdisə, Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il Azərbaycanlıların soyqırı­mının 100 illiyi haqqında” Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədinə xidmət edirdi.

2007-ci ildə isə Qubada kütləvi məzarlıq aşkarlandı. 30 dekabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzaladı. 18 sentyabr 2013-cü ildə Memorial Kompleksin açılışı oldu. Artıq ora bizim və bütün ədalətli insanların ziyarət yeri, həqiqət abidəsi, ehtiram ocağıdır...

Beləliklə, 1998-ci və 2009-cu ildə imzalanmış sənədlər bir-birini tamamlayan, tarixi irsimizə, dövlət ləyaqətimizə, şəhidlərin əziz ruhuna ehtiramın təcallasıdır.

Qarabağda, Gündoğar Zəngəzurda tarixi Zəfərdən sonra ermənilərin və havadarlarının törətdiyi çoxsaylı vandallıqlar gün üzünə çıxarıldı, dağıdılmış qəbristanlıqlar, içi boşaldılmış mə­zarlar çəkildi, görüntüləndi, faktların uçotu aparıldı, kütləvi məzarlıqlar aşkar edildi... elə dünən Azərbaycan mediasında belə bir informasiya yayıldı: “Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Aşkarlanan qalıqlar I Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyni adlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aiddir.

Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır”...

Axtaracağıq, arayacağıq. Unutmayacağıq, unutdurmaya­cağıq. – Aramağı, unutmamağı sevdiyimiz üçün deyil, axtara bilmədyimiz, unutdurulmuş illərdən sonra bizə təkrar yaşadıl­mışlar üçün!.. Bir daha əsla bizimlə istədikləri kimi davrana bilməyəcəklər! Bəli, o dəftərlər qapandı, yeni dəftərlərin səhifələrinə ilk və son sözləri biz yazırıq!

İtkinlərimizi bulacaq, anaların gözünü yollardan yığacağıq,

Xocalıda, Xankəndidə müqəddəs bayrağımızı ucaldacağıq,   

bizə vurduqları maddi, mənəvi ziyana görə işğalçılara təzminat ödədəcəyik,

Azərbaycanın dəmir yolları, torpaq yolları, hava yolları, su yolları tıxanmış­lıqlardan qurtulacaq, xalqımıza, insanlığa, mədəniyyətə xidmət edəcək. Addım-addım, qatar-qatar, uçaq-uçaq, ürək-ürək... irəlilədikcə düşmənin vandallıq zehniyyətini qaranlıqlara, gedər gəlməzlərə göndərmiş olacağıq!

Yuxarıda belə bir cümlə işlətdik: “qətl edilən günahsız insanların qanı bu soyqırım aktlarına göstəriş verən və onu icra edənlərin üzərində əbədi ləkədir”. Bu cümləni bir Zəfərdən öncə demək vardı, bir də indi. İndi cümlələr çiçək açır, sözlər ətir saçır. Zəfər sözümüzün iqlimini dəyişdirib!

ŞƏHİDLƏRİMİZİN RUHU ŞAD OLSUN!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ