Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan Ermənistanı Qərbdə daha miskin duruma saldı

Image


Cənubi Qafqazda işğalçı ölkə statusu daşıyan, buna görə də layiqli cavabını alan Ermənistanın indi də Ukraynada Rusiya işğalına dəstək verdiyi bəllidir. Bu günlərdə isə İrəvan döyüş təyinatlı hərbi təyyarələrini və pilotlarını Rusiya ordusuna təslim edib. Xatırladaq ki, dörd Su-30 tipli döyüş təyyarəsi Ermənistan aeroportundan havaya qalxaraq, Ukraynada istifadə üçün Rusiyaya gedib.

Bundan başqa, az qala hər gün Ermənistanda Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyata dəstək ifadə edilir. Bütün bunlar Qərb dünyasında da yaxşı sezilir və elə bu səbəbdəndir ki, Qərbdə İrəvana münasibət də dəyişir. Son zamanlar Ermənistan rəhbərliyinin davranışları Qərbdə və beynəlxalq strukturlarda açıq narazılığın artması ilə nəticələnib. Bu məsələdə Azərbaycanın da rolu az deyil. Məsələ ilə bağlı “1in.am” nəşri yazır ki, müharibələr təkcə döyüş meydanında getmir: “İndi onlar daha əhatəlidir və informasiya sahəsinə daha dərindən nüfuz edir, ictimai sferada hərbi əməliyyatlar üçün möhkəm bazaya çevrilir. Bu, Ermənistana məlum olmayan bir şey deyil. 44 günlük müharibədən əvvəl Azərbaycan tərəfi Ermənistanın informasiya sahəsinə minlərlə informasiya hücumu həyata keçirdi ki, bu da Ermənistanın informasiya təhlükəsizliyinə cavabdeh olan bir çox əlaqəni aradan qaldırdı. İlk günlərdə Azərbaycanda bir çox onlayn resurs bağlandı, sosial şəbəkələr bağlandı. Yalnız dövlət Azərbaycan cəmiyyətini informasiya ilə təmin edirdi, halbuki, Ermənistanda bu baş vermədi. Biz həm informasiya, həm də hərbi cəbhədə təcrübəsizlik, məlumatsızlıq və mütəxəssislərin diqqətsizliyi ucbatından məğlub olduq. Eyni şey Rusiya-Ukrayna hərbi münaqişəsi sferasında baş vermir. Məsələn, ukraynalılar öz informasiya domenlərini təmin edərək, Rusiyanın zərbəsinə fəal hazırlaşırdılar. Qısa müddət ərzində Ukrayna ərazisində rus təbliğatını susdurmaq məqsədilə Ukraynada ixtisaslaşmış hərbi-siyasi təbliğat strukturları, beyin mərkəzləri, xəbər xidmətləri yaradıldı. Bu, təbii ki, Qərb tərəfindən fəal şəkildə dəstəkləndi, Ukraynanın səsini daha eşidilən etdi, eyni zamanda bütün dünyada Rusiya mediasının işini əngəllədi”. Nəşr yazır ki, Ukrayna tərəfi eynilə 44 günlük müharibə zamanı Azərbaycanın istifadə etdiyi üsullardan istifadə edib: “Rusiya bir çox sosial şəbəkələri bloklayır, lakin bu, təkcə Rusiya ərazisində Ukrayna təbliğatının qarşısını almaq deyil, həm də öz ictimaiyyətinə yalnız arzuolunan məlumatları ötürmək, ictimai gərginliyi azaltmaq məqsədi daşıyır. Biz mütəmadi olaraq Rusiya-Ukrayna informasiya atəşinə məruz qalırıq. Azərbaycan mənbələri Ermənistanı rusiyapərəst pərdə altında təqdim edir, Ermənistanın Qərb dünyasındakı reytinqini azaldır, biz isə Bakıda Moskvanın qələbəsini alqışlamadıqlarını Moskvaya başa salmaqla Rusiya-Azərbaycan əlaqələrini pozmağa çalışırıq. Amma yenə də diplomatiyamız və informasiya imkansızlığımız üzündən uduzuruq. Biz media savadlılığının həsəd aparılmaz səviyyəsində qalmağa davam edirik. Cəmiyyətimiz öz təhlilinə üstünlük vermədən medianın təklif etdiyi hər şeyi asanlıqla “yeyir”. Məhz bu kontekstdə Azərbaycan tərəfinin, xüsusən də informasiya sahəsində uğurları nəzərə alınmalıdır. Hazırda “YouTube”da erməni dilində “Artsax” sözünü axtarsanız, sizə Azərbaycan mediasının hazırladığı video təqdim olunacaq”. Bu şərhdən göründüyü kimi, Qərbdə Ermənistanın onsuz də bərbad nüfuzunun darmadağın olmasında Azərbaycanın da rolu az deyil. Bütün bunlar artıq öz nəticələrini göstərir. Hər halda Qərbdən, xüsusən də ABŞ-dan Ermənistana göndərilən maliyyə dəstəyinin azalması da bunu təsdiq edir. Belə ki ABŞ Prezident Administrasiyası ölkə Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon dollar ayırmağa çağırıb. Bu, 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır. Ağ Evin bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) narazılığına səbəb olub. Erməni lobbisi, həmçinin, Prezident Baydenin ABŞ-dan 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım istəməsindən narazıdır. Bura Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.  Bütün bunlardan sonra ANCA artıq Ağ Evə və Konqresə “2020-ci ildə regiondan qaçan 100 mindən çox erməninin məskunlaşmasına” kömək məqsədilə Qarabağ ermənilərinə 50 milyon dollar yardım üçün müraciət edib. Lakin buna rədd cavabı verilməsi gözlənilir. Çünki ermənilər Qarabağda yaşamaq istəmir və ABŞ da bunun fərqindədir. Digər tərəfdən, ANCA regiondan 100 mindən çox erməninin qaçdığını deməklə Qarabağın hazırda boş olduğunu etiraf edir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ